Icma.az
close
up
RU
“Yango Azərbaycan” və Azərbaycan Cüdo Federasiyası arasında strateji tərəfdaşlığa start verilib FOTO

“Yango Azərbaycan” və Azərbaycan Cüdo Federasiyası arasında strateji tərəfdaşlığa start verilib FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan "Yango Azərbaycan" şirkəti və Azərbaycan Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.  Əməkdaşlığın qurulmasında məqsəd ölkədə idmana marağın artırılmasına töhfə vermək, həmçinin şəhər mühitində mobilliyin və komfort səviyyəsinin yüksəldilməsinə nail olmaqdır.  

"Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığımız texnologiyaların və cüdo fəlsəfəsinin sinerjisidir. Bu əməkdaşlıq nizam-intizam, hörmət və davamlı inkişafa nail olmaq əzmi kimi ortaq dəyərlərə əsaslanır.  Məqsəd birlikdə təhsilə dəstək vermək, eləcə də şəhər mühitində mobilliyin təhlükəsizliyinin və keyfiyyətinin artırılmasına yönəlmiş sosial təşəbbüsləri inkişaf etdirməkdir.  İnanırıq ki, cüdo fəlsəfəsi təkcə peşəkar idmançılar üçün deyil, bütün şəhər ekosistemi üçün ilham mənbəyi ola bilər", - "Yango Ride" şirkətinin Azərbaycan üzrə rəhbəri Müşviq Həsənov imzalanma mərasimində bildirib.

Strateji tərəfdaşlıq çərçivəsində Olimpiya və dünya çempionu, cüdo üzrə milli komandanın üzvü Hidayət Heydərov, həmçinin cüdo üzrə qadınlardan ibarət milli yığma komandanın üzvləri "Yango Azərbaycan" servislərinin yeni səfirləri olacaqlar.

"Azərbaycan Cüdo Federasiyası "Yango"nun dəstəyini yüksək qiymətləndirir.  Bu, təkcə idmana edilən sərmayə deyil, həm də Azərbaycanda qadın cüdosunun gücləndirilməsi istiqamətində atılan mühüm addımdır.  Bu tərəfdaşlıq idmançılarımıza daha yaxşı məşq imkanları, beynəlxalq təcrübə və daha yüksək motivasiya qazandıracaq.  Sevindirici məqam odur ki, federasiyamızın dəyərləri "Yango"nun prinsipləri ilə üst-üstə düşür.  Bu tərəfdaşlıq vasitəsilə biz gender bərabərliyini təşviq edir, təhsili dəstəkləyir və müsbət sosial dəyişikliklərə töhfə veririk.  İdmançıları ruhlandıraraq və yeni imkanlar yaradaraq, Azərbaycanın cüdo sahəsində aparıcı ölkələrdən birinə çevrilməsi üçün çalışırıq", - Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

Taksi sifarişi və çatdırılma xidmətləri göstərən "Yango Azərbaycan" servisləri 2022-ci ildə ölkə bazarına daxil olub.  2024-cü ildə "Yango" supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması, məhsulların çatdırılması üzrə "Market" və restoranlardan hazır yeməklərin sifarişi üzrə "Yemək" xidmətləri əlavə olunub.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Fevral 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see300

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri