Icma.az
close
up
RU
Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır

Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu qarşılıqlı səfərlərin davamlılığında özünün aydın ifadəsini tapır. Cari ilin dörd ayında Prezident İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri də bu tərkibdəndir. Qarşılıqlı səfərlərin dinamikliyi beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Aprelin 27-də dövlət başçısı İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babiş ilə təkbətək və geniş tərkibdə görüşü oldu, mətbuata bəyanatlarla çıxış etdilər, Azərbaycan-Çexiya biznes-forumu keçirildi. Bu görüşlərdə iki ölkə arasında mövcud əlaqələrlə yanaşı, yeni sahələrdə əməkdaşlıq məsələləri geniş müzakirə edildi. Azərbaycan-Çexiya biznes-forumu hər iki ölkənin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın iqtisadi uğurlarını, enerji və nəqliyyat imkanlarını əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir. Cənab İlham Əliyev onu da qeyd etdi ki, Baş nazir Andrey Babişlə üç ay əvvəl Davosda bir araya gəldik, indi isə burada, Qəbələdə görüşürük. Bu, həqiqətən göstərir ki, hər iki tərəf müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində çox maraqlıdır. Bu gün siyasi, o cümlədən regional və qlobal siyasi gündəliyin bir çox mühüm məsələləri ilə yanaşı, həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr haqqında xeyli danışdıq, konkret layihələrə toxunduq. Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin etdi: “Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir. Prezident İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babişin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin gələcək inkişafının təqdimatı oldu. Çexiyanın Baş nazirinin səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Cənab İlham Əliyev bildirdi ki, çox fəal siyasi dialoqumuz var. Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. “Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir. Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin digər sahələrdə də uğurlu inkişaf etdiyini önə çəkərək qeyd etdi ki, biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahənin də çox genişmiqyaslı olacağına əminlik ifadə olundu”.

Malik Həsənov vurğulayıb ki, Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. İki ölkənin çox səmimi dostluq münasibətləri var: “Andrey Babişin Avropa İttifaqından ilk kənar ölkəyə - Azərbaycana səfər etməsini dostluq, hörmət əlaməti kimi dəyərləndirən cənab İlham Əliyev onu da qeyd etdi ki, bu, həmçinin hər iki ölkənin bir-birinə ehtiyacı olduğunu göstərir. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq. Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olduğunu vurğuladı və bildirdi ki, milli enerji operatorumuz ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir. Biz qaz təminatı baxımından Azərbaycanla uzunmüddətli müqavilə bağlaya bilsək çox şad olarıq”.
Millət vəkili bildirib ki, səfər iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə olacaq. Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı bu gün bir daha öz təsdiqini tapır, qarşımızda çox gözəl perspektivlər açılır. Ölkə Prezidenti İlham Əliyev X sosial media hesabındakı paylaşımında Baş nazir Andrey Babişə rəsmi səfəri və Qəbələdə aparılan konstruktiv müzakirələrə görə minnətdarlığını bildirərək bir daha qeyd edir ki, bunun Avropa İttifaqı hüdudlarından kənara ilk rəsmi səfər olması ikiqat şərəfdir. Bizim sıx siyasi münasibətlərimiz mövcuddur və bugünkü fikir mübadiləsi bir daha Azərbaycan-Çexiya əlaqələrinin daha da dərinləşdirilməsinə olan ortaq sadiqliyimizi təsdiqlədi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri