Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

“Azərbaycan Çin avtomobilləri üçün, sadəcə, satış bazarına çevrilməməlidir” Akif Nəsirli

“Azərbaycan Çin avtomobilləri üçün, sadəcə, satış bazarına çevrilməməlidir” Akif Nəsirli

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Çində avtomobil bazarında geriləmə davam edir. “The Wall Street Journal” yazır ki, Çin Minik Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatına görə, 2026-cı ilin iyulunda minik avtomobillərinin pərakəndə satışları ötən ilin eyni ayı ilə müqayisədə 20,9% azalaraq 1,46 milyon ədədə düşüb. İyun ayı ilə müqayisədə isə satışlar 8,8% azalıb.

Bizimyol.info xəbər verir ki, Çin Minik Avtomobilləri Assosiasiyası (CPCA) geriləməni yüksək neft qiymətləri, mövsümi zəiflik və iyun ayında keçirilən satış kampaniyalarının tələbin bir hissəsini əvvəlcədən reallaşdırması ilə əlaqələndirir.

Hörmüz boğazında yaranan fasilələr neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Çində benzinin qiymətinin artması isə ənənəvi yanacaqla işləyən avtomobillərə tələbi zəiflədib.

Elektrik və hibrid avtomobilləri əhatə edən yeni enerji avtomobilləri (“New Energy Vehicle”-NEV) iyul ayında Çində bütün avtomobil satışlarının 65,1%-ni təşkil edib. Bu, rekord göstəricidir. Lakin NEV satışları da ötən ilin eyni ayı ilə müqayisədə 3,9% azalaraq 951 min ədəd olub.

Çinin yeni enerji avtomobillərinin ixracı iyul ayında iki dəfədən çox artıb, ümumi avtomobil ixracı isə 918 min ədədə çatıb. Tesla həmin ay Şanxay zavodunda istehsal etdiyi 66 330 avtomobili ixrac edib, Çində isə 93 579 avtomobil satıb.

CPCA hesab edir ki, Çin avtomobil bazarı avqust ayında da zəif qala bilər. Eyni zamanda yeni enerji avtomobilləri (NEV) bazarında daha iri və bahalı modellərə keçid güclənir. 2026-cı ilin ilk yeddi ayında təqdim edilən yeni enerji avtomobillərindən 49 modelin uzunluğu 5 metrdən çox olub.

Neft qiymətlərinin artması Çində avtomobil bazarına niyə təsir edir?Çin avtomobil istehsalçılarının xarici bazarlara yönəlməsi Azərbaycan üçün hansı imkanlar yaradır?

Akif Nəsirli

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, insanlar yalnız maşının qiymətinə deyil, gələcək istismar xərclərinə də diqqət yetirirlər: “Çində neft qiymətlərinin artmasının avtomobil bazarına təsiri kifayət qədər məntiqlidir. Yanacağın bahalaşması ilk növbədə avtomobildən istifadə xərclərini artırır. Xüsusilə benzinlə işləyən avtomobil sahibi üçün yanacaq xərci gündəlik və davamlı xərcdir. Neft bahalaşdıqca benzin də bahalaşır və insanlar yeni avtomobil alarkən yalnız maşının qiymətinə deyil, gələcək istismar xərclərinə də daha çox diqqət yetirirlər. Bu isə ənənəvi avtomobillərə tələbi zəiflədə bilər”.

Akif Nəsirli deyib: “Çində vəziyyəti daha da maraqlı edən məqam odur ki, yüksək yanacaq qiymətləri istehlakçıları elektrik və hibrid avtomobillərə yönəldir. Yəni neftin bahalaşması bütövlükdə avtomobilə olan tələbi tamamilə aradan qaldırmır, tələbin strukturunu dəyişir. İnsan avtomobil almaqdan imtina etmək əvəzinə daha az yanacaq sərf edən və ya elektriklə işləyən model seçə bilər. Çində NEV-lərin ümumi satışlarda 65 faizi keçməsi də bu dəyişimin artıq ciddi miqyas aldığını göstərir”.

Akif Nəsirli vurğulayıb ki, elektrik və hibrid avtomobillər Azərbaycan üçün maraqlı istiqamətdir: “Azərbaycan baxımından Çin avtomobil istehsalçılarının xarici bazarlara daha fəal çıxması kifayət qədər ciddi imkan yaradır. Çin şirkətləri daxili bazarda güclü rəqabətlə üzləşdikcə xarici bazarlarda satışlarını artırmağa çalışırlar. Bu isə Azərbaycan kimi avtomobil bazarı nisbətən kiçik olan ölkələr üçün daha çox marka, model və qiymət seçimi deməkdir. Rəqabətin artması avtomobil qiymətlərinin daha əlçatan olmasına, kredit və servis imkanlarının genişlənməsinə də şərait yarada bilər.

Xüsusilə elektrik və hibrid avtomobillər Azərbaycan üçün maraqlı istiqamətdir. Yanacaq qiymətlərinin yüksək olması və elektrik avtomobillərinin istismar xərclərinin nisbətən aşağı olması istehlakçılar üçün bu modelləri cəlbedici edə bilər. Çin istehsalçıları isə hazırda müxtəlif qiymət seqmentlərində çoxsaylı elektrik və hibrid modellər təklif edirlər. Bu, Azərbaycanda elektromobillərin yayılmasını sürətləndirə bilər”.

Akif Nəsirli hesab edir ki, Azərbaycanın coğrafi mövqeyi belə layihələr üçün əlavə üstünlük yaradır: “Başqa bir mühüm imkan Azərbaycanın regional avtomobil bazarında mövqeyinin gücləndirilməsidir. Çin şirkətləri Azərbaycanda yalnız avtomobil satışı ilə kifayətlənməyib servis mərkəzləri, ehtiyat hissələri şəbəkəsi, logistika infrastrukturu və hətta gələcəkdə yığım və istehsal layihələri yaratmaqda maraqlı ola bilərlər. Azərbaycanın coğrafi mövqeyi və Şərq-Qərb nəqliyyat bağlantıları belə layihələr üçün əlavə üstünlük yaradır. Lakin burada Azərbaycan üçün əsas məsələ sadəcə daha çox Çin avtomobili idxal etmək olmamalıdır. Çox böyük iqtisadi fayda yaratmaq üçün Çin şirkətlərinin

Azərbaycanda investisiya qoyması, servis və texniki xidmət mərkəzləri yaratması, ehtiyat hissələrinin istehsalını və avtomobil yığımını lokallaşdırması daha məqsədəuyğundur. Beləliklə, xaricdən hazır avtomobil gətirməkdən əlavə, bu proses yeni iş yerləri, texnologiya və əlavə dəyər yarada bilər”.

Akif Nəsirli əlavə edib: “Çində avtomobil bazarındakı zəifləmə bu baxımdan Azərbaycan üçün müəyyən fürsət yaradır. Çin istehsalçıları daxili bazarda artan rəqabət və satış problemləri ilə üzləşdikcə xarici bazarlara daha aqressiv çıxacaqlar. Azərbaycan isə bu rəqabətdən həm daha münasib qiymətli avtomobillər əldə etmək, həm də investisiya və texnologiya cəlb etmək üçün istifadə edə bilər.

Əsas məsələ bu prosesdə yalnız istehlakçı bazarı olaraq qalmaq yox, mümkün qədər istehsal, servis və regional logistika mərkəzinə çevrilməkdir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Avqust 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see325

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see324

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see319

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see310

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see306

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see304

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see297

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see294

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see289

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see265

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see264

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see263

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see259

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see255

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see251

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see249

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see246

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri