Icma.az
close
up
RU
Azərbaycan dili milli varlığın aynası, mənəvi dəyərlərin saxlancıdır

Azərbaycan dili milli varlığın aynası, mənəvi dəyərlərin saxlancıdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi təkcə elmi nailiyyətlərin yox, həm də milli ideya və mədəni yaddaşın təntənəsinə çevrildi. Prezident İlham Əliyevin bu tədbirdəki nitqi dövlətin elm siyasətinə strateji baxışla yanaşı, Azərbaycan dilinə dair dərin, fəlsəfi və eyni zamanda, vətəndaş məsuliyyətini səfərbər edən fikirləri ilə yadda qaldı. Bu çıxış bir daha göstərdi ki, dil, sadəcə, ünsiyyət vasitəsi deyil – milli varlığın mənəvi məkanı, düşüncənin, mədəniyyətin və elmin saxlancıdır.

Prezident nitqində bildirdi ki, Azərbaycan dili bu gün 50 milyondan artıq insan üçün ana dilidir. Bu ifadə, sadəcə fakt deyil, bir fəlsəfədir: dilin geniş coğrafiyası onun tarixi gücündən, xalqın isə mədəni dirənişindən xəbər verir. 50 milyon səs, milyonlarla ürək eyni melodiyada danışır, eyni dildə düşünür, eyni mənəvi dəyərləri ifadə edir. Bu, sırf statistik göstərici deyil, Azərbaycan dilinin mədəni güc xəritəsidir.

Dünyanın qloballaşma çağında dillərin assimilyasiyası, xüsusən də kiçik xalqların dillərinin “böyük dillər” qarşısında zəifləməsi artıq universal problemə çevrilib. Lakin Azərbaycan dili bu axına tabe olmur, çünki onun arxasında həm dövlət siyasəti, həm də xalq sevgisi dayanır. Prezidentin “Azərbaycan dilinin saflığının qorunması hər bir azərbaycanlının borcudur” fikri sadəcə çağırış deyil, sevginin dövlət səviyyəsində təsdiqidir.

Dil bir millətin düşüncə sistemidir. Onun saf qalması milli təfəkkürün qorunması deməkdir. İlham Əliyev çıxışında qeyd etdi ki, “Azərbaycan dili o qədər zəngindir ki, başqa dillərdən söz götürməyə ehtiyac yoxdur”. Bu fikir müasir dilçilikdə çox aktual olan bir məsələyə toxunur: qloballaşan informasiya mühitində dillərin yad təsirlərlə zənginləşməsi, əslində, dilin zənginləşməsi yox, onun öz nüvəsini itirməsi prosesidir.

Azərbaycan dili bu mənada təbiətən müdafiə qabiliyyətli dildir. Onun morfoloji strukturu, semantik elastikliyi və poetik tutumu imkan verir ki, istənilən yeni anlayış milli ifadə tərzində formalaşsın. Lakin bunun üçün təkcə dilçilər yox, ictimai fikir daşıyıcıları – müəllimlər, yazıçılar, jurnalistlər, siyasətçilər birgə məsuliyyət daşıyırlar. Prezident də bu məqamı vurğulayaraq dedi ki, dilin saflığının qorunması bütün cəmiyyətin işidir. Bu fikir, əslində, milli kimliyin sosial müqaviləsidir – hər kəs öz ana dilinə sahib çıxmaqla dövlətin ideoloji dayağını gücləndirir.

Elmi baxımdan dilin saflığının qorunması həm normativ sabitlik, həm də mənəvi davamlılıq deməkdir. Məsələn, son illər texnoloji terminlərin, informatikaya aid sözlərin çoxu olduğu kimi başqa dillərdən qəbul edilir. Amma Azərbaycan dilinin söz yaradıcılığı sistemi bu terminləri milliləşdirməyə imkan verir. Burada dövlətin və alimlərin rolu paralel şəkildə vacibdir. Akademiyanın 80 illik yubileyində bu ideya xüsusi vurğulandı – elm yalnız texnoloji tərəqqi deyil, həm də milli dilin intellektual imkanlarının inkişafıdır.

Prezidentin dil haqqında çıxışı həm də bir növ dil fəlsəfəsidir. O, qeyd etdi ki, əgər biz dilimizi qorumasaq, onu saf və təmiz saxlamasaq, axırda onu itirə bilərik. Bu, sosiolinqvistik baxımdan son dərəcə real təhdidə işarədir. Dilin itirilməsi bir xalqın özünüifadə imkanının itirilməsidir. Bu səbəbdən Azərbaycan dövləti dil siyasətini sadəcə, tədris planlarının tərkib hissəsi kimi yox, milli təhlükəsizlik məsələsi kimi formalaşdırır.

Amma bu mübarizənin emosional tərəfi də var. Dil yalnız qanunla qorunmur, sevgi ilə yaşadılır. Hər bir ana, hər bir müəllim, hər bir jurnalist bu sevginin daşıyıcısıdır. Ana dilində düşünmək, yazmaq, sevmək və mübahisə etmək — bunlar dilin canlı qalmasının əlamətləridir. Elə Prezidentin “bizim dilimiz çox zəngindir” deməsi də həm elmi, həm də mənəvi bir cümlədir. Zənginlik burada leksik həcmlə yox, dilin ifadə gücü, hiss və düşüncəni daşıma qabiliyyəti ilə ölçülür.

Dilin coğrafiyası da onun taleyini müəyyənləşdirir. Azərbaycan dili dünyanın müxtəlif ölkələrində milyonlarla insanın mədəni bağını təmin edən faktordur. Prezident “müxtəlif bölgələrdə yaşayan azərbaycanlıların dil vəziyyəti mütəmadi olaraq diqqət mərkəzində saxlanılır” deməklə bu məqamı təsdiqləyir.

Dil diasporun yaddaş xəritəsidir; o, insanları məkandan asılı olmayaraq milli kimliklə birləşdirir. Bu baxımdan, Azərbaycan dilinə qayğı həm milli siyasət, həm də mənəvi borcdur. Elm, təhsil, media və gündəlik həyat bu borcun icra meydanıdır. Bu gün sosial şəbəkələrdə, xəbər portallarında, televiziyada istifadə olunan dil təkcə informasiyanı ötürmür – milli estetik zövqü, nitq mədəniyyətini formalaşdırır. Prezidentin “əgər dilimizdə gözəl, köhnə bir söz varsa, onu başqa dildən gətirilən sözlə əvəz etmək səhvdir, bəzən də təxribatdır” fikri bu məqamda aktuallaşır. Bu, sadəcə dilçilik məsələsi deyil, mənəvi intizamın tələbi kimi səslənir.

Azərbaycan dilinin inkişafı yalnız keçmişin qorunması deyil, gələcəyin formalaşdırılmasıdır. Akademiyanın 80 illiyi məhz bu baxımdan simvolik hadisədir: elm institutunun yubileyi dilin intellektual sərhədlərinin genişlənməsi deməkdir. Elmi mətnlərin, dissertasiyaların, dərsliklərin Azərbaycan dilində yazılması həm də milli elmin düşüncə dilini yaratmaq deməkdir.

Bu gün Azərbaycan dili elmin, texnologiyanın, ədəbiyyatın, diplomatiyanın dilidir. Onun dinamikası təkcə daxili qanunlarla yox, dövlətin siyasi iradəsi və cəmiyyətin mədəni enerjisi ilə formalaşır. Prezident İlham Əliyevin nitqi bu harmoniyanın bariz nümunəsidir – elmi düşüncə ilə milli duyğunu, dövlət baxışı ilə vətəndaş məsuliyyətini birləşdirən manifestdir.

Dilimiz keçmişin yadigarı, gələcəyin zəmanətidir. Onun saflığına, zənginliyinə, ahənginə sahib çıxmaq millətin özünə hörməti deməkdir. Azərbaycan dilinin hər sözü bu xalqın tarixinin, ağrısının, sevinci və qürurunun daşıyıcısıdır. Ona görə də dilimizi qorumaq özümüzü qorumaqdır. Bu mənada, Prezidentin nitqində səslənən ideya XXI əsr Azərbaycanının mədəni strategiyasıdır.

Fəridə SƏFİYEVA,
filologiya üzrə elmlər doktoru, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see245

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see199

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see149

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see138

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see134

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see133

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see131

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see129

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see127

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see127

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see127

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see127

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri