Icma.az
close
up
RU
Azərbaycan Davos İqtisadi Forumu üçün vacib tərəfdaşlardan biridir

Azərbaycan Davos İqtisadi Forumu üçün vacib tərəfdaşlardan biridir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Davos İqtisadi Forumu mühüm beynəlxalq platformadır. Hər il İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunun ənənəvi olaraq keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə etməkdir”.Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.Deputat bildirib ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu platforma dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.Millət vəkilinin sözlərinə görə, müxtəlif münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Prezident İlham Əliyev ötən illər ərzində Forumun işində fəal iştirak edib. Dövlətimizin başçısı Forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Dövlətimizin ildən-ilə artan nüfuzu və iqtisadi imkanları, regionda baş verən hadisələr, eləcə də yeni reallıqlar fonunda ötən ilki Forum ölkəmizə daha mühüm siyasi və iqtisadi dividendlər əldə etmək üçün zəmin yaradıb. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.Azərbaycan dövlətinin balanslaşdırılmış xarici siyasəti, əhəmiyyətli coğrafi mövqeyimiz ölkəmizdə siyasi sabitlik və davamlı iqtisadi inkişafa şərait yaradır. Lakin bununla belə təəssüf ki, həm də bir sıra region ölkələrinin, eləcə də, dünya siyasətinə təsir edən böyük dövlətlərin, beynəlxalq təşkilatların həyata keçirdikləri qeyri-adekvat siyasətləri, yanlış qərarları dünyada sülhün və təhlükəsizliyin təminatına, dayanıqlı inkişafa mane olmaqla yanaşı, mövcud münaqişələrin, iqtisadi və siyasi böhranların uzanmasına və dərinləşməsinə, yenilərinin də yaranmasına gətirib çıxarır. Ona görə də Davos Forumu ölkələr və beynəlxalq təşkilatlar arasında səmərəli dialoqun reallaşması üçün son dərəcə böyük əhəmiyyət daşıyır.F.Yıldırım qeyd edib ki, budəfəki Dünya İqtisadi Forumu cari il yanvarın 20-dən 24-dək İsveçrənin Davos-Klosters şəhərində keçirilir. Forum qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla, 130-dan çox ölkəni bir yerə toplayır. Bu ilki Forumda da Prezident İlham Əliyev mühüm görüşlər keçirib, tədbirlərə qatılıb.“Prezident İlham Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə də həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və s. məsələlərdə Azərbaycanın mühüm rolu da diqqət mərkəzindədir”, - deyə millət vəkili vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri