Icma.az
close
up
RU
Azərbaycan Cənub Qaz Dəhlizi və yaşıl enerji ilə qlobal tərəfdaşlığını gücləndirir ŞƏRH

Azərbaycan Cənub Qaz Dəhlizi və yaşıl enerji ilə qlobal tərəfdaşlığını gücləndirir ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycanın enerji strategiyası qlobal müstəvidə böyük əhəmiyyət daşıyır. Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin açılış mərasimində iştirak etməsi və çıxışı qlobal enerji ailəsinə böyük bir ehtiramın, hörmətin nümunəsi kimi qarşılanmaqla, tədbirin xüsusi yüksək statusunu artırır. Hər iki tədbirdə dünyanın 24 ölkəsi, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin nümayəndəsinin iştirakı isə dünyanın enerji sənayesi sahəsində mövcud reallıqların müzakirəsində Bakının mərkəzi coğrafiya olmasını təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, Azərbaycan hazırda neft resursları ilə yanaşı, qaz tədarükü sayəsində Avropanın və digər region ölkələrinin etibarlı sadiq tərəfdaşına çevrilib. Qaz nəqlinin ana arteriyası olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynamasını təmin edib. Toplantının açılışından sonra nazirlər sessiyası - “Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam edib. Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə İkinci Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa da keçirilib. Toplantılarda müvafiq dövlət qurumlarının və müxtəlif ölkələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, eləcə də tanınmış biznes icmasının bir araya gələrək səmərəli görüşlər keçirməsi, faydalı müzakirələr aparması əməkdaşlığın yeni yollarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələrinin əhəmiyyətli təklifləri isə dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verir.

Pərvin Kərimzadə qeyd edib ki, toplantıda Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımızın təxminən 60 faiz artdığını diqqətə çatdıraraq vurğulayıb: “Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq”.

Deputat qeyd edib ki, Azərbaycan neft-qazla yanaşı, alternativ enerji siyasətini də genişləndirir. Yaşıl enerji ailəsinin üzvlərinin iclasda böyük bir investorlar qrupunda təmsil olunması Azərbaycanın bərpaolunan enerji sektoruna marağını əks etdirməklə, yeni layihələrə yol açır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin, Türkiyə və digər ölkələrin sənaye və qabaqcıl texnologiyalar üzrə tanınmış şirkətlərinin Bakı iclasında yer alması yaşıl enerjinin aktuallığını və gündəmdə ön plana çıxaraq yeni beynəlxalq platformaya çevrildiyini göstərir. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir. Yaşıl enerjinin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda hidroenerji, külək və Günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir.

“Bütövlükdə, ölkəmizin belə mötəbər tədbirlərə ev sahibliyi qlobal enerji ailəsini bir araya gətirərək enerjinin şaxələnməsi, “təmiz enerji” və “yaşıl hidrogen” təşəbbüslərinin genişlənməsi istiqamətində əlavə fürsətlər yaradacaq. Bu faktor, həmçinin ölkəmizə mühüm siyasi dividentlər də qazandırır”, - deyə Pərvin Kərimzadə vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri