Azərbaycan Dəmir Yollarında unikal təyinat Rövşən Rüstəmov Kəmaləddin heyərovun vəzifədən azad etdiyi polkovnikə vəzifə verdi
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev yeni işlə təmin edilib.
Məlumata görə, ehtiyatda olan FHN polkovniki "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin baş mütəxəssisi (konkret sahə üzrə yüksək hazırlığa, yetəri qədər məlumata və praktiki fəaliyyətə malik olan işçi) vəzifəsinə təyin olunub.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bu barədə müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Rza Xudiyev FHN-in məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Rza Xudiyev ötən ilin iyul ayında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunaraq, ehtiyata buraxılıb(qaynarinfo).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Yanvar 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















