Icma.az
close
up
RU
Müəllim nüfuzu pencəklə, rənglə, forma ilə yaranmır Əməkdar müəllim DANIŞDI

Müəllim nüfuzu pencəklə, rənglə, forma ilə yaranmır Əməkdar müəllim DANIŞDI

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır.

Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Mövzu ilə bağlı Əməkdar müəllim Sona Əliyevanın fikirlərini öyrəndik. O, Redaktor.az-a açıqlamasında bildirdi ki, vacib məsələ təhsildə keyfiyyətdir:

“Azərbaycan məktəbinin bu gün ən ağrılı problemi doğrudanmı müəllimin geyimidir? Təhsildə keyfiyyət, məktəb idarəçiliyi, müəllimin sosial vəziyyəti, şagird davranışı, valideyn-məktəb münasibətləri kimi ciddi məsələlər bir tərəfdə qalır, gündəmin müəllimin geyiminə yönəlməsi isə düşündürücüdür.

Əlbəttə, müəllim məktəbə səliqəli, təmiz və pedaqoji mühitə uyğun geyimdə gəlməlidir. Bu, müzakirə mövzusu deyil. Müəllim uşağın qarşısında nümunədir və onun görünüşü də məktəb mühitinin ciddiliyinə uyğun olmalıdır. Amma bunu elə təqdim etmək olmaz ki, sanki müəllimlər indiyədək kütləvi şəkildə etikadan kənar geyiniblər. Azərbaycan müəllimlərinin böyük əksəriyyəti onsuz da illərdir məktəbə sadə və səliqəli geyimdə gəlir. Üstəlik, geyimlə bağlı standartlar aydın və obyektiv şəkildə hazırlanmasa, bu, məktəblərdə əlavə inzibati təzyiq alətinə çevrilə bilər”.

Müsahibimiz qeyd etdi ki, sabah hansısa direktor şəxsi zövqünü “qayda” kimi tətbiq edərsə, müəllim yenə də müdafiəsiz qalacaq:

“Bu isə məktəb mədəniyyəti deyil, subyektiv nəzarətdir. Digər diqqət yetirilməli məqam isə odur ki, vahid forma və ya xüsusi geyim tələbi qoyulacaqsa, onun xərcini kim qarşılayacaq? Müəllimin maaşı, sosial rifahı, iş yükü və gündəlik xərcləri nəzərə alınmadan yeni tələblər qoymaq ədalətli yanaşma deyil. Geyim qaydası ola bilər, amma bu qayda təhsildəki real problemləri ört-basdır etməməlidir”.

Əməkdar müəllim vurğuladı ki, müəllim nüfuzu pencəklə, rənglə və ya forma ilə yaranmır:

“Müəllimin nüfuzu onun biliyi, peşəkarlığı, sosial statusu və dövlətin ona yaratdığı iş şəraiti ilə formalaşır. Ona görə də bu dəyişiklik yalnız o halda müsbət nəticə verə bilər ki, məqsəd müəllimi nəzarətə almaq deyil, məktəbdə sağlam və peşəkar mühit yaratmaq olsun. Bu addım təhsilin mahiyyətinə yönəlsin, görüntü və bəzək xatirinə atılmış addım olmasın”.

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri