Icma.az
close
up
RU
“Azərbaycan Dəmir Yolları” “ağıllı”, iqlimədavamlı nəqliyyat transformasiyasını tətbiq edir

“Azərbaycan Dəmir Yolları” “ağıllı”, iqlimədavamlı nəqliyyat transformasiyasını tətbiq edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 oktyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” nəqliyyat sisteminin iqlimə uyğun transformasiyası, o cümlədən infrastrukturun modernləşdirilməsi, əməliyyat proseslərinin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə mərhələli proqram həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəisi Turxan Əhmədov Bakı İqlim Fəaliyyəti Həftəsində məlumat verib.

Onun sözlərinə görə, infrastruktur mərhələsi müasir sabit cərəyanlı (DC) elektrik sistemlərinə keçidi nəzərdə tutur ki, bu da enerji istehlakını azaltmağa və karbon izini minimuma endirməyə imkan verir. Konkret olaraq, Orta Dəhliz tərkibində olan əsas stansiyaların modernləşdirilməsi ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə həyata keçirilir.

Əməliyyatlarla bağlı ikinci səviyyədə Günəş panelləri tətbiq edilir - hazırda ümumi gücü təxminən 80 min kilovat olan təxminən 650 panel, ilk növbədə, lokomotivlərə xidmət göstərmək üçün quraşdırılıb. Bu təcrübə bərpaolunan enerjinin nəqliyyat sektoruna inteqrasiyası və onun davamlılığının artırılması potensialını nümayiş etdirir.

Üçüncü səviyyə rəqəmsallaşma və ya “rəqəmsal ticarət dəhlizi”nin yaradılmasıdır. Telekommunikasiya sistemləri qatarların hərəkətinə real vaxt rejimində müşahidə etməyə, yükdaşıma sürətini optimallaşdırmağa və dayanma müddətini minimuma endirməyə imkan verir. Bundan əlavə, sənədləşmə tamamilə elektron formata keçirilib ki, bu da yüksək təhlükəsizlik və əməliyyat səmərəliliyini təmin edir.

T.Əhmədov vurğulayıb ki, Azərbaycan Asiya İnkişaf Bankı kimi beynəlxalq tərəfdaşlarla birgə qabaqcıl texnologiyaların, o cümlədən karbontutma və digər innovativ həllərin istifadəsi imkanlarını fəal şəkildə araşdırır.

Beləliklə, “Azərbaycan Dəmir Yolları” QSC-nin mərhələli transformasiyası infrastrukturun modernləşdirilməsini, bərpaolunan enerji mənbələrinin tətbiqini və rəqəmsallaşmanı özündə birləşdirərək, iqlim dəyişikliyi çağırışlarına hazır olan dayanıqlı və təhlükəsiz nəqliyyat sistemini yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri