Icma.az
close
up
RU
Azərbaycan ilə Qazaxıstan arasındakı dərin qardaşlıq münasibətləri var Millət vəkili

Azərbaycan ilə Qazaxıstan arasındakı dərin qardaşlıq münasibətləri var Millət vəkili

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 oktyabr 2025-ci il tarixində Qazaxıstanın “Kazinform” dövlət informasiya agentliyinə verdiyi geniş və məzmunlu müsahibə bir daha sübut edir ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər təkcə dövlətlərarası deyil, eyni zamanda xalqlarımızın ortaq mənəvi, tarixi və mədəni irsinə söykənən sarsılmaz qardaşlıq telləri ilə bağlıdır. Dövlət başçımızın fikirləri açıq şəkildə göstərir ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri zamanın sınağından uğurla çıxmış, dərin köklərə malik və ardıcıl surətdə inkişaf edən möhkəm bir bazaya əsaslanır. Cənab Prezident İlham Əliyev bu münasibətlərin əsl nümunəvi modelə çevrildiyini və qarşılıqlı hörmət, etimad və ortaq məqsədlərə əsaslandığını çox düzgün və dəqiq şəkildə ifadə edib.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib. 

Deputat bildirib ki, son üç ildə dövlət başçılarının qarşılıqlı səfərləri siyasi dialoqun intensivliyini və iki ölkə arasında olan münasibətlərin yüksək səviyyəsini bir daha təsdiqləyir. Bu səfərlər, eyni zamanda, regional və beynəlxalq miqyasda ölkələrimizin ortaq mövqelərinin formalaşmasına, aktual məsələlərin çevik və koordinasiyalı şəkildə həllinə imkan yaradır. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələr Türk Dövlətləri Təşkilatı çərçivəsində də daha da güclənib və bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də mədəni sahələri əhatə edir. Keçən il Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə Görüşü, eləcə də bu yaxınlarda Qəbələdə baş tutan 12-ci Zirvə Görüşü bu birliyin real nəticələr verdiyini bir daha nümayiş etdirdi. Bu zirvələrdə qəbul olunan mühüm qərarlar Türk dünyasının iqtisadi, siyasi və müdafiə potensialının artırılmasına, regional sabitliyin və rifahın təmininə xidmət edir. Eyni zamanda, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin inşası Qazaxıstanın Azərbaycana mənəvi dəstəyinin və humanitar sahədə əməkdaşlığın parlaq nümunəsidir. Bu təşəbbüs, bir təhsil layihəsi olmaqla yanaşı, həm də türk dünyasının ortaq dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin dinamik və davamlı artım tempini vurğulayaraq, ticarət dövriyyəsinin ötən ilə nisbətən üç dəfədən çox artdığını qeyd etdi. Bu, Orta Dəhliz kimi strateji əhəmiyyətli nəqliyyat marşrutunun və infrastrukturun modernləşdirilməsinin real nəticəsidir. 

Millət vəkilinin sözlərinə görə, hazırda ölkəmizdə Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən 250-yə yaxın kommersiya strukturunun qeydə alınması iqtisadi mühitə olan yüksək inamın təzahürüdür. Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı sərmayələrin həcmi iki ölkənin uzunmüddətli iqtisadi tərəfdaşlığa sadiqliyinin bariz göstəricisidir. Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, Orta Dəhliz vasitəsilə yük daşımalarının artırılması təkcə iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi mənzərəsinin dəyişməsinə səbəb olan amildir. Cənab Prezidentimizin vurğuladığı kimi, 2024-cü ildə tranzit daşımaları 20 faiz artaraq 3,5 milyon tondan çox olması, Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutuna çevrildiyini nümayiş etdirir. Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı fiber-optik kommunikasiya xətləri isə nəqliyyat və informasiya texnologiyaları sahəsində rəqəmsal inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu layihə ölkələrimiz arasında əməkdaşlığı yeni rəqəmsal dövrün tələblərinə uyğun bir mərhələyə daşıyacaq.

Fatma Yıldırım qeyd edib ki, müsahibə zamanı cənab Prezidentin Xəzər dənizində yaranmış ekoloji təhlükələr barədə dedikləri çox ciddi və düşünülmüş xəbərdarlıqdır. Dayazlaşma prosesi təkcə ekoloji deyil, həm də iqtisadi və sosial fəsadlara səbəb ola bilər. Burada bütün Xəzəryanı dövlətlərin birgə və koordinasiyalı fəaliyyətinə böyük ehtiyac var. Prezident İlham Əliyev bu istiqamətdə Azərbaycanın lider mövqeyini bir daha nümayiş etdirib və region dövlətlərini ortaq məsuliyyətə çağırıb.

 Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin real vəziyyətinin dolğun ifadəsi olmaqla yanaşı, həm də gələcək əməkdaşlığın strateji yol xəritəsidir. Azərbaycan ilə Qazaxıstan arasındakı dərin qardaşlıq münasibətləri regional sabitliyin və inkişafın mühüm təminatçılarından biridir, - deyə Fatma Yıldırım vurğulayıb.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see172

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see166

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see145

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see133

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri