Icma.az
close
up
RU
“Azərbaycan Dəmir Yolları” QSC də tender qalmaqalı Şikayət var

“Azərbaycan Dəmir Yolları” QSC də tender qalmaqalı Şikayət var

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


“Azərbaycan Dəmir Yolları” QSC malların alınması, xidmət göstərilməsi barədə müqavilə bağladığı şirkətin pulunu ödəməməkdə ittiham olunur. “Oil Supply” MMC bu qurumu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, şirkətə ziyan vurmaqda günahlandırır.
Reyting.az
 Bizimyol.info-ya istinadla xəbər verir ki, “Oil Supply” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC arasında 5 iyul 2022-ci ildə “traverslərin və polietilen kəmərlərin satın alınması” barədə müqavilə imzalanıb.
Müqavilənin qiyməti 89 min manatdan bir qədər artıq olub. Bunun da təxminən 75,5 min manatını malların dəyəri, qalanını isə ƏDV və başqa xərclər təşkil edib.
Şirkət yükqaldırma qabiliyyəti 60 ton olan 3 ədəd və yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traversləri ADY-yə təhvil verib. Lakin bir müddət sonra ADY malları geri qaytararaq, pullarını ödəməkdən imtina edib. Səbəbini də şirkətə məktub göndərərək belə izah edib ki, yükgötürmə qabiliyyəti 80 ton olan travers çəkisi 76 ton olan taran tipli qartəmizləyən texnikanın qaldırılması zamanı yük tarım vəziyyətə gətirilərkən travers əyilərək deformasiyaya uğrayıb.
Şirkət təmsilçiləri bildirir ki, mallar qaytarılandan sonra geri alınmış traverslərin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün onları bu sahədə ixtisaslaşmış, müvafiq lisenziyaya sahib olan “ATR Caspian” şirkətinə göndəriblər. Bunun üçün şirkətlə müqavilə bağlayıblar. 1 ədəd 60 tonluq və 1 ədəd 80 tonluq olmaqla, 2 traversin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün sınaq keçirilib:
“60 tonluq traversin sınağı zamanı bu travers ilə 68.5 tona qədər, yəni nəzərdə tutulan maksimum qaldırma həddindən 8.5 ton artıq yükü qaldırmaq mümkün olub. 80 tonluq traversin sınağı zamanı isə bu travers ilə 91.1 tona qədər, yəni nəzərdə tutulan maksimum qaldırma həddindən 11.1 ton artıq yükü qaldırmaq mümkün olub. Beləliklə, bu malların qüsurlu mal kimi geri qaytarılması yolverilməzdir”.
ADY-nin sınağı zamanı baş verənlərə gəlincə, şirkət bəyan edib ki, istismarçı yükü qaldırarkən “stop” kəmərlərin fiksasiyasını lazımi şəkildə həyata keçirməyib. Bu da yükün ani surətdə oynamasına, birtərəfli qaydada ağırlaşmasına səbəb olub: “Belə olan halda, qartəmizləyicinin 80 tonluq tam ağırlığı traversin üzərində bərabər paylanmaq əvəzinə, bütün yük traversin bir tərəfinə düşüb. Nəticədə traversin bir tərəfi normadan 100 faiz artıq yüklənib. Bu səbəbdən deformasiya baş verib”.
Şirkət sınaq mallar geri qaytarılandan sonra əlavə sınaqların keçirilməsi və malların yararlı olması haqda rəy alınması üçün 7080 manat (6000 manat+18 faiz ƏDV) pul xərcləməli olub. Bu səbəbdən də şirkət “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı məhkəmədə iddia qaldıraraq, həm malların pulunu, həm də sınaq üçün çəkdiyi xərci tələb edib.
Şirkətin ADY-yə qarşı daha bir şikayəti isə “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə ilə bağlıdır. İddia olunur ki, bu müqavilə üzrə də “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi bu müqavilə üzrə də öhdəliyə əməl etməyib. Buna görə də 45 min 323 manat tələb edir.
“Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilənin qiyməti bütün vergi və digər xərclər daxil olmaqla 216 min 648 manat təşkil edib.
Müqaviləyə görə, 90 vaqona bu xidmətlər göstərilməliymiş: “Tender zamanı qiymətləndirmə aparılarkən məhz 90 vaqona xidmətlərin göstəriləcəyini nəzərə alaraq qiymət təklifi hazırlamışıq. Şirkətdaxili hesablamaya görə, gəlir əldə etmək üçün ən azı, 55 vaqona xidmət göstərmək vacib idi. Lakin biz cəmi 6 vaqona xidmət göstərə bildik. Bunlardan da cəmi 4 vaqonu təkrar işləmələrlə, Dəmir Yolunun təqsiri üzündən zaman itkisi ilə nəhayət ki, yekunlaşdırdıq. Belə vəziyyətin yaranmasının əsas səbəbi onların öz öhdəliklərini yerinə yetirməməsidir. Müqaviləyə əsasən, vaqonlara xidmətlərin göstərilməsi üçün astar, boya, həlledici maddə, sərtləşdirici maddə, skoç, qoruyucu kağızlar, cilalayıcı kağızlar kimi materialları “Azərbaycan Dəmir Yolları” təqdim etməli idi.
Əfsuslar olsun ki, onların təqdim etdiyi astar, boya, kimyəvi məhlulların hamısının istifadə müddəti bitmişdi. Dəfələrlə bu barədə iradlar bildirilib, “e-mail”lər göndərilib. Ən yaxşı halda, 6 il istifadə müddəti bitmiş astar əvəzinə 1 il istifadə müddəti bitmiş material təqdim edirdilər. Qumlama işini başa çatdırıb, astarın gecikməsi səbəbindən astar vura bilmədiyimizə görə metal yenidən pas atmağa başlayırdı. Bu da əlavə qumlama tələb edirdi. Bir neçə vaqon dəfələrlə qumlanırdı. Bir neçə dəfə də astarlanırdı. Bundan başqa, “Azərbaycan Dəmir Yolları”nın bizə təqdim etdiyi bir neçə vaqon çürük, deşik olduğuna görə onlar üzərində iş aparmaq ümumiyyətlə mümkün deyildi. Çünki bu vaqonlar qumlamadan öncə suvaq olunmalı idi. Bu iş müqavilədən kənar məsələ olduğu üçün məsələ bir neçə ay yenə də gecikirdi. Bəzən işlərin gecikməsi çox kiçik səbəblərə görə baş verirdi. Məsələn, cilalayıcı kağızların, skoçların verilməməsinə görə. Keyfiyyətsiz astar, tiner, boyalar səbəbilə işləri çox böyük gecikmələrlə başa çatdırıb noyabrın sonuna nəhayət ki, 4 vaqonu təhvil vermə mərhələsinə çatdırdıq. Lakin təhvil öncəsi bir neçə vaqonun ya astarı tökülür, ya da boyasında problemlər müşahisə olunmağa başlayırdı. Bu səbəblə yenidən eyni vaqonları təkrar işləməli olurduq. Bizdən asılı olmayan səbəblərə görə - qarşı tərəfin təqsiri üzündən xidmətlərin göstərilməsi bu qədər uzandığına görə xərclərimiz dayanmadan artırdı. Bu şəraitdə işlərə davam etmək həm vaxt itkisi, həm də əlavə xərclərin artmağı deməkdir. Dəfələrlə “Azərbaycan Dəmir Yolları”nın deposuna müraciət etsək də, bizə işləmək üçün keyfiyyətli materiallar təqdim olunmur”.
Şirkət vaxtı keçmiş materialların şəkillərini də məhkəməyə təqdim edib.
“Azərbaycan Dəmir Yolları” QSC isə bu iddiaların heç biri ilə razılaşmır. Bu qurumun təmsilçisi bildirib ki, şirkət özü öhdəliyə əməl etməyib - xidmətləri tələb olunan qaydada göstərə bilməyib. Faktiki göstərdiyi işin xidmət haqqı isə ödənilib.
Traverslər və polietilen kəmərlərlə bağlı müqaviləyə gəlincə, ADY vurğulayıb ki, mallar təhvil alınandan sonra sınağı keçiriləndə travers əyilib və istifadəyə yarasız olub. Bundan sonra malların qəbulundan imtina olunub: “Şirkət 2023-cü ildə məhkəməyə müraciət etmişdi. Məhkəmə o zaman qərara gəldi ki, yerində müayinə aparılsın. Müayinə zamanı traverslər yararlı çıxdığı halda, ADY müqavilə üzrə bütün ödənişləri, həmçinin qarşı tərəfin ekspert kimi cəlb etdiyi şirkətin xidmət haqqını tam ödəməyi üzərinə götürmüşdü. Məhkəmənin iştirakı ilə Biləcəri stansiyasında yerində müayinə aparıldı. Traversi bağlayıb lokomotivi yüxarı qaldırmağa hazırlaşanda ekspert yükü qaldırmağa icazə vermədi. Bildirdi ki, qaldırmayın, travers əyiləcək. Bununla yerində müayinə yekunlaşdı. Növbəti gün şirkət ərizə ilə müraciət etdi ki, traverslərin istehsalçısı Rusiya zavodudur, onlarla danışıqlar müəyyən vaxt apardığından kommersiya mübahisələrini məhkəmədən kənar həll etmək qərarına gəliblər. Ona görə iddia ərizəsini geri götürdü. Müqavilənin bağlanıldığı tarixdən 1 ildən artıq müddət keçmişdi, ADY şirkətin illərlə zavodla danışıqlar aparmasını gözləyə bilməzdi. Ona görə traverslə bağlı tələbatını digər mənbədən təmin etdi”.
Məhkəmə ADY ilə mübahisədə şirkəti haqlı sayıb. Şirkətin traverslər və polietilen kəmərlərlə bağlı 93 min 225 manatlıq iddiası (malların pulu, sınaq üçün çəkilmiş xərc və s.) təmin olunub. Şirkətin iddiası qalan hissədə isə rədd edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Avqust 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri