Icma.az
close
up
RU
Azərbaycan deputatından etiraz məktubu

Azərbaycan deputatından etiraz məktubu

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Məktubda deyilir ki, Birləşmiş Krallıq hökumətinə bu yaxınlarda etdiyiniz müraciətlə əlaqədar biz 30 illik işğal erməni dövründə törədilmiş müharibə cinayətləri, etnik təmizləmələr və hərbi təcavüz üçün məsuliyyət daşıyan şəxslərin mühakiməsi prosesini nüfuzdan salmağa yönələn əsassız ittihamları qətiyyətlə rədd edirik. Bu insanların “hərbi əsir” adlandırılması, azadlığa buraxılmasına çağırışlar edilməsi onların törətdikləri və əsaslı sübutlarla təsdiqlənən cinayətlərinə göz yumulması deməkdir.

İşğal zamanı Ermənistan bir milyona yaxın azərbaycanlını zorla yurd-yuvasından didərgin salıb, Xocalı soyqırımı, urbisid, kultursid və ekosid aktları törədib. Azərbaycan şəhərləri və kəndləri yerlə-yeksan edilib, onun mədəni və dini mirası dağıdılıb, ətraf mühitə ciddi ziyan vurulub. Bundan əlavə, Ermənistan işğal olunmuş ərazilərdə minalar basdıraraq Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. Bu minalar mülki insanları öldürməyə və yaralamağa davam edir, keçmiş köçkünlərin geri dönməsini və bərpa səylərini ləngidir.

Məktubda göstərilir ki, bütün bu hadisələrin daha bir dəhşətli nəticəsi isə itkin düşmüş 4 minə yaxın azərbaycanlının, o cümlədən qadınların və uşaqların aqibətidir. Ermənistan kütləvi məzarlıqlar barədə məlumat verməkdən imtina edir, halbuki bu cür məlumat onların yerini müəyyənləşdirməyə kömək edə bilər. Bununla yanaşı, erməni liderləri uzun müddətdir ki, azərbaycanlılara qarşı etnik nifrəti qızışdırırlar. Ermənistanın sabiq prezidentləri azərbaycanlıların qovulmasını və Xocalı soyqırımını dəstəkləyən bəyanatlar verərək etnik təmizləməyə açıq-aşkar haqq qazandırmışlar. Bütün bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kəs məsuliyyətə cəlb edilməyib, hərbi cinayətkarlar isə hələ də hörmət sahibidirlər.

Əksinə, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra ədalət mühakiməsini təmin edir. 200-dən çox erməni Azərbaycan tərəfindən humanitar akt qaydasında azad edilsə də, müharibə cinayətlərində təqsiri olanlar hazırda Bakıda məhkəmə qarşısına çıxarılırlar. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, onlar hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlərdə ittiham edilirlər. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və amansız rəftarla bağlı heç bir şikayət daxil olmayıb.

Bu prosesin tənqid edilməsi haqq-ədalətə etinasızlıq göstərilməsi, etnik təmizləmənin və təcavüzün dolayısı ilə dəstəklənməsi deməkdir. Həqiqi sülh yalnız cavabdehlik yolu ilə əldə edilə bilər – haqq-ədalət olmadan möhkəm sülh mümkün deyil.

Bildirilir ki, davam edən məhkəmə prosesi Ermənistan tərəfindən törədilmiş hərbi təcavüzə və işğala, eləcə də onun siyasi və hərbi xadimlərinin daşıdıqları məsuliyyətə işıq salır. Bu proseslə bağlı narahatlıq mühakimənin gedişini pozmaq və məhkəmənin işinə müdaxilə etmək cəhdlərinə səbəb olmuşdur. Lakin bu cür səylərə qoşulmaq əvəzinə, hüquqi prosesə kömək göstərilməsi ədalət mühakiməsinə və bölgədə möhkəm sabitlik yaradılmasına töhfə verə bilərdi. Sülhə həqiqi sadiqlik məsuliyyətin tanınmasında və müharibə cinayətlərində əli olanların cavabdehliyinin təmin olunmasında əksini tapa bilər.

Bu cür məhkəmə yanaşması beynəlxalq birlik üçün gələcək münaqişələrin və beynəlxalq hüquq pozuntularının qarşısının alınmasında önəmli nümunədir. Cinayətlərə göz yumulması ədalətin bərqərar edilməsinə mane ola bilməz. Həqiqi və ədalətli məsuliyyət boş ritorika deyil, anlayışlı hərəkətlər tələb edir.

Məktubda vurğulanır ki, Birləşmiş Krallıq parlamentinin bəzi üzvlərinin bu mövqeyi hazırda iki ölkə arasında cərəyan edən sülh prosesinə mənfi təsir göstərir.

Biz Ermənistanla Azərbaycan arasında keçmiş münaqişə barəsində Birləşmiş Krallıq hökumətinin tarazlı mövqeyini qiymətləndiririk. Beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq, Birləşmiş Krallıq həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla belə, Birləşmiş Krallıq parlamentinin bəzi üzvləri tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin "Artsax" adlandırılması təkcə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik deyil, həm də Birləşmiş Krallıq hökumətinin keçmiş münaqişəyə dair rəsmi mövqeyinə ziddir və beynəlxalq hüququn kobudcasına pozulmasıdır.

Azərbaycan 30 illik ağrılı-acılı münaqişə səhifəsini çevirməyə və normallaşma istiqamətində irəliləyiş əldə etməyə çalışarkən bu prosesi dəstəkləmək və Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni nəhayət imzalansın deyə Ermənistanı mümkün qədər tez bir zamanda son mühüm addımları atmağa sövq etmək çox vacibdir. Bu, regionumuzda sülhə və firavanlığa nail olmağın yeganə yoludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri