Icma.az
close
up
RU
Azərbaycan Davosda siyasi və iqtisadi dividendlər qazandı ŞƏRH

Azərbaycan Davosda siyasi və iqtisadi dividendlər qazandı ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 yanvar, P.Qafarova, AZƏRTAC

“Prezident İlham Əliyevin 19-22 yanvarda İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun İllik toplantısında iştirakı ilk deyil, ənənəvi xarakter daşıyan bir hadisədir. Forum sayca 56-cı idi. Azərbaycan ilk dəfə 1995-ci ildə -Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Davos İqtisadi Forumunda iştirak edib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Azərbaycanın Davosda iştirakı 2007-ci ildən etibarən artıq müntəzəm xarakter alıb”.

Bu barədə AZƏRTAC-a açıqlmasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O, qeyd edib ki, budəfəki Forum dünyadakı siyasi, hərbi problemlər, münaqişələr, həm də sırf iqtisadi çətinliklər, anlaşılmazlıqlar və ziddiyyətlər baxımından daha böyük önəm və əhəmiyyət daşıyırdı. “Belə bir tədbirdə Prezident İlham Əliyevin 4 gün ərzində dünyanın müxtəlif dövlət və hökumət başçıları, rəsmilər və şirkət rəhbərləri də daxil olmaqla 19 görüş keçirməsi, bundan əlavə, “Euronews” kanalına müsahibə verməsi, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda, “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə, Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda, “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirakı ölkəmizin bu günü və gələcəyi üçün möhtəşəm bir dividend oldu”, - deyə ekspert vurğulayub.

Pərviz Heydərov bildirib ki, yanvarın 22-də dövlət başçımızın ABŞ Prezidenti Donald Tramp ilə ayrıca görüşü ABŞ-Azərbaycan münasibətlərində ötən ilin avqustundan sonra növbəti bir tarixi hadisə oldu: “Bunu budəfəki Davosda iştirakımızın kulminasiya nöqtəsi hesab etmək olar. Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr çox sürətlə inkişaf etməkdədir. Ölkəmiz üçün bunun çox mənfəəti var. Elə “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimində iştirakımızın özü həm ABŞ-la münasibətlərimiz, həm də siyasi nüfuzumuzun daha da bərkiməsi sarıdan çox böyük səmərələr gətirəcək. Ümumiyyətlə Azərbaycan dövlət başçımızın sayəsində budəfəki Davos platformasından həm siyasi, həm də iqtisadi cəhətdən çox şeylər əldə etdi. Çünki Davos Forumu iqtisadi xarakterli tədbir olsa da, əslində eyni dərəcədə siyasi proseslərə təsir baxımından da mühüm nəticələrlə yadda qalır. Bu da forumda nüfuzlu qlobal şirkətlərin nümayəndələri ilə yanaşı, bir sıra dövlət və hökumət başçılarının, siyasi liderlərlərin, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin də iştirak etmələrindən irəli gəlir”.

Ekspert bildirib ki, danılmaz faktdır ki, Azərbaycan zəngin təbii resurslara malik ölkədir. “Külək, Günəş və su enerjisi potensialımız, yaşıl enerji layihələrimiz, ənənəvi enerji resurslarının tranziti ilə bağlı imkanlardan əlavə cəlbedicilik deməkdir. Üstəgəl Orta Dəhliz, TRIPP layihəsi, nəqliyyat-logistika marşrutları ilə bağlı müvafiq şərait və kanallar ölkəmizi Cənubi Qafqazın “brilyant qaşına” çevirir. 30 illik məlum münaqişə bunun üzərinə kölgə salırdı. Altı ildir ki, buna hərbi üstünlüyümüz sayəsində son qoyulub, ötən il isə siyasi cəhətdən yekun vurulub. Nəticə olaraq demək olar ki, budəfəki Davos görüşlərinin nəticələri ölkəmiz üçün daha real olacaq”, - deyə P.Heydərov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see402

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see252

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see200

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see199

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see183

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see175

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see160

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see150

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri