Icma.az
close
up
RU
Azərbaycan və Çex Respublikası XİN nümayəndələri məsləhətləşmələr aparıb

Azərbaycan və Çex Respublikası XİN nümayəndələri məsləhətləşmələr aparıb

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

6 iyun 2025-ci il tarixində Praqa şəhərində Azərbaycan Respublikası və Çex Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Çex Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yan Maryan rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb.

İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Azərbaycanın təşəbbüskarı və fəal tərəfdaşı olduğu mühüm nəqliyyat layihələri, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində ölkəmizin strateji rolu yüksək qiymətləndirilib.

Eyni zamanda, təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın xalqlararası əlaqələrin gücləndirilməsinə önəmli töhfə verəcəyi qeyd olunub.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdəki mina problemi və orada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında regional və beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev, həmçinin digər ikitərəfli görüşlər keçirib, eləcə də aparıcı araşdırma və beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında baş tutan müzakirələrdə iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 İyun 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see467

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see269

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see249

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see235

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see234

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see233

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see229

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see220

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see213

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see208

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see207

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see205

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see199

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see196

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see196

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see192

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see188

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see186

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri