Icma.az
close
up
RU
Azərbaycan dili milli suverenliyin mənəvi sərhədi kimi

Azərbaycan dili milli suverenliyin mənəvi sərhədi kimi

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əliməmməd Nuriyev

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində  səsləndirdiyi “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri yeni strateji baxış gətirdi.

Mənim mənliyimin fusunkarlığı,

Danışan kamalı, ağlıdır dilim.

Millətin varlığı, yurdun varlığı,

Sənin varlığına bağlıdır, dilim.

(Bəxtiyar Vahabzadə, “Dilimiz”)

Azərbaycan dilinin qorunması və inkişafı bu gün sadəcə mədəni məsələ deyil, milli varlığımızın, dövlətçiliyimizin və mənəvi təhlükəsizliyimizin əsas istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin “Dil məsələsi yalnız mədəniyyət yox, milli təhlükəsizlik məsələsidir” fikri dilin sadəcə ünsiyyət vasitəsi və ya mədəniyyət daşıyıcısı kimi deyil, milli dövlətçiliyin və suverenliyin əsas dayaqlarından biri kimi qiymətləndirildiyini göstərir. Bu yanaşma həm siyasi, həm də sosioloji mənada dilin mahiyyətinə dərin baxışı əks etdirir. Dil bir xalqın özünüifadə forması olmaqla yanaşı, onun düşüncə sistemini, tarixi yaddaşını və milli psixologiyasını qoruyan canlı bir orqanizmdir. Bu orqanizmin zəifləməsi təkcə mədəni tənəzzül deyil, həm də milli təhlükəsizlik riskidir.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində  səsləndirdiyi “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri bu məsələyə yeni strateji baxış gətirdi. Dövlət başçısı dilin qorunmasını təkcə mənəvi borc deyil, həm də elmi, texnoloji və təhlükəsizlik aspektləri ilə əlaqələndirərək ana dilinə münasibətdə milli düşüncənin istiqamətini müəyyənləşdirdi.

Dil bir millətin kimliyini formalaşdıran ən mühüm elementlərdən biridir. Əgər dövlətin ərazi bütövlüyü onun sərhədləri ilə ölçülürsə, milli kimliyin bütövlüyü də ilk növbədə dilin saflığı və işləkliyi ilə müəyyən olunur. Tarix sübut edib ki, bir xalqı məhv etmək üçün onun dilini sıradan çıxarmaq kifayətdir. Dilin məhv olması millətin şüurunda boşluq yaradır, kollektiv yaddaşı silir, tarixi əlaqə zəncirini qırır.              

Azərbaycan üçün bu, xüsusilə həssas məsələdir, çünki uzun illər ərzində müxtəlif mədəni, siyasi və ideoloji təsirlərə məruz qalmış xalq kimi dilin qorunması həm milli, həm də geosiyasi özünümüdafiə məsələsinə çevrilmişdir.

Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi və iqtisadi sahələrlə məhdudlaşmır. İnformasiya, ideoloji və mədəni təhlükəsizlik konsepsiyaları milli sabitliyin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan Prezidenti dilin qorunmasını milli təhlükəsizlik komponenti kimi məhz bu kontekstdə dəyərləndirir. Çünki dil yalnız kommunikasiya vasitəsi deyil, həm də informasiya suverenliyinin təminatçısı, milli şüurun daşıyıcısıdır. Əgər bir xalq öz dilində düşünmürsə, informasiyanı da başqasının semantik sistemində qəbul edir, nəticədə milli informasiya təhlükəsizliyi sarsılır. Bu mənada dilin saflığı və işləkliyi dövlətin ideoloji və informasiya müdafiəsinin ayrılmaz hissəsidir.

Azərbaycan dilinin qorunmasının milli təhlükəsizlik aspektində dəyərləndirilməsi, əslində, milli birliyin qorunması ilə birbaşa bağlıdır. Dövlət dili hər bir vətəndaş üçün ümumi məxrəci formalaşdırır; müxtəlif sosial və regional təbəqələri vahid mədəni koordinat sisteminə daxil edir. Əgər bu sistem zəifləyərsə, cəmiyyətin daxilində parçalanma riski artır, milli həmrəylik pozulur. Prezidentin “ana dilimizin saflığını qorumaq hər bir vətəndaşın borcudur” fikri təkcə çağırış deyil, həm də vətəndaş məsuliyyətinin ölçüsüdür. Dil həm ideoloji, həm sosial, həm də mənəvi inteqrasiya vasitəsidir. Onun yaşaması dövlətin, cəmiyyətin və fərdin birgə məsuliyyətinə çevrilməlidir.

Azərbaycan dilinin müasir mərhələdə qarşılaşdığı əsas çağırışlar iki istiqamətdə özünü göstərir. Bir tərəfdən qloballaşma və texnoloji transformasiya nəticəsində yad sözlərin və terminlərin artması, digər tərəfdən isə ana dilində elmi, texnoloji və peşəkar leksikonun tam formalaşmaması. Prezidentin “Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur” fikri bu narahatlığın həm elmi, həm də praktiki əsasını təşkil edir. Burada söhbət yalnız estetik saflıqdan deyil, milli düşüncə kodunun qorunmasından gedir. Xüsusilə dövlət başçısının həmin çıxışında vurğuladığı kimi:  “Süni intellekt bu gün gələcəyin inkişafının ayrılmaz hissəsidir, amma biz texnologiyaları mənimsəyərkən milli kimliyimizi və dilimizi qorumağı da unutmamalıyıq”.

Bu yanaşma “dil və təhlükəsizlik” anlayışını yeni səviyyəyə – rəqəmsal suverenlik və intellektual təhlükəsizlik mərhələsinə qaldırır. Azərbaycan dili süni intellekt, avtomatik tərcümə və qlobal informasiya sistemlərində yalnız iştirakçı deyil, subyekt statusunda olmalıdır. Bunun üçün dilin kodlaşdırılması, terminoloji bazasının genişləndirilməsi və elektron korpusların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın yubileyində səsləndirdiyi fikirlər ana dili bağlı siyasətinin mədəni mərhələdən strateji mərhələyə keçidini təsdiqlədi. Azərbaycan dili artıq yalnız ədəbiyyatın və mədəniyyətin simvolu deyil, milli suverenliyin, informasiya təhlükəsizliyinin və elmi inkişafın ayrılmaz dayağı kimi qəbul olunmalıdır. “Dil məsələsi yalnız mədəniyyət yox, milli təhlükəsizlik məsələsidir” fikri bu baxımdan sadəcə bəyanat deyil, dövlət fəlsəfəsinin konseptual təməlidir. Coğrafi sərhədləri ordu qoruyursa, mənəvi sərhədləri dil qoruyur. Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu – dövlətin mənəvi müdafiə qalxanıdır. Onu qorumaq isə həm vətəndaş borcu, həm də strateji məsuliyyətdir.

Dil – millətin canıdır,

Cansız millət olmaz!

Sözündə Vətən dayanır,

Sözsüz Vətən olmaz!

(Sabir Rüstəmxanlı)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri