Icma.az
close
up
RU
Qarabağ yenə bir addım öndə

Qarabağ yenə bir addım öndə

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Qarabağ” xeyli vaxtdır ki, bir futbol klubu olmaqdan daha irəli gedib, Azərbaycanı dünya səviyyəsində uğurla təmsil edən markaya çevrilib. Klub rəhbərliyi, baş məşqçi Qurban Qurbanov və yaşıl meydanlarda can qoyan, top qovan futbolçuların sayəsində "Qarabağ” uğurları sıralayır, xarabalığa bənzəyən Azərbaycan futbolunun yerlərdə sürünən nüfuzunu qorumağa çalışır.

Çoxları bu uğurları təəccüblə qarşılayır, "köhlən atlar”ın bu zirvələri necə fəth etməsinin sirrini anlaya bilmirlər. Amma hər şey çox sadədir. Uğurun sirri fədakarlıq, peşəkarlıq və öz işini sevərək görən insanların işbirliyidir. Dəfərlərlə isbatlanıb ki, digər klublarımızın "Qarabağ”dan öyrənəcəyi çox şey var. Yerli məşqçiyə göstərilən etimad, ona verilən dəstək Azərbaycan futboluna misli görünməmiş uğurlarla yanaşı Qurban Qurbanovun timsalında xarizmatik bir futbol adamı qazandırıb. Klub rəhbərliyi, şəxsən Abdulbari Gözəl, Tahir Gözəl və Emrah Çelikel ən çətin məqamlarda belə Qurban bəyə dəstək verib, ona inanıb. Bu inamın da "meyvələrini” ölkə futbolu və azarkeşlər dadıb. 

Düzgün seleksiya siyasəti də hamımızın gözünün önündədir. Reynaldo, Almeyda, Juninyo, Zubir, Şehiç kimi heç kimin tanımadığı əcnəbilər məhz "Qarabağ”da parlayıb, özlərini təsdiq ediblər. Rusiyalı qapıçı Andrey Lunyovu Almaniyada hamı unutmuşdu. Məhz "Qarabağ”dakı çıxışı ona "ikinci həyat” verdi, ruslar həmvətənlərini əla məvaciblə Moskva "Dinamo”suna apardılar.

Digər klublarımızın "Qarabağ”dan öyrənəcəkləri təkcə bunlara məhdudlaşmır. İdarəetmə sistemi, Avropanın nüfuzlu futbol təşkilatlarına inteqrasiya bacarığı da əsl dərs vəsaitidir. "Qarabağ”ın baş meneceri Asif Əsgərov qısa müddətdə bu sahədə böyük nüfuz qazanmağı, özünü əla bir təşkilatçı və uğurlu təmsilçi kimi tanıtdırmağı bacarıb. 43 yaşlı Asif bəy 2017-ci ildə Avropa Klublar Birliyinin İşçi Qrupunun üzvü, 2019-cu ildən isə İşçi Qrupunun katibi seçilib. Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İdarə Heyətinə üzvlüyə qədər yüksəlib. Bu da Azərbaycan futboluna göstərilən böyük etimaddır. 

Bu günlərdə "Qarabağ” daha bir ilkə imza atdı, bununla da Azərbaycanın digər klublarından bir neçə addım öndə olduğunu yenidən isbatladı. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına, qısa adıyla COP29-a "Qarabağ” özünəməxsus dəstəyini verdi.  "Qarabağ”ın təşəbbüsü ilə "Liverpul”, "Tottenhem” (hər ikisi İngiltərə), "Atletiko Madrid”, "Real Betis” (hər ikisi İspaniya), "Fənərbaxça”, "Qalatasaray” (hər ikisi Türkiyə), "Udineze” (İtaliya), "Porto” (Portuqaliya), "Flamenqo” (Braziliya), "Malmö” (İsveç) kimi klubların təmsilçiləri paytaxtımıza gəldi. "Qarabağ”ın dəvəti ilə Bakıya gələn, COP29-a qatılan futbol klubları iqlim dəyişikliyi ilə mübarizə məqsədi ilə yaradılan birgə alyansa qatıldılar.

Heç şübhəsiz ki, "Qarabağ” bu inamlı addımlarına davam edəcək, həm futbol meydanlarında, həm də ondan kənarda ölkəmizi uğurla təmsil etmək missiyasını uğurla yerinə yetirəcək. Kaş ki, digər Azərbaycan klubları da "Qarabağ”dan öyrənməyi bacara, bu, ümumi işimizin ancaq xeyirinə olar.

Amal Abuşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri