Icma.az
close
up
RU
Azərbaycan İtaliya strateji əməkdaşlığının yeni mərhələsi

Azərbaycan İtaliya strateji əməkdaşlığının yeni mərhələsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan geniş şəkildə nüfuzlu bir tərəfdaşdır və Avropa İttifaqı bunu yüksək qiymətləndirir. Təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə çox əhəmiyyətli olacaqdır. Biz əlaqələrimizin daha da möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik. Bu fikirləri ölkəmizə səfər etmiş İtaliya prezidenti cənab Sergio Mattarella vurğulamışdır. Təəccüblü heç nə yoxdur, sitat Azərbaycanın güclü beynəlxalq mövqeyini və ölkə lideri İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyasının dünya səviyyəsində artan nüfuzunu əks etdirir.

İtaliya prezidentinin Bakı səfəri və bu səfərin səbəbi barədəki açıqlaması Azərbaycan-İtaliya əlaqələrinin dərinləşməsi və genişlənməsi istiqamətində mühüm bir addım olduğunu göstərir. Prezident Mattarellanın ifadəsi iki ölkə arasındakı əməkdaşlığın yalnız mövcud sahələrdə deyil, həm də yeni və inkişaf edən sahələrdə də artacağını vurğulayır. Bu, Azərbaycanın beynəlxalq aləmdəki strateji mövqeyini daha da gücləndirən bir mesajdır.

Prezident Mattarellanın “Biz əlimizdən gələni edəcəyik ki, bu əlaqələr daha da artsın, inkişaf etsin” deməsi yalnız siyasi və iqtisadi əlaqələrin deyil, həm də mədəni və sosial sahələrdə də əməkdaşlığın dərinləşdiriləcəyinə işarə edir. İtaliyalı ali qonağın bəyanatı Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini və artan nüfuzunu bir daha ortaya qoydu. Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan yalnız regionda deyil, eyni zamanda qlobal miqyasda strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək istiqamətində mühüm addımlar atır. Bu bəyanat Azərbaycanın beynəlxalq siyasətdə etibarlı və vacib tərəfdaş kimi qəbul edilməsinin təsdiqidir. Azərbaycanın dünya siyasətindəki təsiri son illərdə sürətlə artmaqdadır. İtaliya prezidentinin ölkəmizə etdiyi səfər Azərbaycanın xarici siyasətinin müsbət nəticələrini və Prezident İlham Əliyevin rəhbərliyi altında diplomatik gücünü bir daha ortaya qoydu. Bu səfər yalnız İtaliya ilə münasibətlərin inkişafını deyil, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdəki güclü mövqeyini də önə çıxartdı. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sergio Mattarella ilə apardığı danışıqlar Azərbaycan-İtaliya strateji əməkdaşlığının nə qədər inkişaf etdiyini və bu münasibətlərin müxtəlif sahələrdə necə möhkəmləndiyini bir daha ortaya qoydu. Dövlətimizin başçısı iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sənədlərinin önəmini vurğulayaraq bu əlaqələrin yalnız sənədlərlə məhdudlaşmadığını, həm də praktik sahələrdə güclü təsir yaratdığını qeyd etdi. Burada ilk növbədə Azərbaycanın enerji sahəsindəki uğurları ön plana çıxır. TAP layihəsi və Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlığın praktiki nəticələrini əks etdirir. Azərbaycanın İtaliyaya və digər Avropa ölkələrinə təbii qaz ixracı, həm regionda, həm də dünya miqyasında enerji təhlükəsizliyinə verilən töhfəni göstərir. Prezident Əliyev bu əməkdaşlığın, sadəcə iqtisadi fayda yaratmaqla kifayətlənmədiyini, həm də iki ölkə arasında qarşılıqlı inam və uzunmüddətli əlaqələrin qurulmasının önəmini vurğulayır.

Eyni zamanda, Azərbaycan lideri təhsil sahəsindəki əməkdaşlığın inkişafına xüsusi diqqət çəkir. İtaliya-Azərbaycan Universitetinin açılması gələcəkdə iki ölkə arasında gənclərin elmi və mədəni əlaqələrinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu yalnız Azərbaycanın təhsil sahəsindəki inkişafına dəstək olmaqla yanaşı, həm də iki xalq arasında dostluq və qarşılıqlı hörməti artıracaq. Universitetin açılışı iki ölkə arasında yalnız iqtisadi və enerji sahələrində deyil, həm də mədəniyyət və təhsil sahələrində daha dərin bir əlaqə qurulduğunu göstərir.

Bundan başqa Prezident İlham Əliyev Avropa İttifaqı ilə olan münasibətlərə də toxunaraq İtaliyanın bu prosesdəki dəstəyinin əhəmiyyətini qeyd etdi. Azərbaycanın Avropa ilə əlaqələrinin daha da inkişaf etməsi, ölkəmizin beynəlxalq arenada güclü tərəfdaşlıq əlaqələri qurmasına və qlobal siyasətdə daha təsirli rol oynamağa imkan verir. Bu, həm də Azərbaycanın xarici siyasətində müstəqil və balanslı yanaşmasının əhəmiyyətini göstərir.

Nəticə etibarilə Prezident İlham Əliyevin ifadə etdiyi kimi Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq sadəcə iki ölkə arasındakı münasibətlərin deyil, həm də dünya miqyasında enerji, təhsil və iqtisadi sahələrdə müsbət dəyişikliklərə yol açan bir əməkdaşlığın təməlini qoyur. Bu, həm də Azərbaycanın dünya siyasətindəki yerini möhkəmləndirən, beynəlxalq arenada daha güclü və etibarlı tərəfdaş olaraq qəbul edilməsini təmin edən bir addımdır. İtaliya Prezidentinin Azərbaycana səfəri və keçirilən görüşlər Avropa üçün iki ölkə arasında dostluq və əməkdaşlığın nümunəsi olmaqla yanaşı Prezident İlham Əliyevin qlobal miqyasda artan nüfuzunun və siyasi liderliyinin beynəlxalq aləmdə qəbul olunduğunun aydın göstəricisi kimi yadda qaldı. Bu səfər eyni zamanda Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdi.

Rəşad Mahmudov,

YAP İdarə Heyətinin üzvü, 

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri