İtaliyalı boksçu: Ölkəmə qızıl medalla qayıtmaq istəyirəm
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zlatibor, 6 aprel, AZƏRTAC
"Hədəfimiz daha çox qızıl medal qazanmaqdır".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında iştirak edən italiyalı boksçu Olivia Daqata deyib.
O, bu yarışda mübarizə aparacağı üçün xoşbəxt olduğunu bildirib: "Yaxşı təcrübə olacaq. Buraya medal üçün gəlmişəm. Güclü komandamız və məşqçilər heyətimiz var. Rəqiblərimizə də hörmət edirik. İnanıram ki, ölkəmə qızıl medalla qayıdacağam".
Qeyd edək ki, bu gün start götürəcək və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















