Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Azərbaycan Çin İqtisadi və ticarət əməkdaşlığı konfransı keçirilib

Azərbaycan Çin İqtisadi və ticarət əməkdaşlığı konfransı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Quandonq Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Çin (Quandonq) İqtisadi və ticarət əməkdaşlığı konfransı keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, maliyyə, tikinti, ticarət və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkət təmsil olunub.

AZƏRTAC xəbər verir ki, konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin genişləndiyini vurğulayıb. Qeyd olunub ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması münasibətlərimizi yeni mərhələyə yüksəldib. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri güclənir. 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı olan Çinlə ticarət dövriyyəsi 37 faiz artaraq 1,4 milyard ABŞ dollarını ötüb. Çin şirkətlərinin ölkəmizdə “yaşıl” enerji, avtomobil istehsalı, İKT, nəqliyyat və digər sahələrdə reallaşdırılan layihələrdə aktiv iştirakı, həmçinin həyata keçirilən təcrübə mübadiləsi yüksək qiymətləndirilib.

Tədbirdə ölkəmizin iqtisadi potensialı, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar, sənaye zonaları və azad edilmiş ərazilərdə biznes fürsətləri haqqında məlumat verilib, çinli, o cümlədən Quandonq Əyalətini təmsil edən iş adamları fəal işbirliyinə dəvət olunub.

Çin Xalq Siyasi Məşvərət Konfransının Quandonq Əyaləti Komitəsinin sədri Lin Kıçinq Azərbaycanla iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini və ölkəmizin Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşına çevrildiyini qeyd edib. Lin Kıçinq Quandonq əyalətinin innovasiya və texnologiya üzrə potensialının Azərbaycanda sənaye, ticarət və alternativ enerji sektorlarında birgə təşəbbüslərin gerçəkləşdirilməsi üçün geniş imkanlar yaratdığını deyib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin qeyri-neft məhsullarının “Made in Azerbaijan” brendi altında Çin bazarında tanıdılması və təşviqi, eləcə də Çin biznesinin ölkəmizdə fəaliyyətinə dəstək göstərilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

CCPIT-nin Quandonq Əyalət Şöbəsinin I dərəcəli büro səviyyəli rəsmisi Bay Minqşao Çinin və Azərbaycanın işgüzar dairələri arasında artan təmasları vurğulayıb, nəticəyönümlü birgə təşəbbüslərin önəmini ifadə edib.

Çinin Azərbaycandakı səfiri Lu Mey yüksələn xətlə inkişaf edən Azərbaycan-Çin əlaqələrinin dinamikası, müxtəlif istiqamətlər üzrə işbirliyinin gücləndirilməsi haqqında fikirlərini bölüşüb.

Konfransda Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin biznes, ticarət və tranzit imkanları barədə danışıb, AZPROMO-nun, eləcə də hər iki ölkənin şirkət nümayəndələri isə potensial investisiya layihələrinə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə AZPROMO və CCPIT-in Quandonq Komitəsi arasında çoxtərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Konfrans B2B görüşlərlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri