Icma.az
close
up
RU
Azərbaycan daha bir mötəbər yarışı qəbul etməyə hazırlaşır

Azərbaycan daha bir mötəbər yarışı qəbul etməyə hazırlaşır

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Medianın İnkişafı Agentliyinin layihəsi

Artıq dünyada həm də idman ölkəsi kimi tanınan Azərbaycan daha bir mötəbər turnirə ev sahibliyi etməyə hazırlaşır. Bu il sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmizdə III MDB Oyunlarını keçiriləcək. 

İlk dəfə 2021-ci ildə Rusiyada, 2-ci dəfə 2023-cü ildə Belarusda təşkil olunan yarışı bu dəfə Azərbaycan qəbul edəcək. Yarış Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

III MDB Oyunları üçün işlər yüksək sürətlə həyata keçirilir. Ölkəmizdə bir çox idman kompleksləri təmir olunub və ya yenidən qurulub.

III MDB Oyunları üçün üçün bir neçə şəhər və rayon seçilsə də, turnirin açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək. Elə ona görə də Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Artıq arenada yenidənqurma işləri başa çatmaq üzrədir. 

Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. 

Yenidənqurma işlərini xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionuna baş çəkiblər.  Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Təmir olunan idman kompleksləri arasında Xankəndi şəhər stadionu, Yevlax Olimpiya İdman Kompleksi də var. Belə ki, III MDB Oyunlarının oxatma yarışları Xankəndi şəhər stadionunda, boks yarışları isə Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Qeyd edək ki, xüsusən daha böyük yarışların keçiriləcəyi stadionların yenidən qurulmasını qeyd etmək olar. 

Onu da qeyd edək ki, yaxın illərdə işğaldan azad olunan Ağdam şəhərində yeni “İmarət” stadionu da istifadəyə veriləcək. Məlum olduğu kimi, Prezidentin iştirakı ilə artıq arenanın təməli qoyulub.

Gənclər və idman naziri  Fərid Qayıbov bir neçə gün əvvəl 3-cü MDB oyunları haqda danışarkən Xankəndi şəhər stadionu və Gəncə şəhər stadionundakı təmir-bərpa, yenidənqurma işləri barədə bunları demişdi: "Bilirsiniz ki, Xankəndi şəhər stadionu yenidən qurulur. Bu, çox çətin bir prosesdir. Açıq desəm, yeni stadion tikmək daha asandır. Bu arenanın bir hissəsi 3-cü MDB Oyunları üçün hazır olacaq. Oyunlardan sonra isə yenidənqurma işləri davam edəcək. MDB Oyunlarının oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək. Daha sonra da orada işlərimiz davam edəcək. Ölkə başçısı tərəfindən qərar verildi ki, Gəncə şəhər stadionu yenidən qurulsun. Buna çox ehtiyac var idi. Məlum olduğu kimi, "Kəpəz" bir neçə ildir ev oyunlarını Gəncədə keçirə bilmir. Çünki stadion yararsız hala düşmüşdü. 2 ilə yaxındır ki, biz bu stadionu inşa edirik. MDB Oyunlarının açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda keçiriləcək. Mənə görə, bu stadion Azərbaycanın ən yaxşı futbol arenası olacaq. Çox müasir standartlara cavab verəcək. Bu idman qurğusu şəhərin simvollarından birinə çevrilə bilər. Gəncə şəhər stadionu UEFA standartlarına cavab verən bir arena olacaq".

Bunu da qeyd edək ki, Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 23 idman növü üzrə 246 medal dəsti uğrunda mübarizə gedəcək. Ən çox medal dəsti (40) üzgüçülük üzrə olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyənləşəcək.

İndiyədək III MDB Oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin iyul ayında yaydığı məlumata əsasən, yarışa MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1846 idmançı və 2666 nümayəndə qatılacaq. Son olaraq Türkmənmistan idmançılarının ölkəmizə gələcəyi təsdiqlənib.

Azərbaycanın 349, Rusiyanın 263, Qazaxıstanın 259, Özbəkistanın 257, Belarusun 255, Tacikistanın 202, Türkmənistanın 170, Qırğızıstanın 85 idmançısının turnirdə mübarizə aparacağı dəqiqləşib. Ümumilikdə oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.

Müstəqillik tarixi boyuna saysız-hesabsız idman yarışlarının, bir çox mötəbər turnirlərin mərkəzinə çevrilən ölkəmizin III MDB Oyunlarına da layiqli şəkildə ev sahibliyi edəcəyinə əminik. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri