Icma.az
close
up
RU
Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan çempionatına yekun vurulub

Icma.az, Apasport saytına istinadən bildirir.

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub.

Apasport.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 200 (178 kişi, 22 qadın) idmançısı qüvvəsini sınayıb.

6 gün davam edən turnirin son günündə kişilər arasında 13 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.

Final görüşlərini Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycan Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və digər federasiyaların rəsmiləri də izləyiblər.

Döyüşlərdən öncə Azərbaycan boksçularının il ərzində qatıldığı beynəlxalq turnirlər və qazandığı uğurlarla bağlı videorolik nümayiş etdirilib. 

Sahil Babayev 2024-cü ilin idmançılar üçün uğurlu alındığını deyib. O bildirib ki, müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları qatıldıqları 35 beynəlxalq yarışda 160 medal qazanıblar. Onlardan 44-ü qızıl, 48-i gümüş və 68-i bürüncdür. Bu mükafatlardan 21-i Avropa, 5-i dünya çempionatlarında və biri Parisdə keçirilən Yay Olimpiya Oyunlarında əldə edilib.

S.Babayev bu il ölkəmizin 2 beynəlxalq yarışa ev sahibliyi etdiyini də xatırladıb. O, 2025-ci ildə bu turnirlərin sayının 3-ə yüksələcəyini qeyd edib. Federasiya prezidenti maddi-texniki bazanın gücləndirildiyini, hakimlərimizin beynəlxalq ulduzlarını artırdığını, məşqçilərimizin beynəlxalq dərəcə aldığını da bildirib.

O, hədəfin dəyişməz qaldığını və əsas məqsədin Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu vurğulayıb.

Ardınca Fərid Qayıbov və Sahil Babayev gənclər arasında dünya birinciliyində və U-22 Avropa çempionatında medal qazanan boksçularla görüşüblər.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 60 kq və 67 kq çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

Həlledici döyüşlərdə qalib gələn Sübhan Məmmədov, Yadigar Əliyev, Amin Məmmədzadə, Ömər Aslanlı, Maqsud Xasmetov, Malik Həsənov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Rasim Çobanlı, Murad Allahverdiyev, Seyid Seyidov, Rauf Rəhimov və Məhəmməd Abdullayev çempion tituluna sahib olublar.

Komanda hesabında “Neftçi” İdman Klubu 60 xalla birinci yeri tutub. İkinci pilləyə BFL (21 xal) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” (19 xal) qapayıb.

Çempionatın ən yaxşı boksçusu adına Sübhan Məmmədov layiq görülüb. Qalib Əbiyev isə ən yaxşı hakim seçilib.

Azərbaycan çempionatı

Final

48 kq

Bilalhəbaşi Nəzərov (DYBİK) – Sübhan Məmmədov (“Arena” İK) 0:5

51 kq

Tural Sarıyev (“Neftçi” İK) – Yadigar Əliyev (“Səbail” İK) 2:3

54 kq

Amin Məmmədzadə (“Qızıl əlcək”) – Məsud Yusifzadə (BFL) – birinci tam üstünlüklə qalib gəlib

57 kq

Zəlimxan Süleymanov (BFL) – Ömər Aslanlı (Sumqayıt) 0:5

60 kq

Maqsud Xasmetov (MOİK) – Elbrus Adıgözəlov (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib

63,5 kq

Malik Həsənov (“Neftçi” İK) – Ruslan Rüstəmov (BFL) 5:0

67 kq

Nəbi İsgəndərov (“Neftçi” İK) – Zaur Qəhrəmanov (“Cənub” İK) 5:0

71 kq

Sərxan Əliyev (“Neftçi” İK) – Nicat Həsənov (“Qızıl əlcək” İK) 5:0

75 kq

Mirşərif Kazımzadə (“Neftçi” İK) – Rasim Çobanlı (DİN İC) 2:3

80 kq

Murad Allahverdiyev (“Neftçi” İK) – Cəbrayıl Yelekov (Z-1 İK) 3:2

86 kq

Seyid Seyidov (KNOUT) – Məmməd Quliyev (“Neftçi” İK ) 5:0

92 kq

Rauf Rəhimov (“Neftçi” İK) – Surət Qarayev (“Səbail” İK) 5:0

+92 kq

Məhəmməd Abdullayev (BFL) – Ələkbər Ələkbərov (“Cənub” İK) – birinci tam üstünlüklə qalib gəlib

Bütün mükafatçılar

48 kq

1. Sübhan Məmmədov (“Arena” İK)

2. Bilalhəbaşi Nəzərov (DYBİK)

3. Həsən Məlikov (“Neftçi” İK)

3. Ramal Yolçuyev (“Qəbələ” İK)

51 kq

1. Yadigar Əliyev (“Səbail” İK)

2. Tural Sarıyev (“Neftçi” İK)

3. Kənan Babayev (METE İK)

3. Raul Vəliyev (Astara)

54 kq

1. Amin Məmmədzadə (“Qızıl əlcək”)

2. Məsud Yusifzadə (BFL)

3. Kənan Əliyev (“Neftçi” İK)

3. Ağasəlim Mustafazadə (DİN İC)

57 kq

1. Ömər Aslanlı (Sumqayıt)

2. Zəlimxan Süleymanov (BFL)

3. Kamil Babayev (METE İK)

3. Ruslan Qədirov (MOİK)

60 kq

1. Maqsud Xasmetov (MOİK)

2. Elbrus Adıgözəlov (“Neftçi” İK)

3. Məhəmmədəli Aşurəliyev (“Zabit” İK)

3. Şamil Əsgərov (“Neftçi” İK)

63,5 kq

1. Malik Həsənov (“Neftçi” İK)

2. Ruslan Rüstəmov (BFL)

3. Elməddin Ağayev (Şirvan)

3. Cəlal Qurbanov (MOİK)

67 kq

1. Nəbi İsgəndərov (“Neftçi” İK)

2. Zaur Qəhrəmanov (“Cənub” İK)

3. Mehdi Həsənov (“Qızıl əlcək” İK)

3. İlqar Salahov (“Zabit” İK)

71 kq

1. Sərxan Əliyev (“Neftçi” İK)

2. Nicat Həsənov (“Qızıl əlcək” İK)

3. Şəmsi Şahbazov (MOİK)

3. Ziya Həsənov (Z-1 İK)

75 kq

1. Mirşərif Kazımzadə (“Neftçi” İK)

2. Rasim Çobanlı (DİN İC)

3. Novruzəli Quliyev (MOİK)

3. Fərhad Şeydayev (MOİK)

80 kq

1. Murad Allahverdiyev (“Neftçi” İK)

2. Cəbrayıl Yelekov (Z-1 İK)

3. Elvin Qənbərov (“Neftçi” İK)

3. Fəqan Məmmədov (“Neftçi” İK)

86 kq

1. Seyid Seyidov (KNOUT)

2. Məmməd Quliyev (“Neftçi” İK )

3. İbrahim İsmayılov (Z-1 İK)

3. Heydər Məmmədov (DİN İC)

92 kq

1. Rauf Rəhimov (“Neftçi” İK)

2. Surət Qarayev (“Səbail” İK)

3. Mirxəyal Məmmədov (Gəncə)

3. Elgün Abdullayev (Gəncə)

+92 kq

1. Məhəmməd Abdullayev (BFL)

2. Ələkbər Ələkbərov (“Cənub” İK)

3. Rəşid Məmmədov (Z-1 İK)

3. Teymur Aslanov (DİN İC)

Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub.

Azərbaycan çempionatının açılış mərasimi keçirilib Sabah boks üzrə Azərbaycan çempionatı start götürəcək Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib Boksçumuz Dubayda mükafatlandırılıb Millimizin baş məşqçisi: "Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri