Icma.az
close
up
RU
Çoxşaxəli və dayanıqlı əməkdaşlıq

Çoxşaxəli və dayanıqlı əməkdaşlıq

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

     Dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən İtaliya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əməkdaşlığa ciddi maraq göstərir. Qeyd etmək lazımdır ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olmuşdur. Səfər zamanı ölkəmizin İtaliya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verməsi, habelə, Azərbaycanın İtaliyaya Avropanın böyük demokratik ənənələrə, inkişaf etmiş iqtisadiyyata malik dövlət, əməkdaşlıq üçün çox yaxşı tərəfdaş kimi baxması haqqında söhbət olmuşdur.

     Hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb, yəni bu göstərici 9 milyard ABŞ dolları səviyyəsində olub. 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard ABŞ dollarından çox olub. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.

     Son illərdə Azərbaycan-İtaliya münasibətləri klassik enerji tərəfdaşlığı çərçivəsini aşaraq daha geniş, çoxşaxəli və aparıcı xarakter alıb. Cari  il mayın 4-də Prezident İlham Əliyev tərəfindən İtaliya Nazirlər Şurasının Sədri Ciorgia Meloninin Bakıya səfəri zamanı səsləndirilən bəyanat bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir. Sənəd təkcə mövcud vəziyyətin təsviri deyil, həm də gələcək inkişafın yol  xəritəsidir. İtaliya Nazirlər Şurasının Sədri Meloninin regiona səfərinin marşrutu xüsusi siyasi məna daşıyır. Onun əvvəlcə Ermənistana, daha sonra Azərbaycana gəlməsi rəsmi Bakıya verilən diqqətin və hörmətin göstəricisi kimi qiymətləndirilir. Bu detal Azərbaycanın Cənubi Qafqazda artan siyasi çəkisinin və İtaliya üçün prioritet tərəfdaş statusunun göstəricisi kimi çıxış edir.

     Görüş çərçivəsində hər iki ölkə rəhbərinin mətbuata bəyanatları göstərdi ki, Azərbaycan-İtaliya münasibətləri artıq sadə ikitərəfli əməkdaşlıq mərhələsindən çoxşaxəli strateji tərəfdaşlıq və geosiyasi koordinasiya mərhələsinə daxil olub və bu dinamika Azərbaycanın dövlət maraqları ilə tam üst-üstə düşür.

     Yeni inkişaf mərhələsinə keçən bu münasibətlərin arxasında həm regional geosiyasi reallıqlar, həm də tərəflər arasında qarşılıqlı iqtisadi və təhlükəsizlik maraqları dayanır. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Respublikası Şurasının sədri Ciorcia Meloni dövründə yeni mərhələyə keçid edən bu münasibətlər enerji təhlükəsizliyi, sənaye əməkdaşlığı kimi önəmli sahələri əhatə edir. Son dövrlərdə isə münasibətlərin gündəliyi tədricən klassik enerji iqtisadiyyatından çıxaraq müdafiə sənayesi və logistika kimi sahələrə doğru genişlənir ki, bu da tərəfdaşlığın texnoloji inteqrasiya xarakteri aldığını göstərir.

     Tərəflər arasında münasibətlərin çoxtərəfli strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirilməsi göstərir ki, əməkdaşlıq artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, siyasi dialoq, qarşılıqlı investisiyalar, sənaye əməkdaşlığı, təhsil və humanitar sahələr də bu münasibətlərin mühüm komponentlərinə çevrilib. Bu isə Azərbaycanın Qərb ölkələri ilə münasibətlərində etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş imicini gücləndirir və Avropa daxilində siyasi dayaqlarını genişləndirir.

     Hazırda Azərbaycan-İtaliya tərəfdaşlığı strateji müstəvidən çoxşaxəli və dayanıqlı əməkdaşlıq modelinə doğru gedir ki, bu da yaxın gələcəkdə daha böyük  uğurlu nəticələr əldə edilməsindən xəbər verir.

İsgəndər Qurbanov
YAP Qazax rayon təşkilatının partiya veteranı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 May 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri