Icma.az
close
up
RU
Azərbaycan çayı FAO nun baş qərargahında təqdim edilib

Azərbaycan çayı FAO nun baş qərargahında təqdim edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Roma, 22 may, AZƏRTAC

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 21 May – Beynəlxalq Çay Günü ilə əlaqədar təşkil etdiyi tədbirdə təmsil olunub.

AZƏRTAC xəbər verir ki, “Daha yaxşı həyat üçün çay” adlanan builki tədbirdə çayın dayanıqlığa və rifaha əhəmiyyətli töhfəsi xüsusilə qeyd edilib.

FAO-nun baş direktoru Qu Donqyu tədbirdə bildirib ki, çay sadəcə içki deyil, bütün dünyada milyonlarla insan üçün həyat xəttidir. Bununla belə, o, çay sektorunun hazırda qiymət dəyişkənliyi, maliyyə vəsaitlərinə məhdud çıxış, texnologiya çatışmazlığı və iqlim dəyişikliyi ilə bağlı risklər də daxil olmaqla, çoxsaylı problemlərlə üzləşdiyini vurğulayıb. Baş direktor çay sektorunun inkişafı və onun bütün potensialını üzə çıxarmaq üçün qlobal əməkdaşlığa çağırış edib.

Azərbaycanın FAO yanındakı daimi nümayəndəsi Rəşad Aslanov çıxışında ölkəmizdə çayçılığın inkişafı, həyata keçirilən layihələr və dövlət dəstəyi barədə ətraflı məlumat verib. O, çay mədəniyyətinin mədəni irsimizin mühüm elementlərindən biri olduğunu vurğulayaraq ölkəmizdəki çay ənənələrindən danışıb, çay süfrəsinin xalqımızın qonaqpərvərlik rəmzi olduğunu bildirib. Azərbaycanın cənub rayonlarının çayçılıq sahəsində ixtisaslaşdığını deyən Rəşad Aslanov ölkəmizdəki çayçılıq sahəsinin tarixi və perspektivləri barədə fikirlərini bölüşüb.

Sərgidə təqdim olunan Azərbaycana aid müxtəlif çeşidli çaylar, ballar, mürəbbələr, milli şirniyyatlar və quru meyvələri iştirakçıların böyük marağına səbəb olub. FAO-nun Baş direktoru Azərbaycan stendi ilə tanış olub, milli təamlardan dadıb.

Tədbir çərçivəsində FAO-nun Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrs Sistemləri siyahısına əlavə ediləcək altı yeni saytın açılışı olub.

Xatırladaq ki, 2019-cu ilin dekabrında BMT Baş Assambleyasında mayın 21-nin Beynəlxalq Çay Günü elan olunması barədə qətnamə qəbul edilib. Builki Beynəlxalq Çay Gününün qeyd edilməsində Azərbaycanla yanaşı, Çin, Rusiya, İndoneziya, Mərakeş, Keniya, Koreya Respublikası da iştirak edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri