Icma.az
close
up
RU
Azərbaycan çoxşaxəli siyasi iqtisadi əməkdaşlıq xəttini ardıcıl şəkildə inkişaf etdirir

Azərbaycan çoxşaxəli siyasi iqtisadi əməkdaşlıq xəttini ardıcıl şəkildə inkişaf etdirir

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycanla Qazaxıstan arasında münasibətlər bu gün beynəlxalq siyasi və regional təhlükəsizlik çağırışlarına uyğun şəkildə formalaşır. Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin bariz göstəricisidir. Bu səfər, eyni zamanda, Bakı ilə  Astana arasında əlaqələrin təkcə iqtisadi deyil, həm də siyasi və humanitar sahələrdə dərinləşdiyini nümayiş etdirir". 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə çoxşaxəli siyasi-iqtisadi əməkdaşlıq xəttini ardıcıl şəkildə inkişaf etdirir". 

"Rəsmi Bakının bu istiqamətdəki siyasəti uzunmüddətli strateji konsepsiyaya əsaslanır və regionlararası əlaqələrin sistemli şəkildə qurulmasına xidmət edir. 

Artıq Cənubi Qafqaz və Mərkəzi Asiya vahid Xəzər regionu kimi qəbul edilir. Bu yeni regional modelin formalaşmasında Azərbaycanın rolu xüsusilə önəmlidir. Bakı Xəzər hövzəsi ölkələri arasında körpü funksiyasını yerinə yetirərək inteqrasiya proseslərinin təşəbbüskarı kimi çıxış edir. 

Məhz Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bu iki regionu birləşdirən əsas strateji layihədir. Bu dəhliz vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri Avrasiya məkanında mühüm logistik və iqtisadi əlaqə xətti yaradırlar. 

Yeni dünya siyasi nizamında Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının birgə inkişafı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində reallaşır. Bu platforma regional həmrəyliyin, ortaq təhlükəsizlik və iqtisadi maraqların təminində mühüm mexanizm rolunu oynayır.
Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın lokomotiv dövlətləri kimi çıxış edir. Onların Azərbaycan və Türkiyə ilə əlaqələrinin eyni strateji model üzərində formalaşması regionda yeni siyasi və iqtisadi arxitekturanın yaranmasına səbəb olur. Bu, həm də türk dünyasının siyasi inteqrasiyasının möhkəmlənməsi deməkdir". 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri