Icma.az
close
up
RU
“Azərbaycan Çin münasibətlərində yeni səhifə açılıb”

“Azərbaycan Çin münasibətlərində yeni səhifə açılıb”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərdə dünyanın nüfuzlu media orqanlarının onunla müsahibəyə çan atması artıq ənənə halını alıb. Ölkə prezidentinin həm qlobal iqtisadi-siyasi proseslər, həm  Azərbaycanın xarici siyasəti, həm digər dövlətlərlə münasibətləri həm də digər məsələlərlə bağlı fikirləri, proqnozları böyük maraqla qarşılanır. O da maraqlıdır ki, Azərbaycan liderinin həyata keçirdiyi siyasətin və həmçinin proqnozlarının düzgünlüyü, dəqiqliyi bir müddət sonra öz təsdiqini tapır. Bu kimi hallar beynəlxalq media qurumlarını növbəti dəfə Prezident İlham Əliyevə müsahibə almaq üçün müraciət etməyə sövq edir. Davos Forumunda Çinin CGTN telekanalının ölkə başçısından müsahibə götürməsi bunun təsdiqidir”.

Bunu saytımıza açıqlamasına Milli Məclisinin üzvü Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, müsahibədə jurnalistin verdiyi sualların məzmunu, istiqamətləri Azərbaycan Prezidentinin siyasi nüfuzundan, onun fikir və proqnozlarına olan ehtiyacdan xəbər verir. 

“Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etməsi, siyasi sabitliyin və iqtisadi inkişafın mövcudluğu ölkəmizə olan beynəlxalq münasibəti müsbətə doğru dəyişib. Gənc dövlət olan Azərbaycanın öz milli mənafeyini qoruması, bütün dövlətlərlə  yaxşı əlaqələr qurması və cəmiyyətdə mövcud olan sabitlik bizə imkan verir ki, öz maraqlarımızı müdafiə edə bilək. Daxili sabitliyin, milli birliyin olmadığı ölkələrin hökumətləri xarici siyasətdə də milli maraqlarını müdafiə edə bilmirlər, hücumlar qarşısında geri çəkilirlər. Güclü iqtisadiyyatın qurulması, ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faiz olması, həyata keçirilən genişmiqyaslı layihələr Cənubi Qafqazda və Xəzər regionunda etibarlı mövqe tutmağımıza səbəb olub. 

Aparılan uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 5 faizə enib. Həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Orta Dəhlizlə bağlı görülən işlərin məqsədi 

özəl sektoru inkişaf etdirməkdir. Hədəfimiz Orta Dəhlizlə yükaşırma qabiliyyətini daha da artırmaqdır. Əldə olunan gəlirlər hesabına yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya qoyulur. 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaq”. 

M.Vəliyeva onu da qeyd etdi ki, müsahibədə Azərbaycan-Çin münasibətləri haqqında ətraflı danışan ölkə başçısı ölkəmizin Pekinlə münasibətlərə böyük önəm verdiyini bildirdi: “Dünyanın aparıcı dövlətlərindən olan Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməmiz münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu da imkan verir ki, həmin beynəlxalq təşkilatla daha da yaxından əməkdaşlıq edək. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diktə edir. Bu əməkdaşlıq regional sabitliyə, regional sülhə töhfə verəcək. Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu. Çin vətəndaşları heç elektron viza üçün müraciət etmədən ölkəmizə gələ bilərlər. Eyni fürsətin Azərbaycan vətəndaşlarına da yaradılacağına ümid edirik”. 

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan millət vəkili bildirdi ki, sammit qlobal iqlim böhranından əziyyət çəkən ölkələrə öz problemlərini, tələblərini irəli sürməyə imkan verdi: “COP29-da Azərbaycan Qazaxıstan və Özbəkistanla Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzaladı. Bu öz növbəsində ölkəmizin Çinin enerji kabelinə qoşulmasına imkan verəcək.  Ümumiyyətlə, COP29 sammiti Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynadı. Bütün dünya ölkəmizin ədalətin, beynəlxalq hüququn yanında olduğunu gördü. Prezident İlham Əliyev müsahibədə həm COP29 sammitinin beynəlxalq əhəmiyyəti, həm də Azərbaycanın əldə etdiyi uğurun sirri barədə geniş danışdı. Bildirdi ki, dövlət başçısı bütün xarici təzyiqlərə, təhdidlərə baxmayaraq, sona qədər ölkəsinin milli maraqlarını qorumalı, xalqına qarşı dürüst olmalıdır”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri