Icma.az
close
up
RU
Macarıstan Azərbaycan üçün nə qədər önəmlidir? AÇIQLAMA

Macarıstan Azərbaycan üçün nə qədər önəmlidir? AÇIQLAMA

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev Macarıstan-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyib və iki ölkəni dost adlandırıb. Prezidentin sözlərinə görə, gələn ilin əvvəlində neft və qaz sahəsində növbəti kontrakt imzalanacaq. Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Macarıstanın tələbatı olan səviyyədə ölkəmiz qaz təminatı təşkil edə bilər.

Maraqlıdır, münasibətlərin inkişafı fonunda hansı ölkə bir-biri üçün daha çox önəmlidir?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov hər iki ölkənin müasir qlobal geosiyasətdə baş verənlər fonunda bir-birinə ehtiyacı olduğunu deyib.

O vurğulayıb ki, hər bir ölkə digər ölkə üçün önəmlidir. 

Ekspertin fikrincə, Macarıstanın Azərbaycan üçün önəmli olmasından daha çox, Azərbaycan Macarıstan üçün önəmlidir:

“Hazırkı vəziyyətdə Rusiyadan enerji asılılığında ən çox olan ölkələrdən biri Macarıstandır. Azərbaycan isə məhz Avropanın enerji tərkibində oynadığı rol baxımından Macarıstanın olduğu coğrafiya üzrə daha böyük xüsusi çəkiyə malikdir. Perspektivdə isə Macarıstan Azərbaycandan neft və qazdan başqa həm də alternativ enerji mənbələri hesabına təmin oluna bilər. Müvafiq sahə üzrə memorandum imzalanmış dörd ölkədən biri məhz Macarıstandır. Həmçinin Şahdəniz yatağı Macarıstanın ən etibarlı investisiya obyektidir. Ümumiyyətlər Macarıstanın investisiyası əsasən Azərbaycanın neft-qaz sektoruna yönəlib. Bu, Macarıstanın Azərbaycana olan iqtisadi inamını və marağını açıq şəkildə göstərir”.

E.Əmirov qeyd edib ki, ölkələr arasında olan ticarət dövriyyəsinə baxdıqda yenə də Macarıstanın xeyrinə olan bir vəziyyət görünür:

“2023-cü ildə Azərbaycan və Macarıstan arasında 48,4 milyon dollarlıq bir ticarət dövriyyəsi olmuşdur və bu dövriyyənin təxminən 43 milyon dolları Macarıstandan Azərbaycana ixrac olunan malların payına düşmüşdür. 2024-cü ildə isə ticarət dövriyyəsi 62,3 milyon dollara çatıb. Bunun da 54,8 milyon dolları Macarıstanın bizə satdığı məhsullardan ibarət olub. Azərbaycan isə Macarıstana 7,5 milyon dollarlıq məhsul satmışdır. Burada da göründüyü kimi, ticarət dövriyyəsinin 88%-i Macarıstanın bizə etdiyi ixracdan ibarətdir, yəni bizim idxalımızdan ibarətdir. Başqa sözlə, ticarət dövriyyəmizin 76%-i Macarıstanın müsbət saldosudur”.

İqtisadçı nəzərə çatdırıb ki, Azərbaycan Macarıstan üçün həm siyasi, həm də iqtisadi baxımdan eyni dərəcədə vacib olsa da, Macarıstan Azərbaycan üçün iqtisadidən daha çox siyasi baxımdan strateji tərəfdaşdır:

“Lakin cənab Prezidentin Macarıstana səfəri və bu qəbildən olan iki ölkə arasındakı digər yüksək səviyyəli görüşlər Macarıstanın Azərbaycan üçün gələcəkdə iqtisadi baxımdan da daha önəmli tərəfdaşa çevrilməsi üçün mühüm zəmin yaradır. Bu cür qarşılıqlı səfərlər və əməkdaşlıq formatları, xüsusilə enerji, alternativ enerji, ticarət və investisiya sahələrində əlaqələrin dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Nəticə etibarilə, bu münasibətlər strateji tərəfdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi sütunlar üzərində möhkəmlənməsinə şərait yaradır”.

Firuzə Əliyeva
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 May 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri