Icma.az
close
up
RU
Azərbaycan Çin: Uzaq ölkələr, yaxın xalqlar

Azərbaycan Çin: Uzaq ölkələr, yaxın xalqlar

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dekabrın 25-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında Çin-Azərbaycan münasibətlərinin ötən il ərzində keçdiyi inkişaf yolu və əldə olunan mühüm nəticələr diqqət mərkəzində oldu. Çinin Azərbaycandakı səfiri Lu Mei çıxışının əvvəlində media nümayəndələrini salamlayaraq, jurnalistlərin iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirdi. 

Səfir qeyd etdi ki, 2025-ci il Çin - Azərbaycan münasibətləri baxımından xüsusilə məhsuldar il kimi yadda qaldı. ÇXR Sədri Si Cinpin və Azərbaycan Respublikasının ­Prezidenti ­İlham Əliyevin strateji rəhbərliyi altında ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib və tarixdə ilk dəfə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Siyasi qarşılıqlı etimad daha da möhkəmlənib, praktik əməkdaşlıq konkret nəticələr verib, humanitar əlaqələr isə daha dərin məzmun qazanıb. Səfir bildirdi ki, diplomatik fəaliyyəti dövründə bu münasibətlərin inkişafında bir sıra tarixi məqamların şahidi olub.

Lu Mei çıxışında dövlət başçılarının diplomatiyasının Çin - Azərbaycan münasibətlərinin əsas hərəkətverici qüvvəsi olduğunu vurğuladı. Aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Sədr Si Cinpinlə aparılan danışıqlar nəticəsində bir sıra mühüm razılaşmalar əldə olunduğunu diqqətə çatdıran xanım Mei əlavə etdi ki, tərəflər hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzaladılar, eyni zamanda, müxtəlif sahələri əhatə edən 20 əməkdaşlıq sənədinə imza atdılar. 

Avqustun sonu – sentyabrın əvvəlində Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı iki ölkənin beynəlxalq ədalətin və sülhün qorunması istiqamətində ortaq mövqeyini nümayiş etdirdi. Çinli diplomat diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin Çinə hər iki səfərində ailə üzvlərinin də iştirak etməsi Azərbaycanın Çini etibarlı dost kimi qəbul etdiyini göstərən rəmzi məqam kimi dəyərləndirilir. Görüşlər zamanı Sədr Si Cinpin Prezident İlham Əliyevi Çin xalqının köhnə və etibarlı dostu adlandırdı.

İqtisadi və ticarət sahəsində əməkdaşlığın sürətlə genişləndiyini diqqətə çatdıran Lu Mei əlavə etdi ki, 2025-ci ilin yanvar–oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 2,44 milyard ABŞ dollarına çatıb və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artım deməkdir. Gözlənilir ki, ilin yekununda bu göstərici yeni tarixi rekord olacaq və artıq üçüncü ildir ardıcıl olaraq ikitərəfli ticarət həcmi ən yüksək səviyyəyə yüksələcək. Çin Azərbaycanın ən böyük idxal mənbəyi və dördüncü ən iri ticarət tərəfdaşı olaraq mövqeyini qoruyur.

Səfir çıxışında enerji, sənaye və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrə də toxundu. BYD zavodunda istehsal olunan ilk 50 ­elektrik avtobusunun artıq təhvil verildiyi, ilin sonunadək 300 avtobusun istehsal edilərək Bakı, Naxçıvan və Qarabağda istismara buraxılacağı bildirildi. Bərpaolunan enerji sahəsində imzalanmış layihələrin ümumi gücünün 1570 MVt olduğu və bu layihələrin Azərbaycanın “yaşıl enerji” istehsalı potensialını iki dəfə artıracağı vurğulandı. Eyni zamanda, Çinin müəssisələri tərəfindən həyata keçirilən 240 MVt gücündə külək elektrik stansiyasının bu il istifadəyə veriləcəyi, Ələt Azad İqtisadi Zonasında 3 GVt gücündə günəş panelləri istehsalı layihəsinin isə Azərbaycanın yüksək texnologiyalı sənayesinə yeni imkanlar yaradacağı qeyd olundu.

Səfir nəqliyyat sahəsində də mühüm irəliləyişlərin əldə edildiyini bildirdi. Bu ilin yanvar – noyabr aylarında Çindən Azərbaycana 351 yük qatarı göndərilib ki, bu da ötən illə müqayisədə 34 faiz artım deməkdir. Çin yükləri Orta Dəhlizin əsas yük mənbəyinə çevrilərək onun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırıb.

Humanitar əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin iki ölkə xalqları üçün birbaşa fayda verdiyi vurğulandı. Çin tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə maliyyə dəstəyi göstərilib, uşaq evlərində Çin–Azərbaycan dostluq sinifləri yaradılıb, Naxçıvan Muxtar Respublikasında 216 məktəb distant təhsil avadanlıqları ilə təmin edilib. Eyni zamanda, Azərbaycanın Çinin ucqar bölgələrində məktəb infrastrukturu layihələrinə verdiyi dəstək qarşılıqlı diqqət və ehtiramın nümunəsi kimi qeyd olunub.

Çıxışda mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndiyi, vizasız rejimin tətbiqindən sonra qarşılıqlı turist axınının artdığı diqqətə çatdırılıb. 2025-ci ilin 10 ayında Azərbaycana gələn Çin turistlərinin sayı 57 mini ötüb və bu göstərici ötən illə müqayisədə təxminən 50 faiz artım təşkil edib. Azərbaycan gəncləri arasında Çin dilinə və mədəniyyətinə marağın sürətlə artdığı, universitetlərdə Çin dili kurslarının genişləndirildiyi bildirilib.

Mətbuat konfransında Çində keçirilmiş ÇKP Mərkəzi Komitəsinin IV plenumunun nəticələri və qəbul edilən 15-ci beşillik inkişaf planı barədə də məlumat verilib. Qeyd olunub ki, bu plan Çinin yüksəkkeyfiyyətli inkişafını, texnoloji müstəqilliyini və əhalinin rifahının yüksəldilməsini hədəfləyir və Azərbaycanın 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyası ilə bir çox məqamda üst-üstə düşür. Bu baxımdan, plan Çin–Azərbaycan əməkdaşlığı üçün yeni imkanlar açır.

Səfir Lu Mei sonda vurğuladı ki, 2025-ci ildə əldə olunan nəticələr Çin – Azərbaycan münasibətlərinin möhkəm təməl üzərində inkişaf etdiyini göstərir və 2026-cı ildə hərtərəfli strateji tərəfdaşlığın daha geniş perspektivlər qazanacağı gözlənilir. Çin tərəfi Azərbaycanla birgə “Bir kəmər, bir yol” təşəbbüsünün keyfiyyətli icrasını davam etdirməyə, strateji inkişaf planlarını uzlaşdırmağa və xalqların rifahı naminə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bəyan edir.

S.ELAY
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri