Icma.az
close
up
RU
Azərbaycan Çin münasibətləri logistika ilə məhdudlaşmır" Millət vəkili

Azərbaycan Çin münasibətləri logistika ilə məhdudlaşmır" Millət vəkili

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


"Azərbaycanın müasir xarici siyasət strategiyasının əsas komponentlərindən biri dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilməsi və ölkəmizin qlobal, eləcə də regional proseslərdə aktiv iştirakının təmin edilməsidir. Bu kontekstdə Asiya qitəsi dövlətləri, xüsusilə də Çin Xalq Respublikası ilə münasibətlərimiz prioritet istiqamətlərdəndir və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət konsepsiyası Prezident İlham Əliyev rəhbərliyi ilə uğurla davam etdirilir".

Bunu Bakupost.az -a millət vəkili Naqif Həmzəyev Prezident İlham Əliyevin Çinə səfəri haqda danışarkən bildirib.

O qeyd edib ki, tarixən Azərbaycan və Çinin yerləşdiyi coğrafi məkan arasında güclü ticarət münasibətləri mövcud olub:

"Ölkəmizin yerləşmiş olduğu geopolitik məkan, yəni Qərb ilə Şərqi, Şimal ilə Cənubu birləşdirən körpü rolunu oynaması göz önünə alınarsa, Çinin Azərbaycanla münasibətlərdə öz növbəsində maraqlı tərəf olduğu aydındır. Bu maraq amili öz növbəsində hər iki dövlət başçısı arasındakı dostluq münasibətləri, qarşılıqlı hörmət və etimad amilinə də əsaslanır. Xüsusilə də Prezident İlham Əliyevin simasında Azərbaycan Çin üçün etibarlı tərəfdaşdır".

N.Həmzəyev qeyd edib ki, Azərbaycan-Çin münasibətlərinin mühüm inkişaf tendensiyalarından biri də özünü elektroenergetika sektorunda göstərir:

"Bu kontekstdə Çinə məxsus şirkətlər enerji sektoruna xüsusi maraq göstərir. Qeyd etmək lazımdır ki, “yaşıl enerji” Çinlə ölkəmiz arasında inkişaf etməkdə olan münasibətlərin mühüm istiqamətlərindən biridir. “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında Çinin “Dongfang” şirkətinin iştirak etməsi, “Acwa Power” şirkətinin Azərbaycanda "yaşıl enerji" ilə bağlı inşa etdiyi stansiyanın texniki təminatında Çin şirkətlərinin rolu ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan-Çin münasibətləri sadəcə nəqliyyat-logistika ilə məhdudlaşmayaraq, bir çox sahəni əhatə edir və həyata keçirilməkdə olan layihələrin miqyası hər keçən il daha da genişlənir.

Çin Xalq Respublikası Si Cinpin rəhbərliyində sadəcə iqtisadiyyat yox, texnoloji baxımından da dünya liderliyinə iddialıdır və bu məqsədə nail olmaq üçün Çinin dövlət səviyyəsində tətbiq etdiyi müvafiq konsepsiyalar var. Hazırda Çinin dövlət xərclərinin böyük qismi süni intellekt, robot texnologiyaları, aerokosmik tədqiqatlar, kvant texnologiyasına yönəlib və Çin bu sahələrdə liderliyə iddialıdır. Xüsusilə də robot texnologiyaları və süni intellekt üzrə tədqiqatlar Çinin texno-siyasi konsepsiyasının demək olar ki prioritet istiqamətidir. Çinin bu kimi insan gələcəyinin ən mühüm sahələri üzrə nailiyyətləri təbii ki, hazırkı nizamın aparıcı dövlətlərinin narahatlığına səbəb olmaqla, dünyanı kəskin texnoloji rəqabət meydanına çevirir. Hazırkı rəqabət şəraitində isə Çinin istər iqtisadi möcüzəsi, istərsə də yuxarıda qeyd olunan sahələr üzrə nailiyyətləri heç də az deyil".


Sevinc, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Aprel 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri