Icma.az
close
up
RU
Azərbaycan COP29da qlobal iqlim liderliyini nümayiş etdirir ŞƏRH AZƏRTAC

Azərbaycan COP29da qlobal iqlim liderliyini nümayiş etdirir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Bu günlər Azərbaycan dünyanın ən böyük tədbirinə - COP29-a ev sahibliyi edir. Ölkəmiz BMT-nin bu mötəbər tədbirini ən yüksək səviyyədə təşkil edib. Bunu COP29-da iştirak edən dövlət və hökumət başçıları da vurğulayıblar. COP29-un açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı iqlim dəyişiklikləri ilə mübarizədə ölkəmizin verdiyi töhfələr, eləcə də digər aktual məsələlərlə bağlı fikirlərini ifadə edib.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, COP29-un Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım deyib.

İqlim dəyişikliklərinin bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayandığını bildirən deputat əlavə edib: “Dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verir. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilən COP29 mühüm beynəlxalq platformaya çevrilir”.

Fatma Yıldırım qeyd edib ki, dövlətimizin başçısı çıxışında ölkəmizin yaşıl enerji ilə bağlı hədəflərini açıqlayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də tarixi bir qərar oldu. Nəzərə alaq ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Bu baxımdan, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzindədir. Beynəlxalq birlik ölkəmizin bu səylərini təqdir edir və dəstəkləyir.

“Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi nəzərdə tutulur. Ölkəmiz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, ölkəmizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək. Açılış mərasimində Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini vurğulayıb. Hazırda azad olunmuş ərazilərdə yaşıl enerji zonası kimi mühüm işlər görülür”, - deyə deputat bildirib.

O deyib ki, müəyyən Qərb dairələrinin COP29-un ölkəmizdə keçirilməsini pozmaq üçün cəhdləri iflasa uğradı. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-un təşkilinə mane olsunlar. Lakin bu cəhdlər heç bir nəticə vermədi. COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min nəfər qeydiyyatdan keçib. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Bu fakt anti-Azərbaycan mövqeyindəki mərkəzlərə tutarlı cavabdır. Şübhəsiz ki, Azərbaycanda keçirilən COP29 qlobal iqlim dəyişikləri ilə mübarizəyə böyük töhfələr verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri