Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Bakı aeroportu COP29da aviasiya dekarbonizasiyasında liderliyini nümayiş etdirir

Bakı aeroportu COP29da aviasiya dekarbonizasiyasında liderliyini nümayiş etdirir

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

COP29 iqlim konfransı çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu və Avropa Beynəlxalq Hava Limanları Şurasının (ACI EUROPE) birgə təşkil etdiyi xüsusi tədbirdə qlobal hava limanı sənayesi dekarbonizasiya istiqamətində sürətlənmiş səylərini bir daha nümayiş etdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Heydər Əliyev Beynəlxalq Aeroportuna karbon emissiyalarının azaldılması üzrə əldə etdiyi irəliləyişlərə görə Hava Limanları Karbon Akreditasiyası (ACA) proqramının 2-ci səviyyə “Azaltma” sertifikatı təqdim olunub.

“Biz ətraf mühitin mühafizəsini yalnız strateji məqsəd deyil, eyni zamanda gələcək nəsillər qarşısında mühüm bir məsuliyyət kimi görürük. Bu nailiyyət bizi daha irəli addım atmağa, “Optimallaşdırma” səviyyəsinə çatmağa və davamlı inkişaf sahəsində daha müasir texnologiyaları və yenilikçi təşəbbüsləri tətbiq etməyə ruhlandırır. Bu uğur yalnız Heydər Əliyev Beynəlxalq Aeroportunun deyil, ümumilikdə Azərbaycanın davamlı inkişaf prinsiplərinə sadiqliyinin göstəricisidir. Aviasiyada ekoloji məsuliyyət artıq seçim deyil, müasir dövrün tələbidir”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev vurğulayıb.

ACI EUROPE-un baş direktoru Olivye Yankovets çıxışında bildirib: “600-dən çox hava limanının akkreditasiyadan keçməsi hava limanı əməliyyatlarının tam dekarbonizasiyası istiqamətində əldə olunan növbəti mühüm nailiyyətdir. Bu, hava limanlarının dayanıqlılığı öz fəaliyyətlərinin əsas prioritetinə çevirdiyinin və hər il milyonlarla ton karbon emissiyasını əhəmiyyətli dərəcədə azaltdığının bariz nümunəsidir. Azərbaycanın paytaxt hava limanını iqlim fəaliyyət icmamıza qoşulması və alt-regionda öncül rol oynaması münasibətilə təbrik edirəm”.

Tədbirdə ACI World-un baş icraçı direktoru Castin Erbaçi və Hava Nəqliyyatı üzrə Fəaliyyət Qrupunun  (ATAG) baş icraçı direktoru Haldan Dodun iştirakı ilə “Aviasiyanın dekarbonizasiyası və Qlobal Çərçivə: Cari Vəziyyət və Perspektivlər” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsində sənaye liderləri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün əsas çağırışları və imkanları müzakirə edib, əməkdaşlığın və innovativ texnologiyaların tətbiqinin vacibliyini vurğulayıblar.

“COP29 tədbiri çərçivəsində hava limanlarının iqlim fəaliyyətinə olan sadiqliyi bir daha nümayiş olundu. İqlim tədbirləri üçün mürəkkəb siyasi mənzərə fonunda, 2050-ci ilə qədər sıfır karbon emissiyasına çatmaq məqsədimizi kollektiv şəkildə bir daha təsdiqləmək vacibdir. Aviasiya cəmiyyətimizə və iqtisadiyyatımıza böyük faydalar gətirir. Hava limanları və onların tərəfdaşları karbon izi ilə mübarizə apararkən, aviasiyanın rifahı təşviq etməkdə və iqlim təsirlərinə qarşı dayanıqlığı artırmaqda olan unikal rolunu qoruyub saxlamalıdırlar. Biz bütün dünyadakı dövlətlərin ICAO-nun uzunmüddətli məqsədinə nail olunmasını dəstəkləyəcək çərçivələr təqdim edəcəyini səbirsizliklə gözləyirik”,- deyə Castin Erbaçi çıxışında vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın ekoloji məqsədlərinə dəstək olaraq karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində innovativ həllərin tətbiqini öz prioritet məqsədlərindən biri kimi müəyyən edib.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see394

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see240

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see183

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri