Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazın ən böyük enerji istehsalçısıdır

Azərbaycan Cənubi Qafqazın ən böyük enerji istehsalçısıdır

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.Eyni zamanda  ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Bu gün bütün sahələr üzrə  əldə olunan uğurların əsasını Prezidenti İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş  uğurlu xarici dövlət strategiyası təşkil edir.

Beynəlxalq siyasi proseslərdə yüksək hörmət və etimada malik olan dövlətlər, bir qayda olaraq, uzunmüddətli əməkdaşlıq baxımından hüquqi və praktiki risklər doğurmayan tərəfdaşlar kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan məhz bu keyfiyyətlərə cavab verən, dünya birliyində etibarlı və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli siyasi əməkdaşlıq formatlarında formalaşdırdığı etibarlı tərəfdaş imici onun beynəlxalq arenada fərqləndirici xüsusiyyətlərindən biridir.

Bu amillər Prezident İlham Əliyevin Davosda “Euronews”  telekanalına verdiyi müsahibəsində də aydın şəkildə özünün əksini tapır. Yanvarın 20-də Davosda “Euronews” telekanalına verdiyi müsahibədə strateji məqsədimizin  milli maraqlar əsasında nəticələri əldə etməkdən və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək olduğunu, Azərbaycanın bir çox ölkələrlə  istər regionda, istərsə də qlobal müstəvidə yaxşı münasibətlər qurduğunu ifadə edib.

Prezident İlham Əliyev qeyd etdi ki,uzun illər iqtisadi inkişafın əsas lokomotivi olan enerji sektoru artıq öz əsas infrastruktur mərhələsini başa vurub və yeni mərhələdə prioritet qeyri-neft sektoruna keçir. Bu keçid təsadüfi deyil və qlobal trendlərlə uzlaşır. Enerji bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmə strategiyası rasional və vaxtında atılmış addımdır. Azərbaycanın enerji ixracatçısı kimi yeni status qazanması baxımından əhəmiyyətlidir. Burada əsas məsələ ondadır ki, Azərbaycan yaşıl enerjini daxili tələbatdan artıq həcmdə istehsal etməyi planlaşdırır və bu enerjini ixrac etməyi düşünür. Bu, ölkəni təkcə karbohidrogen ixracatçısı deyil, eyni zamanda yaşıl enerji təchizatçısı kimi də mövqeləndirir.Azərbaycanın artıq mövcud olan və yaxın illərdə artacaq əlavə enerji potensialı onu regionda bu sahə üçün unikal məkana çevirir.

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə ölkəmizin enerji əməkdaşlığı artmaqdadır. Hazırda Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə nəql edilən qaz ixracatının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu yalnız təbii qaz ixracının artırılması ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda zəngin alternativ və bərpa olunan enerji potensialına malikdir. Günəşli iqlim şəraiti və Bakının “küləklər şəhəri” kimi tanınması Azərbaycanın enerji ixracı imkanlarını daha da genişləndirir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə beynəlxalq marağı artırmaqla yanaşı, regional və qlobal əməkdaşlıq proseslərində onun aparıcı rolunun gələcəkdə də möhkəmlənəcəyini deməyə əsas verir.

Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə ümumilikdə Azərbaycanın yeni dünya nizamında öz yerini dəqiq müəyyən etdiyini göstərir. Gücə əsaslanan beynəlxalq münasibətlər sistemində, Azərbaycan gücü diplomatiya, hüquq və iqtisadi potensialla balanslaşdıran ölkələrdən biri kimi çıxış edir. Əminliklə demək olar ki, bu müsahibə həm region, həm də qlobal aktorlar üçün aydın mesaj oldu. Azərbaycan dəyişən dünyada sabitlik, əməkdaşlıq və milli maraqlara əsaslanan siyasətini dəyişmədən davam etdirəcək.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri