Icma.az
close
up
RU
Davosda verilən mesajlar (ŞƏRH)

Davosda verilən mesajlar (ŞƏRH)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Davos forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Prezidentinin də iştirakı ilə İsveçrədə keçirilən Davos İqtisadi Forumunun ölkəmizə nə qazandırdığı barədə suala cavabında deyib:

"Azərbaycan Prezidenti hər il Davos İqtisadi Forumunda iştirak edir. Burada o, həmçinin müxtəlif ölkələrin liderləri, eyni zamanda,  aparıcı şirkət rəhbərlərilə görüşür. Bu tədbir bir tərəfdən, Azərbaycan həqiqətlərinin  dünyaya çatdırılmasında böyük rol oynayır. Digər tərəfdən, Azərbaycan beynəlxalq  problemlərin həllində yaxından iştirak edir”. 

Deputatın fikrincə, bu gün dünya Azərbaycanın gücləndiyinin, ölkəmizin maraq doğuran layihələr təklif etdiyinin fərqindədir:

"Həmçinin, ayrı-ayrı regional banklar, transmilli şirkət rəhbərlərilə görüşdə də Azərbaycan üçün vacib razılıqlar əldə edilir. Avropa Yenidənqurma və Rekonstruksiya Bankının rəhbərliyilə görüşdə Gəncənin su və kanalizasiya sisteminin yenidən qurulması barədə qərar qəbul edildi. Bu layihəni də həmin bank maliyyələşdirəcək. Davos tədbiri çərçivəsində qarşıda hələ daha bir çox görüşlər də var. O cümlədən, Azərbaycan Prezidentinin iştirakı ilə hansısa bir platformada müzakirələrin olması da gözləniləndir”. 


A.Mirzəzadə düşünür ki, tərbir çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü də mümkündür:

"Çünki həll olunmamış məsələlərin razılaşdırılmasında artıq müəyyən qədər razılıq əldə edilib. Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanı layiqincə təmsil edir və vaxtaşırı verilən məlumatlar hər birimizdə qürur hissi doğurur”. 

Qeyd edək ki, yanvarın 20-dən başlayaraq İsveçrədə Davos İqtisadi Forumuna start verilib. Forum yanvarın 24-nə qədər davam edəcək. Xatırladaq ki, bu forumda dünya liderləri və tanınmış iş adamları bir araya gəlir. Azərbaycan Prezidenti bu il də foruma qatılaraq bir sıra ölkə liderləri, iri transmilli şirkət rəhbərlərilə görüşlər keçirib. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Yanvar 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see402

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see306

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see261

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see249

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see223

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see221

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see218

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see205

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see204

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see186

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see186

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see182

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see167

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see166

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see166

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see165

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see165

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see163

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri