Azərbaycan dili saatları artırıla bilər, amma... Əməkdar müəllim DANIŞDI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Hazırkı tədris planlarında Azərbaycan dili fənninin saatları sinif və tədris dili üzrə dəyişir. Məsələn, digər dillərdə tədris olunan X-XI siniflərdə Azərbaycan dili həftədə 4 saat göstərilir, Azərbaycan dilində tədris olunan bəzi təmayüllü X-XI sinif planlarında isə Azərbaycan dili - dövlət dili kimi 3 saat verilir. Yəni saat mövzusu elə indi də vahid deyil və modeldən asılıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva elm və təhsil naziri Emin Əmrullayevin tədris planlarında Azərbaycan dili üzrə dərs saatları artırılmasını fikrinə münasibət bildirərkən dedi.
Ekspert hesab edir ki, həqiqətən də Azərbaycan dili üzrə dərs saatlarının artıtılmasına ehtiyac var:
"Çünki şagirdlərin böyük hissəsi mətni oxuyub-anlamaqda, fikrini yazılı və şifahi ifadə etməkdə çətinlik çəkir. Bu zəiflik təkcə Azərbaycan dilinin nəticələrinə deyil, bütün fənnlərə təsir edir. Oxu savadlılığı şagirdin müxtəlif mətnləri anlayıb istifadə etmə bacarığıdır və ümumi təhsil nəticələrinin əsas sütunudur. Amma burada nəzərə almaq lazımdır ki, saat artımı özü-özlüyündə çıxış yolu deyil. "National Reading Panel"in (NRP) geniş icmalı göstərir ki, oxu və anlama bacarıqları "öz-özünə" formalaşmır, onlar üçün sistemli, açıq və məqsədli tədris (məsələn, anlama strategiyalarının öyrədilməsi, mətnlə işləmə, söz ehtiyatı və s.) lazımdır. Uşağın dili inkişaf etdirməsi üçün təkcə "dərs" yox, oxu marağı və motivasiya da lazımdır. Ona görə də Azərbaycan dili saatları artırıla bilər, amma bu dəyişiklik Azərbaycan dilinin tədrisinin keyfiyyətinin artırılmasına xidmət etməlidir. Saat artımı islahat ola bilər, lakin, tədris metodologiyası və keyfiyyət şərtləri ödənməlidir", - deyə Əməkdar müəllim yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 17 Dekabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















