Icma.az
close
up
RU
Azərbaycan Çin turizm əməkdaşlığının yeni mərhələsi müzakirə olunub

Azərbaycan Çin turizm əməkdaşlığının yeni mərhələsi müzakirə olunub

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə edilib.

SİA Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Çində keçirilən "CITM 2025" (China International Travel Mart) beynəlxalq turizm sərgisi çərçivəsində Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.

Səfər çərçivəsində dekabrın 17-də Pekində F. Nağıyevlə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri ətraflı müzakirə olunub.

Tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpinin səyləri nəticəsində son illərdə Azərbaycan–Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin turizm sahəsində də əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini qeyd ediblər.

Görüşdə çıxış edən F.Nağıyev son illərdə Azərbaycanla Çin arasında turizm əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb, qarşılıqlı viza rejiminin aradan qaldırılmasının turist axınının artmasına mühüm töhfə verdiyini bildirib. O, Azərbaycanın turizm potensialının Çin bazarında tanıdılması məqsədilə genişmiqyaslı marketinq və tanıtım kampaniyalarının davam etdiriləcəyini, həmçinin növbəti mərhələdə Azərbaycanın Çində turizm nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.

Agentlik sədri, eyni zamanda, çinli turistlərin qəbulu üçün yerli turizm sənayesinin hazırlıq səviyyəsinin artırılmasına yönəlmiş "China Ready" proqramı barədə məlumat verib. O, ötən ay Bakıda keçirilmiş China Visitors Summit tədbirinin iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.

Çinin Mədəniyyət və turizm naziri Sun Yeli isə öz növbəsində Azərbaycanla Çin arasında iqtisadi və siyasi münasibətlərin möhkəmlənməsinin turizm sahəsinə müsbət təsir etdiyini bildirib. Nazir Azərbaycanın turizm imkanlarının Çin bazarında daha geniş tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə birgə fəaliyyətin və turizm sənayesi nümayəndələri arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan–Çin əlaqələrinin qarşılıqlı faydalı tərəfdaşlıq əsasında inkişaf etdiyini və Azərbaycanın çinli turistlər üçün cəlbedici istiqamət olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.

Qeyd edək ki, Azərbaycanın turizm imkanlarının təqdim olunduğu "CITM 2025" sərgisində milli stenddə Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" QSC, "Şahdağ Turizm Mərkəzi" və digər yerli tərəfdaşlar təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan milli stendi "Ən yaxşı stend" nominasiyasına layiq görülüb.

F. Nağıyev, həmçinin Çinin Haykou şəhərində keçirilən sərginin açılış mərasimində iştirak edib. Sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən Çinin Mədəniyyət və turizm nazirinin müavini Gao Zheng və Zurab Pololikaşvili ilə Fuad Nağıyev arasında da görüş keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see131

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri