Icma.az
close
up
RU
Azərbaycan Çin əlaqələri yeni müstəvidə

Azərbaycan Çin əlaqələri yeni müstəvidə

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Cənab Prezident  İlham Əliyevin Sanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda iştirak etmək üçün Çin Xalq Respublikasına səfəri, dövlətimizin başçısının dost ölkədə ən yüksək səviyyədə qarşılanması, ÇXR Sədri Si Cinpinin cənab İlham Əliyevi "mənim əziz dostum" deyərək mehribanlıqla salamlaması, aparılan danışıqların məzmunu ölkələrimiz arasındakı münasibətlərin ən yüksək, ən səmimi səviyyədə olduğunu göstərir və əlaqələrimizin artan xətlə daha yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.

Qeyd etmək yerinə düşər ki, ölkələrimiz arasında səmimi və işgüzar münasibətlərin təməli təxminən 30 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu münasibətlər cənab Prezident İlham Əliyevin səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır. Ölkələrimiz bütün platformalarda ardıcıl şəkildə bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmiş, separatizm meyillərinə kəskin etiraz bildirmişlər. 

Azərbaycan Respublikası və ÇXR Parlamentləri arasındakı münasibətlər də yüksək əməkdaşlıq şəraitundə inkişaf edir.

Dövlət, hökumət, parlamentlər arası münasibətlərlə yanaşı hər iki ölkənin iqtidar partiyaları arasındakı münasibətlər də qarşılıqlı hörmət və faydalı əməkdaşlıq müstəvisində inkişaf edir. Bu baxımdan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında Əməkdaşlıq Memorandumunun imzalanması əlamətdar hadisə kimi xüsusi  önəm daşıyır. 

Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, loqistika sahəsində, habelə humanitar və mədəni əlaqələr getdikcə genişlənir və möhkəmlənir. Bu yaxınlarda ikitərəfli qaydada viza rejiminin ləğv edilməsi bu münasibətlərin daha da dərinləşməsinə təkan vermişdir. 

Cənab Si Cinpinin qlobal təşəbbüsü olan "Bir kəmər-bir yol" layihəsinə Azərbaycanın da qoşulması, Qədim İpək Yolunun Orta Dəhlizinin bir şaxəsinin ölkəmiz üzərindən keçməsi, Zəngəzur dəhlizinin açılmasında Çinin maraqlı olması və prosesə dəstək verməsi və digər şərtlər ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və əlaqələrimizin davamlı olmasına əlavə təminatlar yaradır.

Cənab Prezident İlham Əliyevlə ÇXR sədri cənab Si Cinpin arasında keçirilən görüşdə müzakirə olunan məsələlər, xüsusilə, ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksəlməsi, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəkdir.

Hesab edirəm ki, Azərbaycan Prezidentinin ŞƏT plyus Zirvə sammitində iştirakı və bu çərçivədə keçirdiyi görüşlər həm Azərbaycan-Çin münasibətlərinə, həm də Azərbaycanın Qlobal Cənub platformasında daha fəal iştirakına yeni töhfələr verəcəkdir.

Musa Quliyev

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Avqust 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see446

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see397

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see293

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see222

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see217

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see216

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see215

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see211

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see204

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see196

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see193

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see191

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see187

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see184

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see183

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see176

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see175

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see166

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see163

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri