Icma.az
close
up
RU
Azərbaycan daim bir addım öndə olacaq

Azərbaycan daim bir addım öndə olacaq

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə Çin–Avropa ticarət əlaqələrinin inkişafı fonunda Cənubi Qafqaz regionunun strateji əhəmiyyəti daha da artıb. 

Xüsusilə Orta Dəhliz Asiya ilə Avropa arasında alternativ və etibarlı logistika marşrutu kimi diqqət mərkəzinə çevrilib. Qlobal geosiyasi dəyişikliklər, enerji təhlükəsizliyi, ticarət marşrutlarının şaxələndirilməsi və regional əməkdaşlıq fonunda bu dəhlizin gələcək perspektivləri geniş müzakirə olunur. 

Çin–Avropa–Cənubi Qafqaz əməkdaşlığının inkişafında Orta Dəhliz hansı rolu oynayır və Azərbaycanın bu prosesdə strateji mövqeyi necə qiymətləndirilir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli bildirib ki, Orta Dəhlizin əsas oyunçularından biri olan Azərbaycan və onun müəllifi olduğu Zəngəzur dəhlizi layihəsi reallaşdıqca, Azərbaycanın Orta Dəhlizə verdiyi töhfə də xüsusi əhəmiyyət daşıyacaq. 

Onun sözlərinə görə, Çin–Avropa–Cənubi Qafqaz əməkdaşlığının inkişafında Orta Dəhlizin rolunu və Azərbaycanın bu prosesdəki xüsusi, əvəzolunmaz mövqeyi vurğulanmalıdır: 

“Orta Dəhliz uzaq Çindən Avropaya qədər uzanan mühüm bir layihədir. Bu layihə dəhliz üzərində yerləşən bütün ölkələrə həm siyasi, həm də iqtisadi dividendlər qazandıracaq. 

Hələ Azərbaycan əraziləri işğalda olduğu dövrdə dövlət başçımızın Çinə səfəri zamanı keçirilən görüşlərdə bu istiqamətdə gələcək perspektivlər və hədəflərlə bağlı müxtəlif təmaslar həyata keçirilir, danışıqlar aparılırdı. 

"Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsində də Azərbaycan daim öz töhfəsini verirdi. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, bununla da bölgəmizdə tamamilə yeni reallıqlar yaranıb. Bu reallıqlar həm siyasi, həm də iqtisadi xarakter daşıyır”. 

Siyasi şərhçi əlavə edib ki, dünyanın əksər ölkələri, eləcə də qlobal güc mərkəzləri və dünya liderləri Azərbaycanın yaratdığı bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir: 

“Bu baxımdan, Zəngəzur dəhlizi Orta Dəhlizin əsas açarı kimi gələcəkdə bütün dünya üçün mühüm töhfələr verəcək. Təbiidir ki, Azərbaycanla Çin arasında münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir.

Çindən Azərbaycana, Azərbaycanın əsas hissəsindən Naxçıvana, Naxçıvandan isə qardaş Türkiyəyə, oradan da Avropaya uzanacaq bir nəqliyyat marşrutundan söhbət gedir. 

Bu dəhlizin iqtisadi dividendlərin əldə olunması baxımından da böyük əhəmiyyəti var. İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi və coğrafiyasının zənginləşdirilməsi istiqamətində bu gün Azərbaycan xüsusi rol oynayır. 

Ona görə də Azərbaycanın həm dünya miqyasında, həm də bölgəmizdə nüfuzu durmadan yüksəlir və gələcəkdə də bu layihələrin həm müəllifi, həm də icraçısı kimi Azərbaycan daim bir addım öndə olacaq”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: Çin–Avropa–Cənubi Qafqaz Sahil Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri