Icma.az
close
up
RU
Azərbaycan Cüdo Federasiyası yeni strateji mərhələyə start verir

Azərbaycan Cüdo Federasiyası yeni strateji mərhələyə start verir

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkəmizdə cüdonun inkişafı istiqamətində yeni strateji mərhələyə qədəm qoyur.

Bu barədə Bakıvaxtı.az-a ACF-dən məlumat verilib.

Yeni mərhələ "Özünü kəşf et" sloqanı ilə təqdim olunur və cüdonun yalnız döyüş idmanı deyil, eyni zamanda hörmət, özünüinkişaf və şəxsiyyət formalaşdıran bir imkan kimi dəyərləndirilməsini hədəfləyir.

Federasiyanın əsas məqsədi cüdonu qadınlar, kişilər, uşaqlar və gənclər də daxil olmaqla bütün insanlar üçün əlçatan və maraqlı etməkdir. Bu yanaşma həm ölkədə cüdonun populyarlığının artmasına, həm də yeni istedadların üzə çıxarılmasına xidmət edəcək. Strategiyanın mərkəzində cüdonun dəyərlərinin geniş kütləyə çatdırılması və sağlam həyat tərzinin təşviqi dayanır.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni mərhələ ilə bağlı bildirib:

"İdmanla məşğul olmaq yaşdan asılı olmayaraq fiziki və mental sağlam qalmağın ən vacib yoludur. Yeni strategiyamızın əsas məqsədi "Özünü kəşf et" sloqanı ilə yeni təşəbbüslərimizi həyata keçirmək və cüdo dəyərlərini cəmiyyətimizə daha da yaxınlaşdırmaqdır. İnanırıq ki, tatamidə formalaşan iradə və intizam Azərbaycanın güclü gələcəyinə öz töhfəsini verəcək".

Yeni strategiya çərçivəsində məktəblərdə və regionlarda uşaqlar və gənclər üçün daha geniş imkanların yaradılması, qızların idmana cəlb olunmasına yönəlmiş xüsusi proqramların icrası, ailələrin və ictimaiyyətin cüdoya marağını artıracaq açıq tədbirlərin təşkili nəzərdə tutulur. Bütün bu fəaliyyətlər cüdonun əsas fəlsəfəsi - hörmət və özünüinkişaf prinsiplərinə əsaslanan vahid kommunikasiya xətti ilə həyata keçiriləcək.

Federasiya həmçinin yeni yaradılmış sosial media hesabı vasitəsilə (https://www.instagram.com/judoazerbaijan) strategiyanın əsas istiqamətləri, sosial proqramlar, uşaqlar, gənclər və valideynlərə yönəlmiş təşəbbüslər barədə mütəmadi məlumat paylaşacaq. Bununla yanaşı, cüdonun dəyərləri, idmana yeni başlayanların inkişaf mərhələləri və gündəlik hekayələr də ictimaiyyətə təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri