Icma.az
close
up
RU
Cənubi Qafqazın ən güclüsü...

Cənubi Qafqazın ən güclüsü...

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. 107 il əvvəl, 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Milli Ordunun yaradılmasına başlanılıb və böyük işlər görülüb. Lakin Xalq Cümhuriyyəti süqut etdiyindən ordu quruculuğu yarımçıq qalıb.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra yenidən ordu quruculuğuna başlanılıb. Lakin Ermənistanla müharibə şəraitində olan Azərbaycanda ordunun yaradılması üçün addımlar atılsa da, vahid və nizami ordu daha çox Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ordumuzun yaradılması üçün təxirəsalınmaz addımlar atdı, o cümlədən könüllü batalyonlar da daxil olmaqla, bütün strukturları Müdafiə Nzirliyinin rəhbərliyi altında birləşdirdi. Onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlər sayəsində Azərbaycan Ordusunun 1994-cü il Qış kampaniyası zamanı uğurlu Horadiz əməliyyatı keçirildi. Əməliyyat zamanı ordumuz Füzuli istiqamətində Ermənistan ordusunu üstələdi, Horadiz qəsəbəsi və Füzuli rayonunun 21 kəndi, eləcə də Cəbrayıl rayonunun bəzi kəndləri ordumuzun nəzarətinə keçdi, yüzlərlə erməni silahlısı məhv edildi. Məhz bu əməliyyatdan bir neçə ay sonra Ermənistan Azərbaycanla atəşkəs sazişi imzalamağa məcbur oldu. Bundan sonrakı dövr ordumuzun inkişafı və qələbələri ilə yaddaşlarda qalıb.
Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Ordusu müasir silahlarla təchiz edilib, modernləşdirilib, peşəkarlığı artırılıb. Bunun nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti artıb. Ordumuz qarşısına qoyulan məqsədi - Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunmasını qısa müddətə həyata keçirib.
Ordumuzun Şuşa əməliyyatı xüsusi qeyd edilməlidir. Hələ müharibədən çox-çox əvvəl bəzi hərbi ekspertlər Şuşa şəhərinin yüksəklikdə yerləşməsi səbəbindən onun işğaldan azad edilməsini olduqca çətin, mümkünsüz hesab edirdilər. Ancaq 44 günlük Vətən müharibəsi ordumuzun hazırlığını, döyüş ruhunu və yüksək səviyyəli idarəçiliyi ortaya qoydu ki, bu da hərb tariximizə qızıl həriflərlə yazılacaq.
Qeyd edək ki, cənab İlham Əliyevin Ali Baş Komandan kimi ortaya qoyduğu iradə Azərbaycan Ordusunun qələbəsində mühüm faktor olub.
Hərbi ekspert Azad İsazadə “Reytinq” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan Ordusuna qiymət verməyi doğru saymır:
“Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsi zamanı özünü göstərib, bizi şərəfləndirib. Əvvəllər ordumuzun belə nəticələr göstərəcəyinə inanmırdıq. Açığı, müəyyən bir qrup əhalimizi Qarabağın tədricən yaddan çıxmasına, torpaqlarımızın işğaldan azad edilməyəcəyinə inandırmağa çalışırdı. Ancaq ordumuz öz qətiyyətli sözünü dedi.
Bəli, bu gün Azərbaycan Ordusu artıq beynəlxalq reytinqlərdə irəliləyir, Cənubi Qafqazın ən güclü ordusudur”.
Hərbi ekspert əlavə edib ki, ordunun idarə edilməsində, xüsusilə qələbə qazanmasında Ali Baş Komandanın təsiri çox böyükdür. Məhz Ali Baş Komandan ordunun təchizatını, müasir silahlarla təminatını yüksək səviyyədə həyata keçirib, Azərbaycan üçün güclü müttəfiqlər əldə edib. Bütün bunlar isə kompleks məsələlərdir və qələbəyə bilavasitə təsir göstərən ciddi faktorlardır.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin üzvü Asim Mollazadə isə bildirib ki, Azərbaycan Ordusu xalqımızın fəxridir:
“Biz qalib ordudan danışırıq, ərazi bütövlüyümüzü ordumuz təmin edib. Hər bir dövlət ordusunu düşünməlidir, qayğısına qalmalıdır, müasir silahlarla, qayğı ilə təmin etməlidir. Bəli, ordu məsələsində Ali Baş Komandan müstəsna rol oynayır. Bizim təcrübəmizdə Ali Baş Komandan zəruri işlər həyata keçirib. Konkret olaraq güclü ordu üçün güclü iqtisadiyyat olmalı, müttəfiqlər, dostlar, tərəfdaşlar məsələsi həll edilməlidir. Ali Baş Komandan bu məsələlərin hamısını həyata keçirib”.
A. Mollazadənin sözlərinə görə, müharibə dövründə həm ordunu idarə etmək, həm qələbə qazanmaq, həm də informasiya savaşında ön cərgədə durmaq böyük işdir və Ali Baş Komandan bunların öhtəsindən layiqincə gəlib.
Professor Cümşüd Nuriyev isə qeyd edib ki, Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etməklə, xalqımızı daha da şərəfləndirib:
“Azərbaycan Ordusu böyük və çətin relyefə malik əraziləri qısa müddət ərzində işğaldan azad etdi. Dünyada bunun analoqu yoxdur. Konkret olaraq İlham Əliyev Ali Baş Komandan kimi Xankəndinin fatehidir. Çünki Xankəndi faktiki olaraq, 100 il idi əldən getmişdi, amma Ali Baş Komandan onu geri qaytarmağı bacardı”.
C. Nuriyev sonda əlavə edib ki, İlham Əliyev 2008-ci ildən başlayaraq ordumuzun inkişafı üçün çox işlər görüb, 12 il müddətinə regionda ən güclü və döyüşkən ordu qurub.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 İyun 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri