Icma.az
close
up
RU
Azərbaycan Çin əməkdaşlığı: İqtisadi dinamika və ticarət həcmi arta bilər

Azərbaycan Çin əməkdaşlığı: İqtisadi dinamika və ticarət həcmi arta bilər

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər Azərbaycan-Çin münasibətlərində xüsusən də iqtisadi sferada daha çox yaxınlaşma müşahidə olunur. Belə ki, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib.

Çinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub. Həmçinin hazırda Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Eyni zamanda ölkəmizdə Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i aktiv fəaliyyət göstərir.

Azərbaycan-Çin iqtisadi əməkdaşlığı gələcəkdə siyasi əməkdaşlığa necə təsir edəcək?

Mövzu ilə bağlı politoloq Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Çin arasında müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə əməkdaşlıq yeni dövrə qədəm qoyub.

Onun sözlərinə görə, ölkəmiz Türkiyədən sonra əsas partnyorlarından biri kimi Çini görür və bunu xarici siyasətində açıq şəkildə göstərir. Bu baxımdan son olaraq viza rejiminin ləğv olunması ikitərəfli əlaqələrdə xüsusi önəm kəsb edən bir məsələdir:

"Dünya praktikasına görə, viza rejimi ləğv olunan ölkələr arasında zamanla yaxınlaşma baş verir və münasibətlər yeni mərhələyə qədəm qoyur. Azərbaycanda onsuz da kifayət qədər çinli var. Bunun əsas səbəbi Çin bazarının Azərbaycana açıq olmasıdır. Çinlilər öz mallarını və müxtəlif texnoloji məhsullarını asanlıqla ölkəmizdə sata bilirlər. Vizanın ləğvindən sonra bu dinamika daha sürətlə inkişaf edəcək və qarşılıqlı iqtisadi əməkdaşlığayol açacaq”.

Kənan Novruzov: Geosiyasi nöqteyi-nəzərdən Azərbaycan-Çin yaxınlaşması mühüm əhəmiyyət kəsb edir

Müsahibimiz hesab edir ki, yaxın perspektivdə Azərbaycanla Çin arasında iqtisadi dinamika və ticarət həcmi arta bilər. Geosiyasi nöqteyi-nəzərdən Azərbaycan-Çin yaxınlaşması mühüm əhəmiyyət kəsb edir.

Kənan Novruzov qeyd edib ki, Azərbaycan hesablanmış addımlar atır. Bu tendensiya uzaq perspektiv üçün hesablanıb və öz nəticəsini verəcək.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri