Azərbaycan çempionu olan boksçu: Hədəfim beynəlxalq yarışlardan ölkəmə medalla qayıtmaqdır AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 dekabr, AZƏRTAC
"Yarış mənim üçün çətin keçdi".
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi boksçular arasında Azərbaycan çempionatında 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Sübhan Məmmədov deyib.
O, əldə etdiyi nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Həm yarımfinalda, həm də finalda 5:0 hesablı qələbə qazandım. Finaldakı rəqibim görüş zamanı yaxşı mübarizə apardı. Onu da təbrik edirəm. Gələcək hədəfim beynəlxalq yarışlardan Azərbaycana medalla qayıtmaqdır".
Qeyd edək ki, kişi boksçular arasında Azərbaycan çempionatına bu gün yekun vurulacaq. Qadın boksçuların yarışı isə artıq başa çatıb. İki çəki dərəcəsində medalçılar bəlli olub. Həmçinin 5 çəkidə Boks Federasiyasının seçmə turnirinin qalibləri müəyyənləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















