Icma.az
close
up
RU
Azərbaycan deputatından iranlı həmkarına ÇAĞIRIŞ: Özünüzü yığışdırın!

Azərbaycan deputatından iranlı həmkarına ÇAĞIRIŞ: Özünüzü yığışdırın!

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ötən il dekabrın 19-da İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib. Azərbaycan Amulinin və əlaltılarının bəyanatlarına layiqli cavab verib.

İranın Xarici İşlər Nazirliyi Amulinin açıqlamalarından təəssüfləndiyini bildirib. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib ki, təəssüf hissi kifayət deyil.

"Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır".

Təxribatçı çıxışlardan sonra Təbrizdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Təyyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.

Fotoların üzərində "Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!" və "Yaşasın Şam fatehi Ərdoğan rəis!" yazılıb.

Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.

Modern.az-a danışan Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, İran hökuməti Azərbaycana qarşı siyasi münasibətlərində korrektələr etməlidirlər:

“Çox təəssüf edirəm ki, İran dövləti öz qonşuluq münasibətələrini səmimi ifadə etmir. Azərbaycana qarşı münasibətlərində çox zaman riyakar davranır. İstər səfirliyimizə qarşı onların terror təşkil etməsi və səfirlik əməkdaşlarımızın 1-nin pldürülüb ikisinin yaralanmasında, Azərbaycan deputatına sui-qəsd təşkiledilməsində və Azərbaycanı hədələmək üçün sərhədlərimizə qoşun yığması, Zəngəzur dəhlizi məsələsində hər zaman bu İranın qırmızı xəttidir deyərək əngəl törətməsində görürük. Amulinin tədbiri zamanı bizim və Türkiyə prezidenti barədə ağzına gələni deməsi və təhqiramiz ifadələrinin  işlədilməsi nə Amulinin nə də orada çıxış edənlərin  daşıyacağı cinayət deyil. Yəni bunun arxasında duranlar əlbəttə var.  Ona görə də  cənab Prezident yerli mediayaya müsahibəsində çox  açıq şəkildə və net olaraq söğylədi ki, Amulinin  özü məsuliyyət daşımırsa, onda onu bura təyin edən şəxs məsuliyyət daşımalıdır".

Komitə sədri qeyd edib ki, Amuli təsadüfi deyil, Xamaneyinin təyin etdiyi adamdır:

"İranın  dini lideri ölkənin siyasi kursunu müəyyən edən şəxsdir. İran indiyə qədər səmimi olsaydı, həmin Amuli də vəzifəsindən götürülərdi, həmin  şəxsə qarşı da tədbir görülərdi. Ondan İranın səmimiyyətinə inanardıq. Cənab Prezident də söylədi, səfirliyimizə hücum edən şəxsi İran hökuməti bu günə qədər bu və ya digər şəkildə  müdafiə olunur. Onun barəsində çxıarılan edam hökmü indiyə qədər icra olunmyıb, yenidən istintaqa qaytarılıb. Bu belə davam edə bilməz. Həm qonşu olasan, guya ki bir dinin, mədəniyyətin daşıyıcısı olan iki ölkə olaq və belə qeyri-səmimi münasibət bəslənilsin. 30 illik işğal dövründə İran dildə  Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edirdi, amma əməldə  həmişə Ermənistana kğmək edib. Bu mənada hesab edirəm ki, İran dövləti və hökuməti Azərbaycana qarşı siyasi münasibətlərində ciddi korrektələr etməli və qonşuluq siyasətinə uyğun davranmalıdır”.

M.Quliyev güneyli soydaşlarımızın hadisədən sonra atdığı addımlar barədə də danışıb:

“Cənubda soydaşlarımız çox ağır şərtlər altında yaşayırlar. Onların azadlıqları demək olar ki, yoxdur.  Öz dilində danışmaq, təhsil almaq, qəzet buraxıb, televiziya açmaq hüquqları yoxdur. Bu dünyada nadir hadisələrdən biridir ki, 40  faizdən artığını təşkil edən toplumun belə hüquqları yoxdur. İran dövləti buna fikir verməlidir. Zaman-zaman  Cənubi Azərbaycanda yaşayan qardaşlarımızın fədakar hərəkətlərini görmüşük. Bu İran hakimiyyətinə, Amuliyə özünüzü yığışdırın mesajıdır. Bu mesaj onların çox ciddi etirazlarla qarşılaşa biləcəklərinin siqnalını verir. Bu onu da göstərir ki, Cənubi Azərbaycanda Türkiyə və Azərbaycan liderlərinə qarşı  olduqca böyük sevgi var. Bu sevgi lazım gələrsə, bizə qarşı hədyanlara qarşı cavab verə biləcək enerjidir”.

Sonda komitə sədri iranlı deputat həmkarlarına çağırış edib:

“Təkcə deputatlara deyil, İran ictimaiyyətinə, xalqına, ölkənin siyasətini yönəldən insanlara münasibətimiz necədirsə, onlar da elə davransınlar. Bu, bəs edər. Yəni səmimi qonşuluq və dostluq münasibətləri olmalıdır. İrandakı proseslər göstərir ki, artıq bu ölkədə şovinist, imperialist siyasət demək olar iflasa uğrayıb. Ayıq-sayıq olmalıdırlar. Münasibətləri qorumaqdan ötrü, beynəlxalq normalar və əxlaq çərçivəsində münasibətlərə riayyət etməlidirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri