Icma.az
close
up
RU
Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir RƏY

Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir RƏY

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Türk dövlətləri arasında münasibətlər daha da güclənməkdədir. Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələr, həm də müxtəlif platformalar çərçivəsində əməkdaşlıq edirlər. Onlardan biri də Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat-ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşüdür.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, bu formatda ilk görüş 2022-ci il avqustun 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutub. Artıq bu müstəvidə ikinci görüş də reallaşıb. Belə ki, yanvarın 29-da Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat-ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilib. Görüşdə nazirlər gündəlikdə duran mövzular, o cümlədən xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrini inkişaf etdirməklə nəqliyyat və kommunikasiya sektorunda əməkdaşlığın gücləndirilməsi mövzuları üzrə çıxışlar səsləndiriblər. Görüşün nəticəsi olaraq imzalanmış Ankara Bəyannaməsində də vacib məqamlar əksini tapır.

Milli Məclisin deputatının sözlərinə görə, Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub. İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətə davamlılığının artırılmasının vacibliyi qeyd edilib. Növbəti üçtərəfli görüş isə Azərbaycanda keçiriləcək.

“Azərbaycan bu il TDT-nin növbəti sammitinə ev sahibliyi edəcək. On altı il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Türk birliyi artıq dünyada qlobal güc rolunu oynamaqdadır. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zərurətə çevirəcək. Artıq bu istiqamətdə liderlər siyasi iradə nümayiş etdirir. Birgə həyata keçirilən planlar, layihələr Türk dünyasının qarşıya qoyduğu hədəflərə tam nail olunacağını deməyə əsas verir. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman Türk dünyasının sıx birləşməsinə çalışıb. Şübhəsiz ki, ölkəmiz TDT-nin 12-ci sammitinə də yüksək səviyyədə ev sahibliyi edəcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri