Icma.az
close
up
RU
Cənub Qaz Dəhlizi və “yaşıl” keçid

Cənub Qaz Dəhlizi və “yaşıl” keçid

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çağdaş strateji baxışın üstün qazancları

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları ölkəmizin artan beynəlxalq çəkisini bir daha nümayiş etdirdi. Geniş iştirakı tərkibi Azərbaycanın regionda sabitlik yaradan aktor, Avropa məkanında isə etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdi.

“Cənub Qaz Dəhlizi sessiyası: davamlı uğurlar və yeni inkişaf mərhələsi” mövzusunda plenar iclas, eləcə də “Yaşıl enerji layihələri” və “Azərbaycan–Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası” çərçivəsində müzakirələr bir gerçəyi ön plana çıxardı ki, Avropanın enerji təhlükəsizliyi arxitekturasında Azərbaycanın rolu strateji xarakter daşıyır və bu əhəmiyyət perspektivdə daha da güclənəcək.

Ümumiyyətlə, Azərbaycan ənənəvi enerji resursları ilə “yaşıl enerji” imkanlarını paralel şəkildə inkişaf etdirən, hər iki istiqamət üzrə investisiya strategiyasını balanslı qurmağı bacaran dövlət kimi beynəlxalq miqyasda nümunəvi model ortaya qoyur. Bu model enerji keçidi dövründə həm iqtisadi dayanıqlılığı, həm də geosiyasi əhəmiyyəti gücləndirən kompleks yanaşmanı özündə ehtiva edir.

Strateji baxışın mühüm istiqamətlərindən biri də bərpaolunan enerji potensialının ixracyönümlü modelə transformasiyasıdır. 2030-cu ildən başlayaraq alternativ və bərpaolunan mənbələrdən istehsal olunan elektrik enerjisinin xarici bazarlara çıxarılması planlaşdırılır. Bu addım Avropanın enerji təhlükəsizliyinə əlavə təminat mexanizmi formalaşdıracaq.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası, xüsusilə, BOEM sahəsində Azərbaycanın potensialının nümayişi baxımdan əhəmiyyətli oldu. ACWA Power şirkətinin biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova vurğuladı ki, ölkə hökumətin ardıcıl siyasəti nəticəsində genişmiqyaslı transformasiya yaşayır və “yaşıl layihələri” sistemli şəkildə irəli aparır. Bu ilin yanvarında regionun 200 MVt gücündə ən iri külək elektrik stansiyasının istismara verilməsi, 300 min ev təsərrüfatının enerji təminatına töhfə verməsi bunun praktik nəticəsidir.

Paralel olaraq, gündəlik 300 min kubmetr su gücünə malik kaskad duzsuzlaşdırma qurğusu və dəniz külək enerjisi layihələri üzərində iş aparılır. Şirkətin 119 milyard dollarlıq aktiv portfeli və 96 QVt-dan artıq ümumi gücü Azərbaycanın seçdiyi istiqamətin beynəlxalq miqyasda nə qədər ciddi qəbul edildiyini göstərir.

Digər tərəfdən, Avropa ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşməsi özünü doğruldur. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensen Azərbaycanın bu sahədəki potensialını yüksək qiymətləndirərək bildirdi ki, ölkə artıq mövcud imkanlardan səmərəli istifadə edir və yaxın illərdə bu dinamika daha da genişlənəcək. Onun sözlərinə görə, bərpaolunan enerji istiqaməti Avropa İttifaqı şirkətləri üçün enerji keçidinin qarşılıqlı faydalı əsasda reallaşdırılması baxımından geniş imkanlar açır. Bu yanaşma Azərbaycan–Avropa enerji dialoquna yeni strateji məzmun qazandırır.

Cənab Yorgensenin sözünə qüvvət olaraq, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avrasiya regionu üzrə energetika departamentinin direktoru Şule Topçu Kılıç ölkəmizin iki qitəni birləşdirən əsas mərkəzə çevrildiyini qeyd etdi. Onun fikrincə, “yaşıl enerji” dəhlizləri çərçivəsində Azərbaycan Gürcüstan, Türkiyə, Rumıniya, Macarıstan, Bolqarıstan, Özbəkistan və Qazaxıstan kimi ölkələri vahid strateji platformada bir araya gətirir.

Bu inteqrasiya böyük infrastruktur layihələrinin reallaşmasına və artan bərpaolunan enerji tələbatının ödənilməsinə zəmin yaradır. Qeyd edək ki, bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları ilə paralel olaraq "Yaşıl bağlantılar üzrə investisiya" mövzusunda Azərbaycan - Avropa İttifaqı dəyirmi masası təşkil edilib.

Azərbaycanda enerji bağlantıları, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində investisiya imkanları və Avropa İttifaqının (Aİ) bu istiqamətlərdə dəstəyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Görüşdə Azərbaycan və Aİ biznes dairələri arasında tərəfdaşlıq imkanları dəyərləndirilib.

Azərbaycan Dövlət Neft Şirkətinin keçid xətti də BOEM çərçivəsində olduqca önəmlidir. Şirkətin törəmə qurumu olan “SOCAR Green” yanacaqdoldurma məntəqələrində günəş enerjisi həllərinin tətbiqinə hazırlaşır. Bu addım ənənəvi yanacaq infrastrukturunun alternativ enerji ilə inteqrasiyasına xidmət edir. Hazırda tərəfdaşlarla birlikdə 7 irimiqyaslı layihə icra olunur. Onların sırasında BP tərəfindən Cəbrayılda inşa edilən 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası xüsusi yer tutur. Layihə azad edilmiş ərazidə reallaşdırılmaqla yanaşı, neft-qaz infrastrukturunun dekarbonizasiyasına da töhfə verir.

Bununla yanaşı, BƏƏ-nin Masdar şirkəti ilə ümumi gücü bir giqavata yaxın olan iki günəş və bir külək layihəsi icra edilir. Çinli tərəfdaşlarla isə hər biri 200 MVt gücündə iki pilot ofşor külək layihəsi üzərində iş aparılır. Perspektivdə bu gücün 2–3 GVt-a qədər artırılması mümkündür ki, bu da Xəzərin külək potensialının strateji əhəmiyyətini ön plana çıxarır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində önə çıxan daha bir məsələ isə bərpaolunan enerji üzrə nəzərdə tutulan 11 layihə üçün torpaq ayrılmasının gündəmə gətirilməsi oldu. Qeyd edək ki, proses faktiki olaraq tamamlanıb. Strategiya 3 mərhələli yanaşmaya əsaslanır və ilk mərhələdə ümumi gücü 2 GVt-a qədər olan günəş və külək stansiyalarının milli şəbəkəyə inteqrasiyası planlaşdırılır. Bu layihələrə təxminən 2 milyard ABŞ dolları sərmayə yatırılması nəzərdə tutulur.

Reallaşma nəticəsində bərpaolunan enerjinin quraşdırılmış gücdə payı 33,7 faizə yüksələcək, illik istehsal 5 milyard kilovat/saat təşkil edəcək. Bu isə 1,1 milyard kubmetrdən artıq təbii qaza qənaət və 2,4 milyon ton karbon emissiyasının azaldılması deməkdir. Paralel olaraq şəbəkənin gücləndirilməsi, o cümlədən 250 MVt gücündə və 500 MVt/saat saxlama həcminə malik enerji saxlama sisteminin qurulması həyata keçirilir. Beləliklə, həm korporativ, həm də dövlət səviyyəsində atılan addımlar Azərbaycanın enerji keçidini sürətləndirir, ölkəni regionda dayanıqlı və rəqabətqabiliyyətli “yaşıl enerji” mərkəzinə çevirir.

Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarındakı çıxışı da bərpa olunan enerji sahəsinin prioritet istiqamət kimi bəlirləndiyini göstərir. Ölkə başçısı qeyd etdi ki, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik: “Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik”.

Bununla yanaşı, Prezident İlham Əliyevin vurğuladığı kimi, 307 meqavat gücündə hidroelektrik stansiyalarının sistemimizə qoşulması da işğaldan azad edilən ərazilərdən alınan enerji hesabınadır. Belə ki, sözügedən ərazilər zəngin hidroenerji potensialına malikdir. Bu məqsədlə cari dövrədək “Azərenerji” ASC tərəfindən ümumi gücü 307 MVt olan 38 su elektrik stansiyasının bərpası və quraşdırılması həyata keçirilib. Növbəti illərdə də kiçik su elektrik stansiyalarının istismarı üzrə işlər davam etdiriləcək. 2024-cü ildə qeyd olunan stansiyalar vasitəsilə 550 milyon kilovatsaatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub.

Beləliklə, enerji ixracının artımı, “yaşıl enerji” layihələrinin genişlənməsi, regional sabitliyin təşviqi və beynəlxalq tərəfdaşlarla strateji əməkdaşlıq Azərbaycanın həm etibarlı enerji tərəfdaşı, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısı kimi mövqeyini daha da gücləndirir.

Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2026 07:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see271

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see254

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see242

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see227

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see225

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see222

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see221

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see219

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see214

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see212

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see207

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see206

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see203

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see198

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see193

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see190

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see189

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see188

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri