Azərbaycan dili dərslərinin saatlarının artırılması nə üçün vacibdir? AÇIQLAMA
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayev bu gün parlamentdə müzakirələr zamanı bildirib ki, tədris planlarında Azərbaycan dili üzrə dərs saatları artırılacaq.
Nazirin açıqlamasına münasibət bildirən Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov Redaktor.az-a dedi ki, gələcəkdə Azərbaycan dili dərslərinin saatlarının artırılması müsbət bir hal olardı.
"Çünki şagirdlərdə fikrin ifadə edilməsi, söz bazasının zənginləşdirilməsi, yazı, oxu, dinləyib-anlama və digər bacarıqların daha mükəmməl formalaşdırılması üçün dərs saatlarının artırılmasına ehtiyac var. Eyni zamanda, yeni təhsil sisteminin (kurrikulumun) siniflərdə reallaşdırılması üçün vaxt darlığının aradan qaldırılmasına da müsbət təsir göstərə bilər", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 08 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















