Icma.az
close
up
RU
Azərbaycan mötəbər tərəfdaşlıq məkanıdır

Azərbaycan mötəbər tərəfdaşlıq məkanıdır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ölkəmiz Şərqdən Qərbə, Şimaldan Cənuba əməkdaşlığa açıqdır

Bir qayda olaraq, dövlətin kimliyi kənar ölkələrin, qlobal güc mərkəzlərinin ona necə yanaşması ilə ölçülür. Məhz bu meyar əsasında respublikamız olduqca nadir təcrübə qazanıb. Ölkəmiz dürüstlük və şəffaflıq kimi tarixi prinsiplərinə sadiq qalaraq sabitliyini qoruyub saxlayır. Əsas məqam ondan ibarətdir ki, ətrafında cərəyan edən beynəlxalq proseslər Azərbaycanın qlobal miqyasda aparıcı ölkəyə çevrilməsini təsdiqləyir.

Respublikamız heç vaxt kənar qüvvələrin siyasi alətinə çevrilmədən, fərqli sivilizasiyaları, ziddiyyətli iqtisadi maraqları, müxtəlif hərbi blokları eyni masada cəm etməyi bacarır. Şərqin ənənəvi müdrikliyi ilə Qərbin praqmatizmi arasında qurulmuş qızıl körpü milli iradənin, sarsılmaz siyasi xəttin məntiqi nəticəsidir. Daxili qüdrət əsasında formalaşan inam dövlətimizi beynəlxalq sistemin etibarlı dayağına çevirir.

***

Mərkəzi Asiya respublikaları üçün Azərbaycan Qərbə açılan nəqliyyat qapısı, siyasi sabitlik mənbəyi, eləcə də vahid geoiqtisadi məkanın ayrılmaz hissəsidir. Ötən ilin noyabrında Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü çərçivəsində mövcud inteqrasiya tamamilə yeni mərhələyə qədəm qoydu. Rəsmi Bakının aktiv iştirakı sayəsində Mərkəzi Asiyanın ənənəvi formatı əhəmiyyətli dərəcədə genişlənərək təkamül prosesi keçdi, nəticədə Azərbaycan “altıtərəfli” müştərək qütbün yaradılmasında həlledici ölkəyə çevrildi. Həm tranzit imkanları baxımından, həm də müştərək təhlükəsizlik arxitekturasının qurulmasında hökumətimizin rolu əvəzedilməz xarakter daşıyır.

Mərkəzi Asiya regionunun liderləri Xəzər dənizinin şərq sahilindən Qərbə gedən yolda əsas qarant kimi məhz respublikamızı görürlər. Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun strateji əhəmiyyəti artdıqca, Şərq dövlətləri Asiyadan Avropaya uzanan yolu sarsılmaz ittifaqın əsas təməl daşı hesab edirlər. Çin sərhədlərindən başlayan karvanlar, qatarlar məhz həmin dəhliz vasitəsilə ən qısa müddətdə Avropa bazarlarına çatdırılır. Orta Dəhliz çərçivəsində yatırılan müştərək investisiyalar, liman infrastrukturunun qarşılıqlı modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması regional asılılığı aradan qaldıraraq müstəqil iqtisadi manevr məkanını formalaşdırır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkəmiz fərqli, lakin daha dərin mənəvi-siyasi missiya daşıyır. 2025-ci ilin oktyabr ayında Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Toplantısı həmin missiyanın pik nöqtəsi idi. Təşkilatın sədrlik estafeti rəsmi Bakıya keçdi. Hazırkı mərhələdə respublika Türk dünyasının qlobal güc mərkəzinə çevrilməsi istiqamətində əsas lokomotiv vəzifəsini uğurla icra edir. Hərbi, iqtisadi, mədəni əməkdaşlığı ehtiva edən təşəbbüslər mütəmadi olaraq artır. Şuşa Bəyannaməsindən başlayan yol, indi Qəbələ sənədləri əsasında ortaq təhlükəsizlik mexanizmlərinin yaradılması, kosmik tədqiqatlar aparılması, ortaq türk peykinin istehsalı, həmçinin vahid iqtisadi məkanın formalaşdırılması kimi strateji hədəflərlə davam edir.

Təşkilata sədrlik müddətində müdafiə və regional təhlükəsizlik istiqamətindəki fəaliyyətlər tamamilə yeni institusional çərçivəyə keçid edir. Dövlət başçısının təşəbbüsü ilə təhlükəsizlik şuraları, hərbi sənaye kompleksləri arasındakı inteqrasiya maksimum səviyyəyə çatdırılıb. Cari il üçün planlaşdırılan müştərək hərbi təlimlər, kibertəhlükəsizlik məkanının qurulması Türk dünyasının artıq tamhüquqlu hərbi-siyasi ittifaq olduğunu təsdiqləyir. Qlobal miqyasda cərəyan edən ziddiyyətlər fonunda məzkur addımlar türk respublikalarının toxunulmazlığını təmin edən dəmir qalxana çevrilir. Sədrlik missiyası çərçivəsində qarşıya qoyulan müştərək həmrəylik sarsılmaz qüvvə yaradır prinsipi bütün üzv dövlətlərin suverenliyini qoruyan qarant funksiyasını yerinə yetirir.

***

Çin Xalq Respublikası ilə genişlənən əlaqələr xüsusi önəm daşıyır. 2024-cü ilin iyulunda Astana şəhərində imzalanmış bəyannamə ilə münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Şanxay Əməkdaşlıq Təşkilatında artan nüfuzumuz isə Şərq–Qərb ticarət yollarının şaxələndirilməsində rolumuzu gücləndirir. 2025-ci ildə imzalanan “Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat” bu əməkdaşlığı daha da möhkəmləndirdi. Çin Azərbaycana sənaye, texnologiya və “yaşıl enerji” sahələrində etibarlı tərəfdaş kimi yanaşır. İnvestisiyalar və texnoloji transferlər qeyri-neft sektorunun inkişafına təkan verir. Bu əməkdaşlıq, beynəlxalq təchizat zəncirindəki risklər fonunda, Azərbaycanın dayanıqlılığını gücləndirir və tərəflər arasında qarşılıqlı faydaya əsaslanan strateji əməkdaşlığın nümunəsinə çevrilir.

***

Qərb dünyası, xüsusən Avropa İttifaqı üçün rəsmi Bakı sıradan enerji təchizatçısı sayılmır, bütövlükdə, qitənin enerji təhlükəsizliyinin əsas qarantlarından hesab edilir. Cənub Qaz Dəhlizinin davamlı şəkildə genişləndirilməsi, həmçinin, “yaşıl enerji” ixracı sahəsində yatırılan beynəlxalq investisiyalar dövlətimizin iqtisadi rıçaqlarını daha da möhkəmləndirir. Avropa rəsmiləri açıq şəkildə etiraf edirlər ki, rəsmi Bakı mürəkkəb geosiyasi şəraitdə həmişə verdiyi sözə sadiq qaldığını sübuta yetirir. Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan alternativ enerji xətləri Qafqaz dağlarının zəngin resurslarını “qoca qitə”nin təməl ehtiyaclarına bağlayır. Qərb paytaxtları çox yaxşı anlayırlar ki, qarşıda duran kəskin rəqabət fonunda etibarlı, suveren, xaricdən idarə olunmayan güclü hökumətlə tərəfdaşlıq mütləq şərtdir.

Eyni zamanda, Yaxın Şərq dövlətləri üçün ölkəmiz sülh, balanslaşdırılmış siyasət, həmçinin sivilizasiyalararası dialoq məkanı kimi çıxış edir. Qanlı münaqişələrin, bitməyən geosiyasi toqquşmaların tüğyan etdiyi həmin coğrafiyadan fərqli olaraq, dövlətimiz Yaxın Şərq ərəb dövlətləri, eləcə də İsrail hökuməti ilə eyni vaxtda yüksək səviyyəli siyasi-iqtisadi tərəfdaşlıq quraraq beynəlxalq təhlükəsizliyə davamlı töhfələr verir. İslam həmrəyliyinə sadiq qalan, Fələstin xalqının haqlarını qoruyan, müxtəlif humanitar layihələr həyata keçirən xarici siyasət idarəmiz paralel şəkildə Təl-Əviv ilə hərbi, aqrar, texnoloji əməkdaşlığını məharətlə idarə edir.

Qlobal iqlim dəyişmələri kimi mühüm problemlərin müzakirəsində də oxşar proseslər ön plana çıxır. 2024-cü ilin noyabr ayında Bakıda uğurla təşkil edilmiş qlobal miqyaslı iqlim sammiti – COP29 siyasi əzmkarlığın, beynəlxalq idarəetmədəki fəallığın bariz nümunəsinə çevrildi. Bu konfrans dünyanın inkişaf etmiş Şimal ölkələri ilə qlobal Cənub cəmiyyətlərini ortaq məxrəcə gətirməyi bacaran möhtəşəm diplomatik qələbə idi. Hökumətin formalaşdırdığı inkişaf modeli sübut edir ki, xarici hərbi alyansların kölgəsinə sığınmadan milli qüdrəti artırmaq mütləq mənada mümkündür.

Sülhsevər xarici siyasət kursu sübuta yetirir ki, ölkə rəhbərliyi yalnız milli maraqlara söykənərək praqmatik balans yaradır. Sabitlik, iqtisadi qüdrət, həmçinin müstəqil qərarvermə sistemi sayəsində respublika qlobal xaosun mərkəzində sülh diyarı kimi fərqlənir. Məhz göründüyü kimi olan Azərbaycan xarici qüvvələrin alətinə çevrilmir, əksinə, cərəyan edən proseslərin axarını dəyişdirərək müxtəlif mədəniyyətləri, iqtisadiyyatları, fərqli geosiyasi qütbləri eyni masada cəm etməyi yüksək səviyyədə bacarır. Şərqin müdrikliyi, Qərbin praqmatizmi arasında qurulmuş möhtəşəm körpü məhz milli iradənin, sarsılmaz siyasi xəttin məntiqi nəticəsidir.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see393

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see348

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see342

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see335

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see293

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see288

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see280

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see274

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see264

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see252

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see248

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see244

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see243

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see237

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see223

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see215

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see213

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see207

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see201

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri