Icma.az
close
up
RU
Azərbaycan COP29a ev sahibliyi etməklə dünyanın gələcəyinə töhfə verəcək

Azərbaycan COP29a ev sahibliyi etməklə dünyanın gələcəyinə töhfə verəcək

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İqlim dəyişkənliyinin intensiv getdiyi bir dövrdə yer kürəsinin gələcəyi şübhə altına düşür. Təbii tarazlığın kəskin pozulması, təbiətin özünü bərpaetmə qabiliyyətinin aşağı düşməsi dünyanı qorxunc və qarşısıalınmaz təhlükələr ilə üz-üzə qoya bilər.
İqlimə tərif verərkən müəyyən bir ərazi üçün çoxilliklər ərzində formalaşmış hava şəraitini başa düşürük və onda baş verə biləcək dəyişkənliklər də yalnız çoxilliklər ərzində mümkün ola bilər. Son dövrlərdə aparılan tədqiqatlar və araşdırmalar mövcud tendensiyaların zamanla dəyişə biləcəyini aydın şəkildə göstərdi. Çünki, yer kürəsinin müxtəlif regionlarında iqlim və onun elementləri intensiv sürətlə dəyişməklə böyük fəlakətlərə yol açdı və təbii tarazlığın pozulmasının artıq dərinləşdiyini ortaya qoydu. İqliməmələgətirən amillər arasındakı əlaqələrdə kəsintinlərin olması da məhz bununla bağlıdır.
Düşündürücü məqam isə vəziyyətin bu yerə gəlib çıxmasının səbəbləridir. Burada bir sıra amillər rol oynayır ki, onların içərisində ilk yeri insan fəaliyyəti, yəni antropogen amil tutur. İnsanlar tərəfindən təbiət hərtərəfli olaraq çirkləndirilir. Hava, su, torpaq əsaslı şəkildə zədələnir, zəhərlənir. Təbiət özünübərpa funksiyasını işə salmaqla bütün bunları aradan qaldırmağa çalışsa da təəssüf ki, bu artıq mümkün deyil. Ona görə ki, çirklənmənin və təbii tarazlığın səviyyəsi çox yüksək, bunlara qarşı alınan tədbirlərin səviyyəsi isə çox aşağıdır.
Müxtəlif beynəlxalq qurumların, təşkilatların və ölkələrin mühüm təşəbbüsləri və təklifləri bu baxımdan diqqətə alınmalı, həmçinin ümumdünya xarakteri daşımalıdır. Hər il dünyanın müxtəlif regionlarında keçirilən COP tədbirləri bu istiqamətdə təqdirəlayiq hesab olunur. Ölkəmizin də prosesə qoşulması və beynəlxalq tədbirə ev sahibliyi etməsi bizim mövqeyimizin, yüksək təşəbbüskarlığımızın bariz nümunəsidir.
Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində əldə olunmuş böyük uğurlar ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuz qazanmasına, müxtəlif istiqamətli və ümumdünya əhəmiyyətli tədbirlərin ev sahibinə çevrilməsinə səbəb olub. Şübhə yoxdur ki, Azərbaycanda keçiriləcək COP-29 beynəlxalq tədbiri dünyamızın parlaq gələcəyinin qurulması işinə əsaslı töhfə verəcək və Azərbaycan Cənubi Qafqazın ən böyük, ən güclü və ən qüdrətli dövləti kimi dünya tarixində öz əhəmiyyətli yerini tutacaq.
Anar Salehoğlu,
İctimai-siyasi fəal
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Noyabr 2024 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri