Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazda stabilliyin vacib faktoruna çevrilib ŞƏRH EDİLDİ

Azərbaycan Cənubi Qafqazda stabilliyin vacib faktoruna çevrilib ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Antalyada Diplomatiya Forumu Azərbaycanın xarici siyasətini indiki şəraitdə göstərmək üçün əlverişli fürsət idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin strateji yüksəlişdə olduğunu nümayiş etdirmək üçün həm də imkan oldu: "Çünki bilirik ki, burada türk dövlətlərinin heç də hamısı iştirak etmirdi. Amma Azərbaycan Prezidentinin burada iştirakı Türkiyə-Azərbaycan əməkdaşlığının və dostluğunun strateji və pozulmaz xarakter daşıdığını bir daha nümayiş etdirdi. Xüsusilə də, Mərkəzi Asiyanın türkdilli ölkələrinin hamısının burada təmsil olunmaması xoşagələn hadisə deyil. Amma Antalya Forumu indiki şəraitdə həm regionda, həm Cənubi Qafqazda, həm Yaxın Şərqdə gedən proseslərə Azərbaycanın, Türkiyənin və müttəfiqlər çevrəsinin baxışlarını nümayiş etdirmək üçün çox əhəmiyyətli idi.

Azərbaycan Prezidentinin bu forumda iştirakı müxtəlif tədbirlərdə, təmaslarda olması Azərbaycanın indiki şəraitdə yeni dünya düzəninə hansı baxışlarda olduğunu nümayiş etdirmək üçün bir daha imkanlar açdı. Onsuz da, Azərbaycanın yeni dünya düzəni ilə bağlı hansı fikirdə və strategiyada olduğu bəllidir. Prezident bunu bir neçə dəfə müxtəlif istiqamətlərdə şərh edib. Bu gün istənilən ölkə Azərbaycanın yeni dünya düzənini necə gördüyü ilə bağlı suala aydın şəkildə cavab verə bilər. Buna görə də, Azərbaycan Prezidentinin burada iştirakı yeni dünya düzənində Azərbaycanın mövqeyini müəyyənləşdirmək və yeni dünya düzəninin xarakterinə Azərbaycanın baxışlarını, həm də nümayiş etdirmək baxımından əhəmiyyətlidir".

"Bu forumda Ermənistan nümayəndələri ilə Azərbaycan təmsilçilərinin nazirlər səviyyəsində görüşü də əhəmiyyətlidir. Ancaq bütün hallarda Azərbaycan Prezidentinin burada iştirakı Antalya Diplomatik Forumuna əlavə mötəbərlik gətirən faktorlardan biridir. Çünki Azərbaycan Cənubi Qafqazda stabilliyin vacib faktoruna çevrilib. Cənubi Qafqazda, eləcə də, Avrasiya məkanında Azərbaycan çox əhəmiyyətli rol oynayır. Eyni zamanda Avrasiyanın imkanlarının, potensiallarının üzə çıxarılmasında çox böyük gücə malik olan Orta dəhlizin bu gün əhəmiyyəti getdikcə yüksəlir. Belə şəraitdə Orta dəhlizlə bağlı Azərbaycanın apardığı və aparacağı siyasətə, xüsusilə də, Avropa dövlətlərinin böyük ehtiyacı var. Bu şəraitdə Antalya Forumu Avrasiya məkanında ciddi diplomatik hadisəyə çevrilməklə eyni zamanda Avropanın, Mərkəzi Asiyanın və Cənubi Qafqazın əlaqələrinin gücləndirilməsinin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan Prezidentinin Antalya Diplomatiya Forumunda iştirakı Avrasiya üçün strateji olan məsələni bir daha təsdiqlədi. Bu da ondan ibarətdir ki, Avropanın Cənubi Qafqazın və Mərkəzi Asiyanın birləşdirilməsi, bir xətt boyunca əməkdaşlıq fəaliyyətinin qurulması Avrasiya məkanı üçün olduqca dəyişdirici, perspektivli bir gücə malikdir" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri