Icma.az
close
up
RU
Azərbaycan Çin əlaqələri: yeni imkanlar, inteqrasiya və kommunikasiyalar

Azərbaycan Çin əlaqələri: yeni imkanlar, inteqrasiya və kommunikasiyalar

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfər edib. Dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti Çinin Sinxua agentliyinə müsahibə verib.

Prezident İlham Əliyev bildirib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.

Səfər çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb.

Azərbaycan-Çin münasibətləri, həmçinin Prezidentin Çinə səfəri və səfər zamanı imzalanan sənədlərin əhəmiyyəti haqqında millət vəkilləri, politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

“Bu həm Azərbaycanın, həm də Çinin düşünülmüş dövlət siyasətidir”

Milli Məclisin deputatı Hikmət Babaoğlu Çin-Azərbaycan münasibətlərinin son dövrlərdə yeni mərhələyə qədəm qoymaqda olduğunu deyib: “Əslində bu yeni mərhələ ötən il Çin və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə və onun müddəaları ilə əlaqədardır. Yəni Çin-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi, dərinləşməsi və miqyasının daha əhatəli olması həm Azərbaycanın, həm də Çinin düşünülmüş dövlət siyasətidir”.

Deputat vurğulayıb ki, Çin-Azərbaycan münasibətləri region və dünya üçün yeni imkanlar, inteqrasiya, kommunikasiyalar vəd edir: “Ona görə də bu kontekstdə iki ölkənin birgə hərəkət etməsi həm də əslində yeni dünya nizamının keyfiyyətini təyin edəcək bir hadisədir. Təsadüfi deyil ki, aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq forumda Azərbaycan Prezidenti Azərbaycanı Qlobal Cənubun bir hissəsi kimi gördüyünü ifadə etdi. Yəni əgər bu gün yeni beynəlxalq münasibətlər sistemində Qlobal Cənub yeni bir güc mərkəzi kimi ortaya çıxırsa, bunun ağırlıq mərkəzi heç şübhəsiz ki, Çindir. Belə olan halda Çin-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi hər iki ölkə üçün və bütövlükdə region üçün çox böyük vədlər verir. Düşünürəm ki, Azərbaycan Prezidentinin Çinə səfəri də tarixi bir səfər olacaq. Çünki orada dediyimiz istiqamətlər üzrə çox mühüm sənədlər imzalanacaq”.

“Azərbaycan-Çin əməkdaşlığı uğurla həyata keçirilir”

Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, cənab Prezidentin Çinə rəsmi dövlət səfəri ərəfəsində Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinə dair çox müfəssəl bir məlumat və mövqe kimi qiymətləndirilə bilər: “Nəzərə alaq ki, Sinxua agentliyinin informasiyası bütün dünyada ən oxunan informasiyalardan hesab edilir. Beləliklə, cənab Prezidentin müsahibəsi təkcə Çin yox, Çinlə əlaqəsi olan bir çox dövlətlərin aparıcı mətbuat orqanlarında yayıla bilər. Cənab Prezidentimiz iki ölkə arasında münasibətlərə yüksək qiymət verdi. Bu münasibətlərin böyük tarixinin olduğunu və bütün bunların nəticəsində 2 il bundan əvvəl Çinlə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması faktını da səsləndirdi. Cənab Prezidentimizin səsləndirdiyi statistik rəqəmlər iki ölkə arasındakı əməkdaşlığın günü-gündən gücləndiyini bir daha təsdiq edir. Həm neft-qaz, həm qeyri-neft sektoru üzrə əməkdaşlıq öz yüksək nəticəsini verir. Bu gün Çinlə Azərbaycan arasında ticarət iqtisadi əlaqələri təqribən 4 milyard dollara yaxındır və bu, Çini Azərbaycanın xarici ticarət tərəfdaşları arasında 4-cü sırada olmasına imkan verib. Hər iki ölkə birgə əməkdaşlıq formalarını daim axtarır və bu, uğurla həyata keçirilir. Çinin “Bir kəmər, bir yol” layihəsi Azərbaycan tərəfindən dəstəklənir. Bu, Çindən gələn yüklərin Azərbaycandan keçməklə Avropa və dünyanın digər bölgələrinə ötürülməsinə böyük dəstəkdir”.

“Çin alıcısının Azərbaycan məhsullarına böyük marağı var”

Deputatın sözlərinə görə, cənab Prezident bildirdi ki, keçən il 278 yük qatarı Azərbaycandan keçib və bu, həcm günü-gündən artmaqdadır: “Azərbaycanın vaxtilə qurduğu yol nəqliyyat sistemi bu gün Çindən gələn yüklərin Azərbaycan vasitəsilə asanlıqla dünyanın digər bölgələrinə çatdırılmasına imkan verir. Bu gün Azərbaycanda 300-dən çox Çin kapitallı şirkət fəaliyyət göstətir. Onlar müxtəlif sahələrdə çalışırlar. Azərbaycan bu gün xarici investisiya üçün cəlbedici olduğuna görə Çin şirkətləri Azərbaycana böyük maraq göstərir. Eyni zamanda, bu gün Çinin 7 iri şəhərində Azərbaycan ticarət evi fəaliyyət göstərir. Bu isə əlbəttə Azərbaycan məhsullarının Çin bazarında özünə yer tapmasına böyük kömək olur. Çin alıcısı Azərbaycan məhsullarına böyük maraq göstərir. Çinlə Azərbaycan arasında cənab Prezidentin müsahibəsində göründüyü kimi siyasi və humanitar sahədə də sıx əlaqələr var. Azərbaycan və Çin bir-birinin ərazi bütövlüyünü dəstəklədikləri barədə daim bəyanatlar verirlər. Vaxtaşırı Azərbaycan və Çin rəsmi strukturlarının və hakim partiyalarının bir-birinə səfərləri təşkil edilir. Azərbaycanda Çin dilinə böyük maraq var. Konfutsi İnstitutunun təşklatçılığı ilə Azərbaycanda dost ölkənin dili böyük maraqla öyrənilir. Eyni zamanda, Çinin bəzi universitetlərində Azərbaycan dilinin öyrənilməsi də dost ölkənin Azərbaycana böyük marağını göstərir”.

A.Mirzəzadə bu səfərin iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın yenidən formalaşmasına böyük kömək olacağını və cənab Prezidentin Sinxua agentliyinə verdiyi müsahibənin Azərbaycan tərəfinin bu məsələdə qətiyyətini və Çinin Azərbaycanla əlaqələrə böyük diqqət etdiyinin göstəricisi olduğunu deyib.

“Çin Azərbaycanla əməkdaşlığı davam etdirməyə maraqlıdır”

Politoloq Asif Nərimanlı Azərbaycan Prezidentinin Çinə səfərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb: “Bu həm Çin, həm Azərbaycan üçün vacib bir səfərdir. Azərbaycan Çin üçün Avrasiyadakı nəqliyyat şəbəkəsində əsas xablardan biri hesab olunur. Çünki Çinin “Bir kəmər, bir yol” layihəsinin ən prioritet dəhlizi Orta dəhlizdir və Azərbaycan bu dəhlizin Cənubi Qafqaz xabında yerləşən əsas açar ölkədir. Bu baxımdan Çin Azərbaycanla strateji əməkdaşlığı davam etdirməyə maraqlıdır. Digər tərəfdən Azərbaycan kiçik olsa belə Çin məhsulları üçün bazarlardan biridir. Ən mühümü isə Çinin Cənubi Qafqazdakı strateji siyasəti, maraqları baxımından Azərbaycan önəmlidir. Çünki Azərbaycan bu regionun əsas gücü hesab olunur”.

“Bu, Azərbaycanın qlobal səviyyədə önəmindən xəbər verir”

O qeyd edib ki, Çinin Azərbaycan üçün strateji üstünlüyünə gəldiksə isə ümumiyyətlə Çin mövcud dünyada yüksələn güc sayılır və bəllidir ki, artıq proses o yana gedir ki, Çin yeni dünya nizamında əsas güc mərkəzlərindən biri olacaq: “Hətta Çin ABŞ qarşısında əks qütb sayılır. Yəni ikinci qütb olaraq qəbul edilir. Təbii ki, bu, uzunmüddətli prosesdir. Amma Avrasiyada yüksələn belə bir güclə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyanatın imzalanması olduqca mühüm amildir. Hər şeydən öncə bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli xarici siyasətin, bir mərkəzdən yox, bir çox mərkəzdən Azərbaycanın milli maraqları kontekstində işləmək siyasətinin tərkib hissədidir. Digər tərəfdən Azərbaycan bu coğrafiyada, yəni Avrasiyada yerləşən bir ölkədir. Təbii ki, Avrasiyada baş verən proseslər Azərbaycan üçün əhəmiyyətlidir. Hesab edirəm ki, Çinlə əməkdaşlıq Azərbaycanın Cənubi Qafqazdakı gücünü artıracaq, ümumiyyətlə isə Avrasiyadakı rolunu artıracaq. Xüsusən də Avrasiyada nəqliyyat şəbəkələrində Azərbaycanın oynadığı rol bunu deməyə əsas verir”.

Politoloq dünyanın hazırda yüksələn gücü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyanatın imzalanması həm də Azərbaycanın qlobal səviyyədəki önəmindən xəbər verdiyini vurğulayıb: “Yəni Azərbaycanın əhəmiyyətli ölkə olmasından xəbər verir. Bu o deməkdir ki, Azərbaycan coğrafi baxımdan kiçik olsa da, qlobal proseslərdə və siyasətdə mühüm və həlledici rol oynayan oyunçulardan birinə çevirlib. Bu baxımdan Azərbaycanla bu cür əməkdaşlığa həm də Çin maraqlıdır”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Aprel 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see145

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see144

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see135

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see132

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see130

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see127

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see118

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see117

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see114

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see114

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see113

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see113

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see112

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see112

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see112

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri