Icma.az
close
up
RU
Azərbaycan cəmiyyətinin, dövlətinin ardıcıl və konstruktiv addımları... POLİTOLOQ AÇIQLADI

Azərbaycan cəmiyyətinin, dövlətinin ardıcıl və konstruktiv addımları... POLİTOLOQ AÇIQLADI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə keçirilən görüş, son illərdə ən diqqətəlayiq ictimai diplomatiya təşəbbüslərindən biri kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu tip formatların siyasi səviyyədən fərqli olaraq əsas üstünlüyü ondadır ki, onlar xalqlar arasında etimadın bərpasına yönəlir, emosional və psixoloji baryerləri yumşaldır: "Əslində, bu görüşlər rəsmi danışıqlara alternativ deyil, onların sosial təməlini formalaşdıran, yəni “xalq diplomatiyasını” gücləndirən proseslərdir. Sülh müqaviləsi sənəd üzərində imzalanmadan əvvəl, onun ictimai şüurda qəbul olunması vacibdir. Etimadın qurulmadığı yerdə heç bir sənəd uzunömürlü olmur. Məhz buna görə də bu formatlar sülh prosesinin “siyasi yox, sosioloji mərhələsi” kimi dəyərləndirilməlidir.

Diqqətəlayiq məqam odur ki, görüş İrəvanda baş tutdu. Bu, Ermənistan tərəfinin prosesə daha açıq yanaşmağa başladığını göstərir. Lakin bu açılış təkbaşına mümkün deyil. Azərbaycan cəmiyyətinin və dövlətinin ardıcıl və konstruktiv addımları bu mühitin yaranmasına real zəmin yaradıb. Bakı artıq uzun müddətdir ki, bölgədə dialoq və əməkdaşlıq mədəniyyətini təşviq edən tərəf kimi çıxış edir.

Etimad quruculuğu görüşləri yalnız emosional barış deyil, həm də praktiki nəticələr doğurmalıdır. Gələcəkdə sərhədyanı bölgələrdə birgə sosial layihələr, mədəni və elmi mübadilələr bu prosesin davamı kimi reallaşdırılsa bu, regionda dayanıqlı sabitliyin əsasını qoya bilər. Ümumilikdə, İrəvanda keçirilən bu görüş diplomatiyanın insan üzü olan hissəsidir – yəni siyasətin “emosional diplomatiya” mərhələsi. Bu mərhələnin təşəbbüskarlarından biri kimi Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı Bakının regional sülh gündəminin ideya və ruh baxımından nə qədər güclü olduğunu bir daha təsdiqlədi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see224

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see208

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see202

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see168

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see165

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see138

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see137

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see134

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see132

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see132

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see129

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see126

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see125

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see124

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see123

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri