Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Davos Forumu: Yeni dövrün siyasi iqtisadi reallıqları

Davos Forumu: Yeni dövrün siyasi iqtisadi reallıqları

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əsasən iqtisadi məsələlərin müzakirə edildiyi Davos İqtisadi Formunun siyasi əhəmiyyəti də böyükdür. Yanvarın 20-də “Ağıllı əsr üçün əməkdaşlıq” mövzusunda öz işinə başlayan və dörd gün davam edən Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edib. Dünya iqtisadiyyatında yeni texnologiyaların tətbiqi, insan kapitalının inkişafına investisiya qoyuluşu, iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyi, sosial və iqtisadi dayanıqlıq məsələləri Forumda əsas müzakirə mövzularından olub.

Davos İqtisadi Forumunda iştirak Azərbaycan üçün müntəzəm xarakter daşıyır. Bu forumlar zamanı ölkəmizə göstərilən münasibət dövlətimizin nüfuzundan xəbər verir. Azərbaycan Prezidentinin Davosda keçirdiyi görüşlər, verdiyi müsahibələr, iclaslardakı çıxışları Forumun əhəmiyyətini daha da artırır. Davosda qarşı tərəflərin istəyi ilə keçirilən görüşlər cənab İlham Əliyevin böyük nüfuzunun göstəricisidir. Dövlət başçısı ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, idarəetmədəki yeniliklər barədə həm mətbuata müsahibələrində, həm də iclaslardakı çıxışlarında geniş məlumat verir. Strateji nəqliyyat qovşağının yaradılması, enerji sektorunda, xüsusilə də yaşıl enerjiyə keçidlə bağlı görülən işlər, neft və qeyri-neft sektorunun inkişafı üçün yaradılan investisiya mühiti barədə iştirakçılar bilgiləndirilir.
İsveçrəyə səfəri çərçivəsində dövlətimizin başçısı yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib. O, bu müsahibədə digər məsələlərlə bağlı Çin Xalq Respublikası ilə mövcud əlaqələrə də toxunub. Qeyd edilib ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş olublar. Ötən ilin yayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addım sayılmalıdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycanın bu təşkilatdakı statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. ŞƏT və BRICS-in bütün üzv dövlətlərinin ölkəmizlə yaxın münasibətləri var. Bundan başqa, Azərbaycanın coğrafi mövqeyi Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaqdır. Ölkəmiz müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Dövlət başçısı sözügedən müsahibəsində qeyd edib ki, “Əlbəttə istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”.
Azərbaycan Cənubi Qafqazda lider ölkə mövqeyinə malikdir. Bu gün texnologiyanın səmərəliliyini artırmaq, davamlılığı və beynəlxalq ticarətdə inklüzivliyi təşviq etmək əsas istiqamətlərdən biridir. Ənənəvi resurslarla yanaşı, bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Davos İqtisadi Forumu siyasətçilər, dövlətlər, qeyri-dövlət aktorları, sosial tərəfdaşları cəmləyən bir mötəbər tədbirdir. Forum zamanı Prezident İlham Əliyevin qarşı tərəflərin istəyi ilə keçirdiyi görüşlər ölkəmizə, onun Liderinə olan böyük etimadın göstəricisidir. Dövlətimiz bu etimadı həyata keçirdiyi uğurlu siyasət nəticəsində qazanıb.

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri